Cəlilabad Rayon İcra Haimiyyətinin başçısı Rafiq Cəlilov hər həftə olduğu kimi vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə icra hakimiyyətinin inzibati binasında qəbul keçirib.
Mecra.az xəbər verir ki, qəbulda aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.
Qəbul zamanı rayon rəhbəri tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər məsələlər ilə bağlı isə aidiyyəti qurumların yerli nüamyəndələrinə konkret tapşırıqlar verilmişdir.


































