Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə icra hakimiyyətinin inzibati binasında növbəti qəbul keçirib.
Mecra.az xəbər verir ki, qəbulda aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir. Qəbul zamanı rayon rəhbəri tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilmiş, digər məsələlərlə bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıqlar verilmişdir.



































