Bazar, Mart 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Əsirlikdən gəlmiş qoca - Xəlil Mirzə yazır...

27 Fevral, 26 / 20:48
A A
Əsirlikdən gəlmiş qoca - Xəlil Mirzə yazır...

Adi iş günlərindən birində işlədiyim Dövlətqaçqınkomun qəbul otağında bir qoca ilə tanış oldum. Qəddi əyilmiş bu qocanın çuxura düşmüş gözlərində ağır işgəncələrin izi qalmışdı. Şuşa rayonunun Quşçular kənd sakini, 1928-ci il təvəllüdlü Niyaz kişi kəndləri erməni qəsbkarları tərəfindən işğal olunan gün əsir düşmüş, ağır işgəncələrə məruz qalmış, lakin Vətənə, xalqa olan məhəbbəti və bir təsadüf onu ölümün pəncəsindən qurtarmışdı.

İlahinin qüdrətindən yaranmış cənnət diyarda dünyaya göz açmış, ömrü boyu torpağa bağlı olmuş Niyaz kişi ağrılı-acılı günləri yada saldıqca haldan-hala düşür, o günləri təkrar yaşayırmış kimi əzab çəkirdi. O, bir yerdə qərar tuta bilməyir, var-gəl edə-edə danışırdı. Əsirlik bu kişini nə günə salmışdə, İlahi! Mən ona dəfələrlə çay təklif etsəm də, etirazını bildirdi- həkim icazə vermirdi. Dünyanın ən ağır dərdini çiynində daşıyan, qaçqınlıq şəraitində yaşayan bu qocanı çayla ovutmaq olardımı? Onun məlhəmi dağların quynu, buz bulaqlar idi. Yurdunun gözəlliyini seyr etsəydi, buz bulaqlardan bir ovuc su içsəydi, bəlkə də bir az təsəlli tapardı.

-Bəlkə dəftərimi gətirim sənə?- dedi Niyaz kişi.

-Yəni, dediklərini yazmısan?- deyə maraqla soruşdum.

-Yazmışam. Sabah gətirərəm.

Səhəri gün Niyaz kişi qalın bir dəftər gətirdi. Mən sadəcə  dəftəri redaktə edib oxuculara təqdim etmək qərarına gəldim. Ancaq, bu iş düşündüyüm qədər də asan olmadı. Çox savadsız yazılmışdı. Bəzən fikirlər qarışır, bəzən təkrarlanırdı. Bunu bir təhər yoluna qoymaq olurdu, o hadisələrin dərinliyinə varmaq, onun əsirlikdə yaşadıqlarını ürək ağrısız dərk etmək… bax bu mümkünsüz idi. İşimi uzadan da elə bu idi… Nəhayət işimi yekunlaşdırıb Niyaz kişinin xeyir-duası ilə yazını Dövlətqaşqınkomun həftəlik orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru, dəyərli yurnalist Rafiq Fərəcova təqdim etdim. Təbii ki, materialın həcmi böyük olduğundan bir neçə nömrədə hissə-hissə dərc olundu. Və… Sanki Niyaz kişiyə ikinci həyat verilmişdi, çox sevincək olmuşdu. Bir qoltuq qəzet götürdü, dost-tanışlarına paylamağa. Onsuz da qəzet məcburi köçkünlərə pulsuz paylanırdı… Bir müddət sonra Niyaz kişi gəldi ki, bəs, bir redaktorla razılaşmışam, bu yazını ayrıca kitab şəklində çap etdirəcək. Dedim, nə gözəl, xeyirli olsun. Dedi ki, bu da son deyil. O (həmin redaktor) bu yazını həm rus, həm də ingilis dilinə tərcümə etdirərək kitabçalar çap etdirəcək. Məəttəl qaldim köksü çalın-çarpaz damğalanmış, yarımcan bu qocada olan enerjiyə, istəyə… O, sözünə əməl elədi- bir gün əlində bir kitabça gəldi Komitəyə. Mənim yazdığım önsözü çıxarmış, başlığını dəyişib adını “İki ay erməni əsirliyində” qoymuşdular. Qalan heç nəyi dəyişmədən mənim redaktəmi olduğu kimi köçürmüşdülər… Bir müddət sonra daha bir kitabça ilə- bu dəfə rus dilində… sonra da ingilis dilində… Daha sonra… onu bir daha görə bilmədim. Soraqladım, dedilər dünyasını dəyişib. Beləliklə, həmin yazı:

 

 

 

KÖKSÜMDƏ DAĞ BOYDA DƏRDİM VAR MƏNİM…

(Niyaz kişinin qeydləri)

 

 

 

“Hörmətli oxucular, öz əlimlə yazdığım bu dəftərdə kəndimizin keçmişi haqqında bildiklərim, əsirlikdə olarkən ermənilərin mənim başıma gətirdikləri müsibətlər, mənə verdikləri əzablar əks olunub. Vaxt gələcək bu xatirələr lazım olacaq…

            İmza: Quşçular kənd sakini Zeynalov Niyaz Balay oğlu, 29 iyul 1996-cı il.”

 

…Uşaqlıq illərim kəndimizin ağrılı-acılı dövrünə təsadüf edib.  Kollektivləşmə, kolxoz quruculuğu, repressiya, müharibə illəri.

Kəndin ağsaqqqalı Balakişi Quliyevin söhbətlərinə qulaq asa-asa bu çətin illəri yaşamış, böyümüşük. Balakişi kişi deyirdi ki, çar hökuməti dövründə azərbaycanlıları əsgər aparmırdılar. Camaat çox kasıb dolanır, qazma komalarda yaşayırmış. Ermənilər tez-tez kəndlərimizə basqın edir, evləri qarət edib yandırırdılar. Belə hallarda camaat qaçıb Şuşa qalasına pənah apararmış. 20-ci illərdə Qarabağda bir qarışıqlıq var idi. Bir müddət ingilislər ağalıq edib bizim kəndlərdə. Sonra Türk Qoşunu gəlib, ingilis qoşunu gedib. Balakişi kişi də qoşulub Türkün Qoşununa, olub onbaşı. Erməniləri qovub Qarabağdan çıxardıblar, qayıdıblar evlərimizə. Xankəndi Türk Ordusunun qərargahı imiş. Sonra rus qoşunu gəlib, türklər gediblər. Kənd camaatından silah-sursatı alıblar. Yenə ermənilər torpaqlarımızda ağalıq etməyə başlayıblar. Cavanlarımızı əsir götürüb incidirlərmiş. Vəhşiliklərin, işgəncələrin sayı-hesabı yox imiş. Qaynar samovarı bağlayırlarmış azərbaycanlıların kürəyinə. Neçə adamı beləcə, diri-diri yandırmışdılar. Yenə də evlər qarət olunur, yandırılırdı. Etiraz edənlər isə ruslar tərəfindən öldürülürdü.

Bizə uşaq vaxtından tapşırmışdılar ki, ermənilərlə düşmənçilik haqqında danışmayaq. Bu barədə danışanları tutub aparırdılar. Ona görə də qorxumuzdan heç nə danışmırdıq.

1935-36-cı illərdə Xankəndidə çox az erməni var idi. Həmin illərdən etibarən Qarabağa, həmçinin Xankəndiyə erməni axını başladı. Gələn ermənilər qazma evlərdə yaşayırdılar. Çox kasıb idilər. Onlara torpaq sahəsi verildi. Xankəndidə fabrik, zavodlar tikdilər, ermənilərə yüksək vəzifələr verdilər. Respublikanın o vaxtkı rəhbərliyi onları qudurtdu…

HAŞİYƏ. Uşaqlıq illərindən yaddaşına həkk olunmuş bu hadisələri ömrünün ahıl çağında, qaçqınlıq şəraitində qələmə almış bu qocanın “Respublikanın o vaxtkı rəhbərliyi onları qudurtdu” cümləsini oxuyarkən məni soyuq tər basdı. Bu acı həqiqəti vaxtında dərk edə bilsəydik bu müsibətlər başımıza gələrdimi?

Heç olmazsa bu gün, o savadsız, lakin ağıllı qocanın üsyanını qəbul edə bilirikmi?.. Təəssüf… çox təəssüf ki, bəzilərimiz hələ də içimizdəki biganəlik buzunu əridə bilmirik.

Ola bilsin ki, bu cümlələrə görə, təzadlı fikirlərimə görə mənə irad tutasınız. Məni bədbinlikdə, hissiyyata qapılmaqda günahlandırasınız. Mən normal bir subyekt olaraq belə səvlərə yol verə bilərəm. Hər halda, nikbin sabah üçün bugünkü bədbinliyi yaşamaq mənim ruhuma yad deyil.

Nə isə… qayıdaq niyaz kişinin söhbətin…

1937-38-ci illərdə nə qədər yaşlı adam var idi, hamısını tutdular. Bu proses 1939-cu ilədək davam etdi.

Müharibə başlayandan sonra da ermənilər Qarabağa köçməkdə davam edirdilər. Onların sayı gündən-günə artır, bizim vəziyyətimiz isə ağırlaşırdı. Kənddə kişi qalmadığı üçün bizi döyə-döyə gecə-gündüz işlədirdilər. Bizim şikayətlərə baxan yox idi…

Ermənilər tez-tez müxtəlif bəhanələrlə aranı qatmağa çalışırdılar. Belə bir fakt 1968-ci

Ildə oldu. O vaxtkı Martuni rayonunun Qarakənd kəndinin sakini Benik adlı erməni köçüb Kuropatkin adına sovxozda yaşayırdı. Onun 9 yaşlı oğlunun başını kəsib kənd sovetinin sədri Ərşad yaşayan evin yaxınlığındakı kalafaya atmışdılar. Ərşadı və kəndin digər iki sakinini- Ələmşadla Zöhrabı tutb Xankəndiyə apardılar. İyul ayında məhkəmə onların hərəsinə 15 il iş kəsmişdi. Lakin, məhkəmədən çıxanda, ermənilər Ərşadı tutub, başını kəsib Yeravana aparmışdılar. Ələmşad ilə Zöhrab qaçıb türmə maşınına girmişdilər. Ermənilər onları da diri-diri maşında yandırmışdılar.

Bu hadisədən sonra ruslar Xankəndiyə o qədər qoşun tökmüşdülər ki, sayı-hesabı yox idi. Ermənilər yenə silahlanmışdılar. Fürsət düşən kimi bizim kəndlərə hücum edirdilər.

Nəhayət, 1988-ci ilin yanvarında ermənilər yenidən qızışmağa başladılar. Onlar Şuşaya gedən yollara Ermənistanın bayrağını sancırdılar. Biz də həmin bayraqları gecələr yığıb odlayırdıq. Ermənilər fevral ayından başlayaraq mitinqlər keçirməyə başladılar. Fevralın 12-də Xankədidə nümayiş oldu. Qarabağda yaşayan və rəhbər vəzifələrdə işləyən ermənilər, milis işçiləri, hamısı nümayişdə iştirak edirdilər. Lakin, bizim rəhbərlik tədbir görmürdü. Nümayişə daş karxanasının Manuçarov, Dadamyan (vəzifəsini unutmuşam) və başqaları başçılıq edirdilər.

1988-ci ilin may ayında Vilayət Daxili İşlər Şpbəsinin rəisi Tumanyanın başçılığıı ilə Malıbəyliyə basqın oldu.

Malıbıyli ilə Quşçular kəndinin arasında 5 km məsafə var. Kəndlərimiz hər tərəfdən erməni kəndlərinin əhatəsindədir. Odurki, biz həmişə çətin vaxtlarda bir-birimizə kömək edirdik. Təpədən dərnağacan silahlanan ermənilərin qarşısını yaba, bel, balta və ov tüfəngi ilə alırdıq. Bu dəfə də Malıbəylinin maldarlıq fermasının yanında dığalarla qarşılaşdıq. Tumanyan qorxub adamlarını geri apardı, ölüm-itim olmadı. O vaxtdan Ağdam-Şuşa yolu bağlandı.  Dığalar maşınları daşa basır, üstümüzə hücum edirdilər. Onlar bizə xəsarət yetirmək üçün cürbəcür alətlər düzəltmişdilər.

1988-ci ilin avqustundan etibarən Xankəndidə yaşayan azərbaycanlıları incitməyə başladılar. Xaricdən gələn ermənilər küçədə azərbaycanlı görəndə müxtəlif bədən xəsarəti yetirir, aparıb Daxili İşlər Şöbəsinə təhvil verirdilər. Həmçinin yollarda dayanan rus əsgərləri də müxtəlif bəhanələrlə azərbaycanlıları tutub Xankəndiyə aparır, ermənilər isə onlara ağır işgəncələr verirdilər. Əyin-başlarını soyundurur, qızıl dışı olanın dişini çixarırdılar.

1989-cu ilin may ayından başlayaraq Harov və Dağdağan istiqamətindən gecələr kəndimizi cürbəcür silahlardan atəşə tutmağa başladılar. Yandırıcı raketlərlə kəndi yandırırdılar. Hər dəfə şikayət edəndə rus hərbçiləri bizi günahlandırırdılar.

Silahların və raketlərin Xankəndidə elektrik zavodunda düzəldildiyini öyrəndik. Şikayətimizə baxan olmadı.

Xankəndiyə hər gün 2 dəfə vertalyot (helikopter) gəlir, ərzaq və sursat gətirirdilər. 1991-ci ilin avqust-sentyabr aylarında Malıbəyli və Quşçular kəndlərinin birlikdə cəmi 25 avtomat silahı var idi. Hər gecə isə toplarla üz-üzə durmalı olurduq. Körpə uşaqları kahalarda, qayalıqlarda gizlətməyə məcbur olurduq. Kəndin kənarlarında səngərlər qazmışdıq. Qışın şaxtasında, qarda, boranda səngərlərdə keşik çəkirdik.

1992-ci ilin yanvar ayının 3-də kəndimizə bir vertalyot düşdü. Bizə Bakıdan 15 nəfər könüllü köməyə gəlmişdi. Onların bəziləri birinci dəfə əlinə avtomat almışdı. Kəndin cavanları onları mövqelərə aparır, vəziyyətlə tanış edir və döyüşməyi öyrədirdilər. Əslində bizə onların silahları lazım idi. Onların qumbaraatanları da vardı. Komandirlərinin adı Qulamhüseyn idi.

Yanvarın 5-də Malıbıyliyə 20 nəfərlik silahlı dəstə gəldi. Biz çox sevindik. Beləliklə, əl-ələ verib kəndlərimizi qoruyurduq.

Yanvarın 8-dən 12-nə kimi hər gün səhər saat 7 radələrində yaxınlıqdakı daş karxanasından, Sıxnaq qayasından kəndi güclü atəşə tuturdular. Sıxnaq qayasından kənd ovuc içi kimi görünürdü, vəziyyət çox ağır idi. Evlərin üstü deşık-deşık olmuşdu. Çölə çıxmağa imkan yox idi. Bu vəziyyətdən çıxmaq lazım idi.

Sıxnaq qayasına gələn yol Harov kəndindən keçirdi. Belə qərara gəldik ki, həmin yolda erməniləri pusub tutmaq olar. Kəndin cavanları – Bəxtiyar, Şəmsəddin, Amil, Hamlet, Məhiyəddin və başqaları (cəmi 15 nəfər) gecə ikən həmin yolu Qara təpədə mühasirəyə aldılar. Səhər tezdən iki maşınla (UAZ və yük maşını) Xankəndidən Sıxnaq qayasına gələn erməni yaraqlılarına hücum etdilər. Dığaları məhv etdilər. Beləliklə, Sıxnaq qayasından hücummun qarşısı alındı. Lakin, bu sevincimiz çox çəkmədi. Yanvarın 15-də kəndə bir vertalyot gəldi, hərbi geyimli bir nəfər (onun 35-40 yaşı olardı) Rəhim Qazıyevin adından əmr etdi ki, könüllülər vertalyota minsinlər. Məcburi olaraq könüllüləri silahları ilə birlikdə haraya isə apardılar. Yanvarın 17-də isə Malıbəylidəki könüllüləri apardılar. Onlar gedərkən imkan tapıb silahları camaata paylamışdılar. Əlavə kömək gəlmədi…

Fevralın 9-da ermənilər gecə ikən “Əmiraslan yalın meşəsi” adlanan yerdən kəndimizə hücum etdilər. Hamılıqla kəndin müdafiəsinə qalxdıq. Bütün gecəni döyüşdük. Qanlı döyüşlərdə Babayev Faiq İsmayıl oğlu və Qluyev Aydın Ərşad oğlu həlak oldular. Faiqi səhər yaxın meşədə ağır vəziyyətdə tapdıq. Bütün bədəni güllədən deşik-deşik idi. Aydını çox axtarası olduq. 21 yerdə qarın üstündə dığaların qan izləri qalmışdı, ancaq, onlar ölənlərini və yaralılarını aparmışdılar. Səhər saat 88  radələrində Aydını da tapdıq. O, şəhid olmuşdu. Biz Aydını kəndə gətirəndə artıq Faiq də şəhidlik zirvəsinə ucalmışdı…

Fevralın 10-da ermənilər yenidən hücuma keçdilər. Tanklardan, toplardan və digər silahlardan aramsız atəş açırdılar. Vəziyyət loduqca ağır idi. Qızlar, qadınlar, uşaqlar, qocalar – hamı qaçıb “Qacar qayası” deyilən yerdə gizlənmişdilər. Malıbəyli camaatı da bura gəlmişdi – hamı kahalarda gizlənmişdi.

Vəziyyətdən çıxış yolu yox idi. Kəndlərimizi tank və top mərmiləri yerlə-yeskan edirdi. Belə qərara gəldik ki, Ağdam rayonunun Abdal kəndinə gedək. Bu, çox qorxulu, lakin yeganə çıxış yolu idi. Səhərisi gün camaat ermənilərlə vuruşa-vuruşa Abdala tərəf yollandı.

Abdala getmək üçün qalın meşələrdən, dağlardan, qayalardan keçmək, 7 erməni kəndi “ayaqlamaq” lazım gələcəkdi. Qar dizə çıxırdı, soyuq, şaxta iliyə işləyirdi. Uşaqların əyinləri çılpaq, qadınlar ayaqyalın, başıaçııq idilər. Var-dpvlət hamısı qalmışdı.

Mən baxdım ki, qoca və xəstə anamı apara bilməyəcəyəm. Lakin, onu qoyub da gedə bilməzdim. Beləliklə, mən, anam Nübar, arvadım Güleyşə,  gözündən şikəst qoca Seyid Mövsüm, onun arvadı Gülüstan, Malıbəylidən olan Yeganə qarı bizim evə yığışdıq.

Erməni saqqallıları kəndə girdilər. Mədəniyyət evini və məktəbi yandırdılar. Gülüstan arvadla Güleyşəyə qaçmağı təklif etdik. Mən onları yola salıb həyətdə gözləyirdim. Arvadlar isə “Davaxana” adlanan bulağın başındakı bböyürtkən kolları arasında gizlənmişdilər. Elə bu vaxt təxminən 30 nəfər erməni yaraqlısı üstümə gəldi. Qoca bir əsir də gətirirdilər. Baxdım ki, Yunis kişidir.

Yaraqlılar bizi döyməyə başladılar. Onlar müxtəlif xarici dillərdə danışırdılar. Sonra başqa bir yaraqlı gəlib məni sorğu-suala tutdu ki, camaatın yerini deyim.Dedim, beş gündür ki, Ağdama gediblər. Dedi ki, biz Ağdam yollarını çoxdan bağlamışıq. Çünki, bizim iki maşın əsgərimizi öldürmüsünüz. Malıbəyli və Quşçular kəndlərinin camaatı hamılıqla güllələnəcək. Əgər, Xocalıya qaçıblarsa, deməli, onların da sonu çatıb. Çünki, əsgəran istiqamətindən keçməyiblər. Xocalı isə mühasirədədir. Bu gün-sabah hamısı qırılacaq.

Azərbaycan dilində danışan erməni mənimlə pis rəftar etmirdi. 36 yaşı var idi, Bakıda doğulmuşdu. Dedi ki, kəndimizi tutan ermənilər hamısı xaricdən gəliblər.

Bizi döyə-döyə kənd klubuna gətirdilər. Dedilər ki, kluba salıb yandıracaqlar. Dedim, evdəki qocaları da götürün, hamımızı bir yerdə güllələyin. Kişiliyiniz olsun, bizi incitməyin. Lakin, onlar kəndi qarət edib maşınlara yığır, evlərə od vururdular. Mənim evimə də od vurdular. Anamı və evdəki qocaları yandırdılar. Ürəyim partlayırdı, ağrılarım keyimişdi, anamı və camaatı düşünürdüm. Bakıdan gələn erməniyə dedim ki, Bakının çörğyi səni tutar, əgər bizi işgəncədən qurtarıb güllələməsən.

Yollar yaxşı olsaydı, anamı kürəyimdə aparardım. Təəssüf ki, omüşələrdən, dağlardan onu Ağdama keçirə bilməzdim. Bunları düşünüb erməniləri söyürdüm. Onlar məni yerə yıxdılar, ayaqlarımdan və əllərimdən tutub yellədilər ki, odun üstünə atsınlar. Bakıdan gələn erməni bizi onların əlindən aldı.

Sonra Yunislə məni Malıbəyliyə apardılar. Orada bir UAZ markalı maşın dayanmışdı. Maşından uzunboylu, qara dəridən tikilmiş palto geymiş, üz-gözündən zəhirmar yağan bir nəfər düşüb mənə yaxınlaşdı. Mənə çatan kimi qılçalarımın arasından elə vurdu ki, top kimi atıldım, yerə yıxılıb qıvrılmağa başladım. Sonra başımı, bədənimi təpiklədi… Yunis kişini də o ki bar, döydü… Bizi “Villisə” mindirib Xankəndiyə- işıq idarəsində yaratdıqları hərbi hissəyə gətirdilər. Qara paltarlı, uzun adam avtomatın qundağı ilə itələyə-itələyə bizi birmərtəbəli binaya gətirdi. Bir nəfər hərbi geyimli bizi görcək çığırmağa başladı. Bizi eşiyə çıxartdılar. Həyətdə yerli erməni hərbçiləri var idi. Məni görcək töküldülər üstümə.  Paltomu, xəz dəridən olan papağımı və ayaqqabılarımı soyundurdular. Pullarımı aldılar (15 min publ pulum var idi). Mənə nimdaş, mazut iyi verən hərbi kitel, köhnə papaq və altı qopmuş cırıq çəkmələr verdilər… Bizi kazarmada ayaqyolu təmizləməyə apardılar. Yunis kişidə hal qalmamışdı, işləyə bilmirdi. Mən birtəhər o murdar işi gördüm. Sonra bizi yenə də həyətə çıxartdılar. Daşın üstündə oturub gözlədik. Axşama yaxın, saat 6-7 radələrində bizi kəndə gətirən YAZ maşını təzədən peyda oldu və düz qarşımızda dayandı. Bir nəfər dığa maşından düşüb mənə yaxınlaşdı:

-Mən səni tanıyıram, Pirəməki kökəltmə məntəqəsinin mal həkimi Levonun oğluyam,-dedi. Sonra gəlişinin məğzini açdı:

-1991-ci ilin mayında sizinkilər bir nəfəri tutublar. Bakıda, Şüvəlan türməsində saxlayırlar. Səni aparıb verəcəyəm onun arvadına, əri ilə dəyişdirəcək. Əgər əri sağ deyilsə, səni də öldürəcəyik.

Həkim Levonu yaxşı tanıyırdım, qəddar millətçi idi. Onunla çox dalaşmışdım. Oğlundan soruşdum ki, Levon indi haradadır? Dedi:  “Gedərik, görərsən.”

Məni maşına mindirib üç nəfər hərbçinin müşayəti ilə kolxoz bazarının yanındakı beşmərtəbəli evin dəhlizinə gətirdilər. Dəhliz qaranlıq idi. Amma qaz xəttinin hər iki metrliyində bir kran qoymuşdular. Onlardan işıqlandırıcı kimi istifadə edirdilər. Dəhliz çox böyük idi. Kərpic arasəsmələrlə otaqlar düzəldilmişdi. Qapı yerlərundən pərdə asılmışdı. Görünür, o binanın sakinləri dəhlizdə özlərinə sığınacaq düzəltmişdilər. Burada arvad-uşaq da çox idi.

Məni sobanın yanında oturtdular. Erməni harsınlar hər tərəfdən üstümə düşdülər. Başıma döyə-döyə məni itələyib sobanın üstünə atmaq istəyirdilər. Lakin, cavan bir erməni onları sakitləşdirirdi ki, məni öldürməsinlər. Çünki, mən onlara diri lazım idim. Harsınlardan da biri məni müdafiə edirdi. Onların sözünə baxan yox idi, hər tərəfdən üstümə düşmüşdülər. Mən ancaq başımı qoruya bilirdim. Ağrı hiss etmirdim, bədənim daşa dönmüşdü, üz-gözüm şişib tuluğlanmışdı. Az qalırdı ki, huşumu itirim…

Axşam cavan bir eloğlumuzu da döyə-döyə yanıma gətirdilər. Harsınlar indi də onun üstünə düşdülər. Yazıq onsuz da qan içində idi…

Məni tanıyan erməni harsınları bura gətirildiyimi eşidib gəlirdilər haqq-hesab çəkməyə. Onlar mənimlə daha qəddarcasına rəftar edirdilər. Lağa qoyub deyirdilər ki, kəndinizin camaatını qırmışıq. Altı nəfər cavanınızı da tutub Harov kəndində yandırmışıq.

Tanıdığım ermənilərin ətrafımda çoxaldığını görüb belə düşündüm ki, məni əzabla öldürmək istəyirlər. Odurki, var gücümü toplayıb söyürdüm onları. Söyürdüm ki, tez öldürsünlər.

İnsanın canı nə qədər möhkəm olarmış, İlahi! Mən o qədər işgəncələrdən sonra yenə də yaşayırdım. Üstəlik cavan eloğlumuzu da bağrıma basıb müdafiə edirdim.

Məni müdafiə edən erməni bakılı idi. Deyirdi ki, 1989-cu ildə azərbaycanlılar mənə kömək etdilər, sağ-salamat Bakıdan getdim. Sürücü idi, adı Volodya, atasının adı İsaq idi. Volodya mənə təsəlli verirdi ki, deyilənlərə inanmayım. Deyirdi ki, kəndinizin adamlarını tutmayıblar, oğlanların da sağdır (məni inandırmağa çalışırdılar ki, o yandırılanlardan ikisi mənim oğlanlarım imiş).

Bir az sonra kostyumlu bir dığa da gəldi yanımıza. Məndən soruşdu ki, sən Niyaz deyilsən? Dedim, Niyazam. Bayaq eşitdiklərimi o da dedi. Hələ üstəlik qardaşım Əlfənin də Xıznaret almalıq meşəsində öldürüldüyünü söylədi. Sonra üstümə cumub məni döyməyə başladı. Yanımdakı əsir məni müdafiə etdi (öyrənmişdim ki, o, şəmkirlidir):

-Köpək uşağı, Malıbəyli ilə Quşçuları tutmaq heç də Azərbaycanı tutmaq demək deyil. Qarabağı heç vaxt sizə verməyəcəyik. Qoca kişini niyə incidirsiniz? Öldürürsünüz, kişi kimi öldürün, işgəncə verməyin!

Beş nəfər avtomatlı onu döyə-döyə yerə yıxdılar, gözümün qabağında başını kəsdilər. Yazıq son nəfəsinə qədər təslim olmadı…

O hadisə indi də gözlərim önündədir. Bu, vəhşiliyin son həddi idi. Mən həm də ona görə əzab çəkirdim ki, o oğılanın adını və ünvanını öyrənə bilmədim. Çünki, o vaxtlar özüm də yarıcan idim, qan içində inildəyirdim. Huşumu itirməməyə çalışırdım. O igiddə ilan mətanət mənə qüvvət verirdi. Köpək uşağı, belə cəngavər oğlanı namərdliklə qətlə yetirdilər. Anamın gözümün qabağında, diri-diri yandırılması məni nə qədər incitmişdisə, bu hadisə min kərə artıq yandırdı məni. Hayıf o igiddən, min kərə hayıf!..

Ermənilər mənə deyirdilər ki, bax, səənin də başını elə kəsərdik, ancaq sən bizə lazımsan.

Mən tez-tez huşumu itirirdim, Volodya çiynimdən tutub məni silkələyirdi, deyirdi, özünü toxdaq saxla. Sənə deyilənlərin hamısı yalandır.

Mən camaatın başına gələn müsibətləri gözümün qabağına gətirəndə dəhşətə gəlirdim. Bir də özümə gələndə gördüm bir uzundıraz, yekəpər rus zabiti dayanıb başımın üstündə. Rusca salam verdi. Dedim, rus dilini bilmirəm. Onda, Volodya dedi ki, niyaz kişi, mən tərcümə edərəm. Harsınlar yanımdan aralandılar. Rus zabiti mənimlə əfqan dilində danışmaq istəyirdi. O, Əfqanıstanda döyüşən qoşunun böyüyü olubmuş.

Zabit dedi ki, kəndlərimizi xaricdən gələn qoşun dağıdıb. Bizim buradakı əsgərlərimiz mənə sizin qonaqpərvərliyiniz haqqında danışıblar. Odurki, sizin camaata hörmətlə yanaşırıq. Sənin burada olduğunu eşidib gəlmişəm. Məndən nə xahişin var, de. Dedim ki, onsuz da xahişimə əməl etməyəcəksən, ona görə də heç bir xahişim yoxdur.

Pus zabiti məndən aralanan kimibir qozbei erməni sərxoş halda mənə yaxınlaşıb dedi:

-Ara, bura Ermənistandır, niyə erməni dilində danışmırsan?

Dedim ki, erməni dilini bilmirəm. Qozbel qoltuq cibindən tapança çıxardıb ağzıma dirədi, dedi:

-Ermənicə danış, yoxsa öldürəcəm.

-Öldür, danışmayacam.

-mən səni asanlıqla öldürməyəcəm. Sənə əzab verəcəm.

Sonra qozbelini göstərib dedi:

-Mən Bakıda olurdum, məni sizinkilər bu günə salıblar. Mən əvvaəlcə sənin belini qıracam.

Qozbel əmr etdi, üç nəfər avtomatlı məni qaranlıq bir kameraya gətirdi. Oraya iki nəfər harsın da gəldi. Biri cavan, biri isə qoca idi. Onlar çıraq yandırdılar. Baxdım ki, bir mişar daşı var, oturdum o daşın üstündə. Əsgərlər də kameraya girdilər. Qozbelə balaca bir stul verdilər, oturdu mənimlə üzbə-üz. Üzünü mənə tutub:

-Oturduğun o daşı mən gətizdirmişəm,- dedi. – Onunla sənin belini sındıracağam. Dur ayağa, daşı mənə gətir.

Mən durmadım.

Cavan harsını tanıyırdım, o, məni əri ilə dəyişdirmək istəyirdi.

Qozbel harsınları kameradan çıxarmaq istəyirdi, onlar isə çıxmırdılar. Biri sağımda, biri solumda dayanmış, əllərini çiynimə qoymuşdular. Əsgərlər isə arxa tərəfimdə dayanmışdılar. Onlar mübahisə edirdilər. Elə bu vaxt uzunboylu, belində xəncər, miynundə avtomat olan bir cavan erməni də kameraya girdi. Elə bil Allahdan mənə səda gəldi ki, qorxma, sənə kömək göndərmişəm. Uzun erməni içəri keçib üzü mənə tərəf uzandı və əlini üzünə dirək verib sakitcə baxmağa başladı. Harsınlar onu görcək bir az da ürəklənib qozbeli söyməyə başladılar. Hiss etdim ki, bu oğlan harsınların qohumudur. Qozbel onu tanımırdı, odur ki, harsınları ermənicə pis söyüşlə söydü. Cavan oğlan bunu eşitcək tez qalxıb avtomatı qozbelin qarnına dirədi və dedi ki, köpək oğlu, bu saat 30 patronon hamısını dolduraram qarnına, rədd ol burdan. Qozbel və əsgərlər rədd olub getdilər. Məni başqa kameraya gətirdiləər. Uzun oğlan soruşdu:

-Məni tanıyırsan?

Dedim:

-Yox.

Dedi:

-Adım Vahandır. Bu cavan gəlin qardaşım Slavikin arvadıdır, adı Variyadır. O körpə də onun oğludur. Mən Əsgəranda postda idim, Kaçik dedi ki, bəs Quşçulardan bir qoca kişi tutmuşuq. Mən də gəldim ki, səni tapım, saxlayım, qardaşımla dəyişdirim. Qardaşım Şüvəlanda türmədədir. Geciksəydim, qozbel sənin belini qıracaqdı. İndi qohumlarına bir məktub yaz ki, Stepanakertdə Hayrapetyan Slavikin evində əsir saxlanılırsan. Onlar da Slaviki gətirsinlər, səninlə dəyişək.

Dedim:

-Yazan deyiləm. Kimə yazım axı? Adamlarınız deyirlər ki, meşədə sizinkilərin hamısını qırmışıq. Yaxşısı budur, öldürün məni, canım qurtarsın.

Slavikin arvadı dedi:

-Elə bilirsən səni öldürmək çətindir? Mən olmasaydım, səni çoxdan şamxorlu oğlanın gününə salmışdılar.

Əsir düşdüyümü və məni dəyişdirmək istədiklərini yazdım, başqa heç nə…

1992-ci il fevralın 20-də axşam saat 10-11 radələərində 6 nəfər hərbi geyimli, saqqallı yanıma gəldi. Qollarımı burub arxadan qandalladılar. Məni döyməyə, söyməyə başladılar. Variya nə qədər yalvardısa, xeyri olmadı. Onu da söyüb avtomatla hədələdilər. Məni o qədər döydülər ki, bədənim keyləşdi. Nə qorxu, nə də ağrı bilmirdim. Harsınlar məni güclə saqqalıların əlindən aldılar. Bədənimdə salamat yer yox idi, qandalların yeri qan içində idi.

Variyanın Satenik adında bir həkim qohumu vardı. O, mənə iynə vurdu, yaralarıma dərman sürtdü. Mənə güzgü verdilər, özümə baxdım. Üz-gözüm yaman gündə idi.

Fevralın 22-də axşam saat 8-9 radələrində Vahan yanıma gəldi. Dedi ki, Allahverdi ilə ratsiyayala danışmışam. Məktubunu oğlun Həsəənə verib. Özü də ki, ailə üzvlərinin hamısı sağ-salamatdır. Allahverdi tapşırıb ki, sənə dəyməyək.

Səhər mən şirin çay, iki yüz qrama qədər çörək, bir yumurta gətirdilər. Vahan iki gün yanımda qaldı.

Martın 3-də axşam saat 10-11 radələrində 6 nəfər saqqallı yenidən gəldi. Yenə məni ayaq üstə saxlayıb, əllərimi arxadan qandalladılar. Yenə də işgəncələr başladı… bir saata qədər döydülər. Vəziyyətim çox ağır idi- başım və qandalların yeri çox pis ağrayırdı. Həkim Satenik yenə üzmə, başıma dərman çəkdi, iynə vurdu, dərman içirtdi. Xeyli müddət huşsuz qaldım. Bütün uşaqlıq, gənclik çağlarım kino lenti kimi gözlərim önündə canlandı. Kəndimizin başına gətirilən müsibətlər yadıma düşdü. Allahdan ölüm diləyirdim…

Beləcə ağrılı-acılı günlərim bir-birini əvəz edirdi. Işgəncələr davam edir, mən isə heç vəclə ölə bilmirdim- ölüm məndən üz çevirmişdi.

Martın 21-də yenə həmişəki vaxt həmin dığalar gəldilər. İçəri girən kimi üstümə hücum çəkdilər. Dedilər: “Türkün bayramıdır, ağzını aç, sənə bayram xörəyi gətirmişik.” Təbii ki, mən ağzımı açmadım. Üzümə tüpürüb məni şapalaqladılar. Yenə qollarımı burub arxadan qandalladılar. Biri xəncər çıxartdı, dedi, ağzını aç, yoxsa dodaqlarını kəsəcəm. Variyanın qızları onlara nə qədər yalvardılardılarsa, xeyri olmadı. Xəncər ilə ağzımı araladılar. Hamısı bir-bir ağzıma tüpürdü. Dedilər, bayram xörəyidir, ye. Elə bildim ağzıma ilan zəhəri tökürdülər, var gücümü toplayıb müqavimət göstərirsim. Xəncər dilimi, dodaqlarını doğrayıb qana batırmışdı. Beləcə huşumu itirdim…

Səhərin necə açıldığını bilmədim. Ayıldım ki, Variyanın qızları başımın üstündə daynıb ağlaşırlar. Həkim Stenik qoluma iynə vurur. Canımın ağrılarını indi hiss edirdim. Nə ayaq üstə durmağa halım yox idi, nə də otura bilmirdim. Qızları qorxudan mənim ölməyim deyildi, atalarının dəyişdirilməsi istəkləri baş tutmaya bilərdi. Allahverdidən çox çəkinirdilər. Bəlkə də səhv edirdim, bilmirəm…

Martın 26-da Vahan yanıma gəldi, oğlumdan məktub gətirmişdi. Məm çoxdan bu dünya ilə vidalaşmışdım, ancaq nəfəsim gəlirdi. Lakin, bu xəbər elə bil məndə bir möcüzə yaratdı. Bütün ağrılarım yadımdan çıxdı, elə bildim yenidən həyata gəldim. Mən təəcüb doğuran ilahi bir qüvvənin köməyilə ayağa qalxdım, Vahandan kağızı alıb bağrıma basdım. Sevindiyimdən ağlamağa başladım. Bəlkə də bu, əsirlikdə olduğum müddətdə ilk göz yaşlarım idi (anamın və şəmkirli gəncin müsibətlərinə ağladığımdan başqa). Bir də ki, mən ürəyimdə ağlayırdım. İstəmirdim ki, düşmənlər göz yaşlarımı görüb sevinsinlər. İndi isə özümü saxlaya bilmədim, sevincdən yaranan göz yaşları düşmənə ləzzət verə bilməzdi…

Məktub böyük oğlum Həsəndən idi. Yazırdı ki, mənim məktubumu alandan sonra Şüvəlan türməsində yatan Slavik Hayrapetyanı tapıblar. Ona 13 il iş verilib.

Oğlum şərt kəsirdi ki, əgər məni sağ-salamat versələr, onda Slaviki dəyişdirmək üçün danışıqlar aparacaq. Əlavə olaraq kənd camaatından girov götürülənləri və öldürülənlərin meyitlərini tələb edirdi.

Vahan dedi:

-Niyaz, mən o kağızı oxumuşam. Oğlun tələb edir ki, kənddə qalan qocaların meyitlərini tapıb onlara qaytarım. Özün bilirsən ki, mən bu tələbi yerinə yetirə bilmərəm, qocaları yandırıblar. Harov kəndi yaxınlığında öldürülən 6 nəfərin də meyitlərini elə oradaca yandırıblar. Bu tələbləri yerinə yetirmək mümkün deyil.

Vahanın qanı çox qara idi. Gecəni bizimlə qalıb səhərisi posta getdi. Gedəndə bir daha tapşırdı ki, mənə toxunmasınlar, yoxsa Allahverdinin acığı tutar, Slavikin vəziyyəti pisləşər. Dedi ki, əgər biz Niyazı sağ-salamat qaytarmasaq, Slavikin özü ağırlığında qızıl da versək, xeyri olmayacaq.

Variya çörək, yumurta tapıb mənə verirdi, lakin işgəncə və aclıq məni əldən salmışdı.

Aprelin 4-də gündüz saat 2 radələrində çiyinlərində hərbi torba, əllərində çanta olan iki nəfər rus və bir nəfər mülki paltarlı adamlar yanıma gəldilər. Mülki geyimdə olanın əynində göy kostyum, göy palto, başında xəz-dəri papaq, ayağında qara tufli var idi, dişləri qızıl idi. 40-45 yaşı olardı. Mənə azərbaycan dilində salam verdi. Elə təmiz danışdı ki, məni fikir götürdü. Çox diqqətlə baxdım ona. Fikirləşdim ki, bu buzum dili harda öyrənib görəsən?! Azərbaycanlı ola bilməzdi. O dedi ki, puslar Moskvadan gəliblər, jurnalistdirlər. Başına gələnləri bunlara danış. Dedim ki, rusca bilmirəm. Dedi:

-Eybi yox, azərbaycanca danış, mən tərcümə edərəm. Sənin danışığını lentə alacaqlar.

Mən mikrafona danışmağa başladım. Əvvəlcə öz ünvanımı, ad-soyadımı, sonra da 1988-ci ildən bəri başımıza gətirilən müsibətlləri danışdım. Mən tez-tez danışırdım ki, birdən azərbaycanca danışan adam sözümü kəsər. Çünki, rusların ondan qorxduğunu hiss etmişdim. Məni 13 il iş kəsilmiş erməni ilə dəyişmək istədiklərinə qədər hərşeyi danışdım. Mən deyəndə ki, heç bir günahım olmadan mənə işgəncə verirlər, azərbaycanca danışan adam soruşdu ki, niyə elə danışırsan? Dedim, olanı danışıram. O, məni eşiyə çıxartdı. Sən demə bu adam həmin Abo imiş. Məni döyməyə başladı. Variyanın qızları yenə əl-ayağa düşüb yalvarırdılar. Ruslar da sakitcə baxırdılar. Abo dedi ki, sənin səsini sildirəcəm. Mən necə istəyirəm, elə də yazacaqlar. Harsınlar tökülüb məni onun əlindən almağa çalışdılar. Abo dedi ki, sabah maşın göndərib səni yanına apartdıracaq. Onsuz da ölmək istəyirdim. Kişi olan kəs gərək kişi kimi ölə. Odurki, bütün gücümü toplayıb Abonun gözünün içinə düz baxırdım. O isə daha da qızışırdı. Belə olanda ruslar da qorxa-qorxa ona yalvarmağa başladılar. Mən onların dilini bilmirdim, ancaq görürdüm ki, mənə yazıqları gəlir. Abodan isə qorxurdular…

Variya, qızları puslar və başqa harsınlar məni Abonun əlindən aldılar. O, gedəndə dönə-dönə təkrar etdi ki, sabah məni yanına apartdıracaq.

Abo gedən kimi Variya Vahanın yanına adam göndərdi. Gecə saat 12 radələrində Vahan məni UAZ maşınına mindirib Xanəzən erməni kəndinə apardı. İkimərtəbəli bir evin həyətinndə maşından düşdük. Kənddə işıq yox idi. Kibrit yandırıb alt otaqlardan birinin qapısıını açdılar. Məni bir uşaq yorğanı, bir də döşəkçə verdilər, uzandım. Lakin, yuxum ərşə çəkilmişdi. Bütün gecəni fikir içində oldum, yenə də kəndimizin müsibətləri, şəmkirli cavan oğlan, anam və başqaları gözlərim önündə canlandı…

Sübh tezdən bir cavan oğlan, gəlin və iki ballaca oğlan uşağı yanıma gəldilər. Mənə çay, çörək, pendir verdilər. Neçə gün idi dillimə bir şey dəymirdi. Şirinçay elədim. Həmin gün üç dəfə yemək yedim. Aprelin 5-dən 9-na kimi həmin evdə qaldım.

Aprelin 9-da səhər saat 5 radələrində Vahan yanıma gəldi. Dedi ki, Allahverdi Slaviki Ağdama gətirib, qərargahda saxlayır. Deyir, Niyazı gətir, dəyişək. O, məni Əsgəranda yaşayan böyük qardaşı Valonun evinə apardı. Aprelin 12-nə kimi orada qaldım…

Aprelin 12-də məni dəyişdirməyə aparmaq üçün bir təcili yardım maşınına mindirdilər. Maşında Xocalıda tutulmuş 11 nəfər əsir var idi. Əkrəm, Niftalı, onun qardaşı Əli, Talış Hüseyn və başqaları burada idilər.

Beləliklə, bizi- 12 nəfər əsiri gətirdilər Əsgəranla Ağdam arasındakı Qaraçı qəbiristanlığına. Orada adamlar komalaşmışdı. Erməni tərəfdən Vitalik Allahverdi ilə ratsiya əlaqəsi yaratdı. Allahverdi dedi ki, Niyazı göstərin. Məni maşından düşürtdülər. Əllərimi qaldırıb dedim ki, Niyaz mənəm. Allahverdi dedi:

-Niyazı buraxın gəlsin, Slaviki buraxıram. Mən Ağdam tərəfə, Slavik isə erməni tərəfə keçdik.

Mən Allahverdini birinci dəfə idi görürdüm. Hündürboylu, enlikürək, qarayanız, qarasaçlı bir igid idi. Məni qucaqlayıb bağrına basdı, hönkür-hönkür ağladı. Sonra Xocalı əsirlərini də dəyişdirdilər. Allahverdi hamısını bağrına basıb öpürdü.

Bizi maşına mindirib qərargaha gətirdilər. Çay, çörək verdilər. Orada adam çox idi, hamı səbirsizliklə bizi gözləyirdi. Oğlum Şəmsəddin, Firdovsi və başqaları da gəlmişdilər. Görüşüb öpüşdük, hal-əhval tutduq. Oğlum başlarına gələnləri danışdı. Gördüm ki, mən əsirlikdə olarkən yanıma gələn pus polkovniki mənə həqiqəti danışıb. Doğrudan da Harov ətrafında güclü döyüş olub. Bizimkilərdən 6 nəfər ölüb qalıb meşələrdə, götürə bilməyiblər. 3 nəfər pus əsgərini də (qaçıb bizimkilərə qoşulmuşdular) danışıq zamanı ermənilər güllələyiblər. Malıbəyli kəndindən Fizzə Eyvazova ağır yaralanıb, onu gətiriblər Ağdama, orada keçinib, dəfn ediblər. Adamlarımızdan 10 nəfərə kimi yaralanan olub. Ancaq, 20-yə qədər düşməni məhv edib, mühasirəni yarıblar.

 

SÖZARDI. Niyaz kişi 14 aprel 1992-ci ildən Bakıda, Sabunçu rayonunun Pirşağı qəsəbəsində “Giləvar” sanatoriyasında məsunlaşmışdı.

Quşçular kəndinin 32 nəfər şəhidi, 20 nəfər Qarabağ əlili var. Niyaz kişinin oğlanları və kəndin 50 nəfərə yaxın digər cavanları torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişlər.

Əvvəlki yazı

Rafiq Cəlilov vətəndaşları qəbul etdi - FOTOLAR

Növbəti yazı

Saleh Məmmədovun bağında fövləq-toplantı - "Əlinizi DAŞIN ALTINA QOYMASANIZ", HƏBSƏ GEDİRSİNİZ!

XƏBƏR LENTİ

İsrail Xameneinin öldüyünü açıqladı

İsrail Xameneinin öldüyünü açıqladı

Mart 1, 2026
Rəsmi Bakıdan regiondakı vəziyyətlə bağlı bəyanat

Rəsmi Bakıdan regiondakı vəziyyətlə bağlı bəyanat

Fevral 28, 2026
Səkkizinci günün duası - İmsak və iftar vaxtı

On birinci günün duası - İmsak və iftar vaxtı

Fevral 28, 2026
İran Küveytdə hava limanını vurdu - VİDEO

İran Küveytdə hava limanını vurdu - VİDEO

Fevral 28, 2026
İranın müdafiə naziri və Keşikçi Qvardiyasının komandiri həlak olub - KİV

İranın müdafiə naziri və Keşikçi Qvardiyasının komandiri həlak olub - KİV

Fevral 28, 2026
Cəlilabadda Uzuntəpə su anbarında subasma təhlükəsi yarandı - FOTOLAR

Cəlilabadda Uzuntəpə su anbarında subasma təhlükəsi yarandı - FOTOLAR

Fevral 28, 2026
AZAL bu ölkələrə uçuşları dayandırdı

AZAL bu ölkələrə uçuşları dayandırdı

Fevral 28, 2026
Qar yağacaq - Sabahın havası

Bazar gününün havası açıqlandı

Fevral 28, 2026
İran da İsrailə zərbə endirdi

İran da İsrailə zərbə endirdi

Fevral 28, 2026
Cəlilabadda 3 kəndi mərkəzlə birləşdirən körpü yenidən təmir olunur

Cəlilabadda 3 kəndi mərkəzlə birləşdirən körpü yenidən təmir olunur

Fevral 28, 2026
Trampdan İrana hücumla bağlı ilk açıqlama

Trampdan İrana hücumla bağlı ilk açıqlama

Fevral 28, 2026
İlk zərbə Xameneinin ofisi yaxınlığında olub

İlk zərbə Xameneinin ofisi yaxınlığında olub

Fevral 28, 2026
İsraillə ABŞ İrana zərbə endirdi - Yenilənib - VİDEO

İsraillə ABŞ İrana zərbə endirdi - Yenilənib - VİDEO

Fevral 28, 2026
Elşən Binəqədi vəfat etdi - Meyiti morqda qaldı

Elşən Binəqədi vəfat etdi - Meyiti morqda qaldı

Fevral 28, 2026
Saleh Məmmədovun bağında fövləq-toplantı - "Əlinizi DAŞIN ALTINA QOYMASANIZ", HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövləq-toplantı - "Əlinizi DAŞIN ALTINA QOYMASANIZ", HƏBSƏ GEDİRSİNİZ!

Fevral 27, 2026
Əsirlikdən gəlmiş qoca - Xəlil Mirzə yazır...

Əsirlikdən gəlmiş qoca - Xəlil Mirzə yazır...

Fevral 27, 2026
Rafiq Cəlilov vətəndaşları qəbul etdi - FOTOLAR

Rafiq Cəlilov vətəndaşları qəbul etdi - FOTOLAR

Fevral 27, 2026
İkinci günün duası - İmsak və iftar vaxtı

Onuncu günün duası - İmsak və iftar vaxtı

Fevral 27, 2026
BDU tələbələrinin fotolarını yayan bu şəxsdir - KMBİ mılumat yaydı-VİDEO

BDU tələbələrinin fotolarını yayan bu şəxsdir - KMBİ mılumat yaydı-VİDEO

Fevral 27, 2026
Prezident Sərəncam imzaladı

Təhsil proqramlarına yeni mövzular daxil ediləcək - SƏRƏNCAM

Fevral 27, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident sosial şəbəkələrlə bağlı sərəncam imzaladı

Fevral 27, 2026
Ofisiantların ölümü ilə bağlı hadisədə hökm oxundu

Ofisiantların ölümü ilə bağlı hadisədə hökm oxundu

Fevral 27, 2026
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - FOTO

Rəqəmsal İnkişaf Şurası yaradıldı - Sədri Mehriban Əliyevadır

Fevral 27, 2026
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Bakıya sulu qar yağacaq - Sabahın havası

Fevral 27, 2026
Cəlilabad sakini Rusiya-Ukrayna müharibəsində itkin düşdü - FOTO

Cəlilabad sakini Rusiya-Ukrayna müharibəsində itkin düşdü - FOTO

Fevral 27, 2026
Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar

Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar

Fevral 27, 2026

“Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar”

Fevral 27, 2026
""İbtidai sinif müəllimliyini adətən qadınlar seçir" kimi yanlış fikirlər dolaşır cəmiyyətdə"

""İbtidai sinif müəllimliyini adətən qadınlar seçir" kimi yanlış fikirlər dolaşır cəmiyyətdə"

Fevral 27, 2026
Bakıda 43 yaşlı həkim əməliyyatsan sonra öldü

Bakıda 43 yaşlı həkim əməliyyatsan sonra öldü

Fevral 27, 2026
Sumqayıtda zavodda partlayış - 3 yaralı var

Sumqayıtda zavodda partlayış - 3 yaralı var

Fevral 27, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.