Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.
Mecra.az xəbər verir ki, 19 dekabr 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Haimiyyətinin başçısı Rafiq Cəlilov vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə icra hakimiyyətinin inzibati binasında qəbul keçirib.
Qəbulda aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.
Qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən olan sakinlər iştirak edərək müraciətlərini səsləndiriblər.
Qəbul zamanı rayon rəhbəri tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri diqqətlə dinlənilmiş, onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, qaldırılan məsələlərin operativ araşdırılması və həlli üçün aidiyyəti şöbə və idarə rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.






























