Millət vəkili Ceyhun Məmmədov gəncələrə maraqlı tövsiyələr verib. O, tövsiyələrinin gənclər üçün maraqlı və faydalı olacağına inandığını bildirib.
Mecra.az deputatın verdiyi tövsiyələri təqdim edir:
1. Hər zaman yeni elm və bilik axtarışında olun. Ən güclü sərmayənin bilik olduğunu unutmayın.
2. Daima üzərinizdə işləyin, bilik və bacarıqlarınızı durmadan artırın. Bilin ki, daima üzərində işləmədən həyatda uğur qazanmaq mümkün deyil.
3. Analitik təhlil qabiliyyətinizi, məsələlərə fərqli yön və bucaqlardan baxmaq bacarığınızı hər zaman inkişaf etdirin.
4. Ruhunuzu hər zaman sağlam qidalarla qidalandırın, onun çirklənməsinə, bataqlığa batmasına imkan verməyin.
5. Heç zaman ictimai mənafeyi şəxsi mənafeyə qurban verməyin. Faciə və müsibətlərin hər kəs yalnız şəxsi mənafeyini düşünəndə baş verdiyini unutmayın.
6. Maddi zənginliklə yanaşı, mənəvi zənginliyə də önəm verin. Maddi zənginliyin arxasında mənəvi zənginliyin olması sizi daha da güclü edəcək.
7. Hər zaman böyük düşünün. Cılız insanlardan və işlərdən uzaq olun.
8. Enerjinizi düzgün yönləndirin. Sizə, cəmiyyətə fayda gətirməyən əməllərdən uzaq olun.
9. Dostlarınız doğru seçin, yaxşı dost sizə yaxşı əməlləri, pis dost pis əməlləri öyrədəcək.
10. Heç zaman əmanətə xəyanət etməyin, heç kimin haqqına girməyin. Bilin ki, bunun cəzası və vəbalı çox ağır olacaq.