Gəncədə iki uşaq bağçasına müdir təyin edilib.
Mecra.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Gəncə – Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, İbrahimova Zərqələm Kazım qızı Göygöl rayonu Xəqani kənd körpələr evi – uşaq bağçasının müdiri, Hüseynova Vüsalə Həsən qızı isə Gəncə şəhəri 19 nömrəli körpələr evi – uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub.






























