Dünən Türkiyədə vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək.
Mecra.az xəbər verir ki, bu barədə mərhumun qızı, millət vəkili Günay Ağamalı paylaşım edib.
O bildirib ki, vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək.
Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq.
Mərhumun 3-7 mərasimi isə 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək.
***
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.
Bu barədə Oxu.az-a mərhumun oğlu Elçin Ağamalı məlumat verib.
O bildirib ki, hazırda mərhumun harada dəfn ediləcəyi müəyyənləşməyib.
Xatırladaq ki, 78 yaşlı mərhum siyasətçi axşam saatlarında Türkiyədə dünyasını dəyişib.
***
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a mərhumun yaxınları məlumat veriblər.
Onların bildirdiyinə görə, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı hoteldə ürək çatışmazlığından dünyasını dəyişib.
F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
20:26
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşinin sabah və yaxud birisi gün Azərbaycana gətiriləcəyi bildirilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, mərhum siyasətçi 78 yaşında Türkiyədə dünyasını dəyişib.





























