Çərşənbə axşamı, Fevral 24, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Gündəm

“Əsir qadın” əsəri, “Qarabağnamə” nin qızıl səhifəsi, – yeni faciə fəlsəfəsidir”

23 Fevral, 26 / 20:38
A A
“Əsir qadın” əsəri, “Qarabağnamə” nin qızıl səhifəsi, – yeni faciə fəlsəfəsidir”

Daş dələr ahım oxu….                  

(Yazıçı Meyxoş Abdullahın “Əsir qadın” əsərinin dəhşət doğuran  faciəsi)

“Əsir qadın” romanının ilk səhifələrini oxuyanda faciənin dəhşətinin hələ qarşıda olduğunu hiss etdim. Əsərin qəhrəmani Səidənin bənzərsiz faciəsinin bənzərinin  olmayacağını öncədən duydum. Qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” və atam əvəzi böyük qardaşım Fərzalının “Yüz il firavan yaşa, bir gün zəlalət çəksən bəs edər” fikirləri, ruhumu silkələdi. Ancaq başqa səhifələrə keçəndə Səidənin ərşə bülənd olan ahına nə ad qoyum, sualı qarşısında aciz qaldım.

Dünya ədəbiyyatının faciə əsərlərini yaddaşımdan keçirəndə, böyük Füzulinin “Daş dələr ahım oxu” fikri, Səidənin faciəsinin, yazıçı Meyxoş Abdullahın qələmində anatomiyasının və fəlsəfəsinin dərinliyini əks etdirən, elə daş dələn ifadəsiylə eyniləşdirdim!..

“Əsir qadın!..” Yüz minlərin bir ailənin timsalında faciə dramı. XX əsrin doxsanıncı illərin əvvələrində erməni faşizminin Azərbaycan xalqının taleyində yaratdığı növbəti vəhşətin canlı faciəsi. Əsərdən qandondiran parçalar: –

… “Elə bu vaxt güclü partlayış dalğası komanı kibrit qutusu kimi götürüb kənara tulladı. Düşmənlər komanı mühasirəy alırlar. Gözlərimi açanda həyat yoldaşım Əlini qan içində çabalayan gördüm. Onun sağ qolu dirsəkdən yuxarı, özündən beş-altı metr aralıda düşüb qalmışdı. O, sol əlini yarasının üstünə basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi. Onun yaralı qolunu sarımağa çalışdım. Axan qanı saxlamaq olmurdu, üzülmüş damarlardan qan fışqırırdı.

Ərim isə susurdu. O bizi qorxutmamaq üçün canını dişinə tutub birtəhər dözürdü. Əlinin başını dizimin üstünə qoyub hönkürdüm.

Küləşin üstünə düşüb qalmış südəmər uşaq da, dayanmadan qışqırırdı. Onun səsini sanki eşitmirdim.

Komaya onbeş nəfərə yaxın erməni faşisti daxil oldu. Onlardan biri çəkməsinin dabanı ilə Əlinin yaralı qolunun üstünə qoyub təpiklədi. Əli güclə eşidiləcək səslə ufuldadı.”

“Ali…Ali… – deyə ermənilərdən birisi onu tanıyaraq  üzünə baxıb qışqırdı.

Dəstənin komandiri kəmərindən bıçağı çıxarıb, başına yüksək məbləğdə  pul qoyulan Azərbaycan zabitinin, Əlinin başını soyuqqanlıqla kəsdi. Əlinin başı bədənindən üzüləndən sonra, onun başsız bədəni yerdə çabalamağa başladı. Qucağımdakı uşaq, elə bil bunları “duyurmuş kimi” qışqıraraq fəryad qoparırdı”.

Bir az bundan öncə; – “görəsən bundan da artıq vəhşət varmı?” sualımın cavabı, islam dünyasının matəm saxladığı Kərbəlada baş verən İmam Hüseyn müsibəti, Qarabağ torpağında, Vətənini qoruyan Əlinin taleyində təkrar olunurdu. Səidənin isə qucağında körpəsi əsir aparılır.          – “Oradan uzaqlaşdıqca dönüb geri baxırdım. Ərimin başsız bədəninin torpaq üzərində get-gedə kiçildiyini görürdüm”.

Bu anda Səidənin təsəllisi Kərbəla müsibətini də qat-qat üstələyir; – “Böyürümcə yeriyən erməni əsgərinin əlində ərimin qanlı başı yırğalanırdı. Mən o kəsilmiş başa baxıb azacıq da olsa təsəlli tapırdım. Düşünürdüm ki, Əli bizimlə birlikdə  gedir”.

Düşmənlərdən daha bir qandonduran vəhşilik:

– “Bu anda düşmənlərdən biri Əlinin qanlı başını götürüb ağlayan körpənin başının üstündə saxladı və gülə-gülə:

– “Ağlama it küçüyü… Bax, xoxan gəlib səni yeyər”. Uşaq isə ağlamağına davam edirdi. Erməni bu dəfə kəsilmiş başın saçlarından yapışaraq, başdan süzülən qanı uşağın geniş açılmış ağzına axıtdı. Körpə bərk acdığından ağzına tökülən laxtalanmış qanı acgözlülüklə soraraq səsini kəsdi”.

Romandakı bu sətirləri oxuduqca, Bermut üçbucağının ölüm maqnitinə düşmüş kimi dərya ilə səma arasında qalmışdım. Vətənini qoruyan əsgərin, Əlinin hünərinə, dözümünə heyran qalmamaq mümkün deyil. Ərini və körpəsini qoruyan Səidənin göylərə bülənd olan fəryadına qan ağlayırdım. Üç aylıq körpənin ata-anasının faciəsini hiss edib qışqırığının görünməyən tüstüsünün altında köz kimi yanırdım. Və bu faciənin real mənzərəsini yaradan ustadın qələminə; – heyran ey qələm!.. – deyirdim. Fikirləşirdim, görəsən, bundan da artıq dəhşət varmı?!

Hiss-həyacan bir oxucu kimi məni boğur. Fikirləşirəm. Allah eləməmiş, Səidənin başına bir iş gəlsəydi, Azərbaycan ədəbi nəsrində dünyaya məlum olmayan yeni erməni faşist işgəncələrini bəşərə çatdıracaq əsər yarımçıq qalmazdımı?!.. Əgər belə olsaydı, dünya ədəbiyyatında faciə janrında yazılmış romanların zirvəsində duracaq “Əsir qadın” kimi bir əsər, yəqin ki, yarımçıq qalardı.

İstedadlı və zəkalı sənətkarlar zamana və məkana sığmır. Romanın müəllifi Meyxoş Abdullah da bu keyfiyyəti ilə tarixləşir. Hadisələrin arxasında sənətkarlıqla drijorluq edən  yazıçının məharəti heyrət doğurur.

Əsərdə psixoloji fəlsəfənin dərinliyi o həddə çatır ki, səbrli oxucu uzun müddət bu dərinlikdən çıxa bilmir. Əsərdə baş verən hadisələri yazıçı sadəcə nəql eləmir. Real durumun ən gizli detallarını məharətlə incələyir və təhlildən keçirir ki, bu da böyük istedaddan xəbər verir.            Əsərin sujet xətti bir ailənin faciəsi üzərində qurulur və bütün əsirlərin faciəsini ümumiləşdirir. Romanı oxuduqca insanın qəzəbini alovlandırır, onu; – qisas…qisas… – deyə intiqama səsləyir. Həm də, bu yazıçının söz xatirinə çağrışı deyil, faciə  səhnələrinin təqdimatıdır.

Səidə çox ağır və təhlükəli məqamlarla (bütün əsirlik dövründə) ölümlə üz-üzə qalır. Fikirimcə Allah Səidəni ona görə saxlayır ki, ermənilərdən çəkdiyi əzabları zəmanəyə danışıb yaddaşları oyatsın. Yazıçı Səidəni Azərbaycan-Şərq Dünya ədəbiyyatında yeni faciə obrazı kimi təqdim edir. Bu müstəvidə, yazıçı, həm də,  ermənilərin dünyaya hələ məlum olmayan  işgəncə üsullarını təqdim edir. Ermənistan, – daşı da, torpağı da, adama qənim kəsilən bir yer. Göz qırpımında onlarla Səidə kimiləri və əsirləri uf demədən didib parçalayan mühit. Erməni zabiti olan “Ohan” obrazı tipikləşdirilmiş erməni xislətinin əzazil ünsürüdür.

Əsərin dili ayrıca təqdimata layiqdir. Sadəliyi, oxucunun qəlbini ehtizasa  gətirməsi, ayrı-ayrı parçaların poetik  təsiri və yaddaşa höpmasına heyran qalırsan.

… Səidənin körpəsi ölür. O dərin iztirab keçirir: – “O gecə səhərə qədər oğlumu qucağımdan yerə qoymayaraq, ana-bala baş-başa verərək dərdləşdik… Ona arzularımı, istəklərimi danışdım. Məni bu qərib yerdə, düşmənlərin arasında tək qoyduğuna görə, onu qınadım. – Biz belə danışmamışdıq, – dedim, oğul. Sən ananı beləcə tərk edib gedirsən? Bu boyda dünyada  bircə ümid yerim, bircə təsəllim sən idin, ay oğul. Sən də anana beləmi dönük çıxdın?!- deyib, hönkür-hönkür ağladım. “Daş dələn ah…” Bu aha başqa nə ad vermək olar? Söz acizdir.

Dünya nəsrinin şah əsəri L. Tolstoyun “Hərb və Sülh”, F. Dostoyevskinin “Alçaldılmış və təhqir edlimişlər” əsərlərində, V.Şekspirin faciə dramlarında fiziki ölümlər, mənəvi işgəncələr hakimdirsə, yazıçı Meyxoş Abdullahın “Əsir qadın” əsəri, həm mənəvi, həm fiziki, həm də, ağıla gələn və gəlməyən işgəncələrlə müşaiyət olunur. Səidə hər üç işgəncənin dəhşətini “yaşayır”. Müəllif də bu dəhşətləri Səidə ilə birlikdə çəkir.

Meyxoş Abdullah dünya ədəbiyyatında faciə janrında bənzəri olmayan bir əsər  ortalığa qoymuşdur. Əsərin təsiri o qədər güclüdür ki, oxucu qəti əmin olur ki, qiyamt qopsa belə, “Əsir qadın” romanının baş əzabkeşinin faciəsini yer üzündən silməyə gücü çatmayacaq. Həyat büsbütün məhv olsa da, dünya yenidən yaransa da, mələkləri belə ağladan Səidə kədəri insanlıq tarixinin əbədi acısı olaraq qalacaqdır.

Füzuli dədə  “Leyli Məcnun” poemasını yazanda, özündən dörd əsr əvvəl yaşamış ustadı Nizami Gəncəvinin qarşısında imtahana çıxdı. Yazdı və nöqtəni qoyanda “İnşallah ki, qalibəm mən!..” – dedi. Ədəbiyyatda qəzəl kimi çətin janrın əlçatmaz pramidasını yaradan dahi, bizim günlərdə yaşayan yazıçı Meyxoş Abdullahın “Əsir qadın”ını oxusaydı, faciəvi əsərlərin zirvəsində duran bu romanın müəllifinə “inşallah ki, qalibsən sən!..” – deyərdi.

Füzuli dədənin zamanəsini yandıran  “Daş dələr ahım oxu” kədəri, dörd əsrdən artıq yol gəlib Meyxoş Abdullahın qələmində əsrin ən böyük faciəsini yaşamış Səidənin taleyinə yazıldı, Füzuli kədərini Füzuli qüdrətində.

Səidənin sözlə ifadə edilməsi mümkün olmayan faciəsini, “Sözün qəlbində gizlənmiş /bütün dahilərin eşqi, göyün eşqi, yerin eşqi”. (S. Vurgun), sözün tilisimi ilə  yaradandan vergili  olan Meyxoş Abdullah qələminə heyrət etməmək mümkün deyil. Pərvanə şam üstündə necə yanırsa, yazıçı  “Əsir qadın” əsəri üstündə də beləcə yanır.

Xatırlatma: 

–  Əziz oxucu “Əsir qadın” romanına (206 səhifədir) elə özü həcimdə  resenziya yazılmalıdır ki, onu tam təqdim edəsən. Mən əsərin bir hissəsini təhlilə gətirdim. Oxu, yadda saxla və gələcək nəslə ötür. Onu da fikirləşirəm ki, yazıçı Səidənin bu cəhənnəm əzabını qələmə alanda necə dözüb? Belə qənaətə gəldim ki, bu, yaradanın Meyxoş Abdullaha peyğənbərlərə göndərilən bir kitab timsalıdır. Seçilmiş bəndəsi Meyxoşa, səhvən yaratdığı  ermənini bəşərə tanıtmaq fürsəti verib. Səidənin çəkdiyi əzabı, söylədiyi faciə səhnələrini qələmə alanda  müəllifə dözüm verib. Deyib ki, yaz, yer üzünün insanlarına xatırlat ki, onların yanında adam cilidində erməni adlı bir iblis də var. Onu da xatırlat ki, mənim yaratdığım iblis, şeytan erməni vəhşiliklərinə mətəəl qalır.

Səidənin faciəsini yazıçı yaranışa üsyan məqamında heyrətedici sənətkarlıqla təqdim edir. Sanki bu vəhşətin içindən Səidə yox yazıçı özü keçib.

 

            “Əsir qadın”əsərində yazıçının idealı:

– Ayıq olun, insanlar, bu dünyada erməni adlı kabus var.

 

Sənətkarlıq:

 

Yazıçının qəhrəmanı ilə etik dialoqu, müsahib mədəniyyəti məktəb yaratmaq nümunəsidir.

– Əsərin sujet xəttinin sadəliyindən dərin fəlsəfi xətt keçir.

– Əsərin dili – nəsrin poeziyası kimi oxunur.

– Estetik hiss-həyacan. Vətən… Vətən… Vətən… əhvallı hayqırımı. Düşüncə, özünüdərk əsərdə bu yazıçının idealıdır.

– Yazıçı Səidə obrazında Azərbaycan qadınının  vətənpərvərlik abidəsini yaradır.

– Əsər, “Qarabağnamə” nin qızıl səhifəsi, – yeni faciə fəlsəfəsidir.

– Əsərdə Meyxoş Abdullah “Yazıçı əxlaqı”nın yeni institutunu yaradır.

Əsər azərbaycanlı ailənin erməni faşizm tərəfindən məruz qaldığı  bəşəri faciəni dünyaya ünvanlayır.

– Füzuli kədərini, Füzuli qüdrətində yaşadan sənətkar.

– Hər bir obrazın bitkin təqdimatı sənətkarlıqla müşayət olunur.

– Əsərin konkret zamanı yoxdur bütün zamanların yaddaşıdır.

 

              Haşiyə:

“Xəyalım məni 3 il əvvələ apardı… Yazıçı Meyxoş Abdullaha zəng vurub əsərdəki xalça barədə ondan soruşuram. – “Səidənin anasının cehizidir!.. – dedi. – Ohan Səidənin ata-anasını öldürüb, evi yağmalayıb, yandırdıqdan sonra, atasının tüfəngini, anasının xalçasını öz evinə aparmışdı. Səidə əsirlikdən qurtulduqdan sonra, xalçanı Stavropola gələndə özü ilə bərabər gətirmişdi”.

Susuram… Daha heç nə soruşmuram…

Xəyal məni ikinci dünya müharibəsi illərinə aparır. “Atam 1943-cü ildə  orduya çağrılır. Anam köməksiz, maddi imkansız və üç körpə uşaqla qalır. Evimiz “Təzəkənd” adlı yerdə daş üstə  güney və qüzeyə açılan qapılar  və hər iki tərəf  balkonlu dörd otaqlı ev.

Bu kənddə yeni ailə quran gənclərin də sanballı evləri var. Kişilər hamısı müharibəyə cəlb olunur. Hamısının da gənc arvadları və körpə uşaqları başsız qalır. Təzəkənd kişisiz qalır.             Ailələri köhnə kəndə qohumlarının yanına qayıdır. Biz də köhnə kəndə qayıdıb, ana babam Nuruş kişinin əl damına yığışırıq. Bir-iki həftə keçir, Təzəkənddəki evimiz yanır. Anamın cehizlik xalçası da içində, hər şey kül olur. Anam üç il cəhənnəmi ayaqlayır. Üç ildən sonra 1946-cı ildə atam müharibədən qayıdır. Doqquz gündən sonra, anam elə Səidə yaşında vəfat edir. Oxşar talelər. Bir cehiz xalçası cəbhədən min kilometrlərlə uzaqda  alman faşizminin müharibə alovunda yandı, bir cehiz xalçası isə erməni faşizminin qurbanı olmuş  ananın, əsir qızının  cənazəsinə büküldü.

– Faciəli xatirə məni dondurub. Bir müddət susuram.

– Qənbər müəllim sizə nə oldu? Meyxoşun səsindən ayılıram və bu da “Əsir qadın” nın son faciəsi”.

“Vətəni sevmək imandandır” – deyib peyğənbərimiz. Azərbaycan Şərq və Dünya ədəbiyyatının ən müqəddəs mövzusu Vətəndi. Bütün sənətkarların, şairlərin, yazıçıların, rəssamların, bəstəkarların, heykəltaraşların ilhamının baş mövzusu Vətən olub.

 

…Vətənpərvərlik.

 

Səidənin  Vətən torpağına qovuşmaq həsrəti dünya ədəbiyyatında bu mövzuda yazılmış hər hansı bir tərənnüm təhlil, təsvir təqdimatın fövqündədir.

Yazıçı qələmində, elə yazıçıya ünvanlanmış kiçicik bir məktubun məzmunu bir epopeya əsərə bərabərdir.

Hər hansı insan əhvalına təsir edən sözləri seçsəm belə, yazıçının Səidənin məktubunu oxuyandan sonar keçirtdiyi əhvalı təsvir edə bilməyəcəyim üçün, söz ustadının öz sözlərinə söykəndim: – “Məktubu oxuyandan sonar gözyaşlarımı saxlaya bilməyib hönkür-hönkür ağladım. Mən ömrüm boyu belə bir ağrıyla rastlaşmamışdım. Bu ağrı yox, sadəcə olaraq bir cəhənnəm əzabi idi”…

 

              Bu da əsərin kulminasiya nöqtəsi…

 

“Təyyarə Vətənin hava sərhədini keçəndə təyyarənin yük yerindən salona doğru bənovşəyi rəngdə bir parça bulud axını gəldi… Həmin bənövşəyi rəngli bulud axınının təyyarənin salonunda görünməsiylə, gözdən itməsi ildırımsürətindən də ani oldu. Salondakıların hamısı heyrət və qorxu içində bir-birlərinin üzünə baxdılar.

Mən də yaranmış vəziyyətdən qorxu hissi keçirtdim. Ürəyim həyacandan əsim-əsim əsirdi.

Özümə gələndə isə anladım ki, bu bənövşəyi rəngli bir parça bulud, Səidənin vətən torpağına qovuşan narahat və nigaran ruhudur…”

“Narahat” və “nigaran” ruhun ədəbi və əbədi heykəlini ucaldan ustad. Briliyant hərflərlə yazılmış İnsan, Xalqının layiqli ziyalısı, dövlətinə ürəkdən bağlı vətəndaş!… Əminəm ki, nə vaxtsa Milli ruhlu bədii təfəkkürlü bir heykəltaraş, bədii qəhrəmanın Səidə ilə sənin qoşa monumentini yaradıb əsrlərin və nəsillərin yaddaşına ərmağan edəcəkdir!..

 

                Sonda:

 

Müəllifin Vətənpərvərliyinə, uzaqgörənliyinə heyrət etməyə bilmirsən. Qələbədən 11 il öncə yazdığı “Əsir qadın” romanının epiqrafı:

“… Ey, Soydaşım!.. Ey, Həmvətənim!..  Nə qədər çətin  də olsa etiraf  etməliyik ki, biz  savaşda  təkcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi də itirmişik. Düşmən əsirliyində neçə-neçə qız və gəlinlərimiz, ana və bacılarımız olmazın işgəncələr çəkirlər. Onların acı fəryadları vətən oğullarını intiqama səsləyir. Bizi qarşıda ağır, ağır olduğu qədər də şərəfli bir döyüş gözləyir. Yalnız bu döyüş alnımıza vurulan damğanı, vicdanımızın ləkəsini silib təmizləyə bilər.

Öldürsək, – namusumuzu, öləriksə, özümüzü gələcək nəsillərin qınağından və xəcalətindən xilas edə bilərik!…”

Budur yazıçı gücü, yazıçı böyüklüyü, yazıçı uzaqgörənliyi və yazıçı inamı…

 

P.S. Ədəbiyyatımızda “Əsir qadın” kimi möhtəşəm bir əsərin müəllifi Meyxoş Abdullaha İlahi bir hörmətlə!

Qənbər Ağayev,

Teleradio Mediya əlaçısı, “Qızıl Qələm” və “Bir Millət iki dövlət” media mükafatı laureatı,

Azərbaycan Respublikasının Əməkdar Jurnalisti

Əvvəlki yazı

Ramazanın 6-cı gününün duası: İmsak və iftar vaxtı

XƏBƏR LENTİ

“Əsir qadın” əsəri, “Qarabağnamə” nin qızıl səhifəsi, – yeni faciə fəlsəfəsidir”

“Əsir qadın” əsəri, “Qarabağnamə” nin qızıl səhifəsi, – yeni faciə fəlsəfəsidir”

Fevral 23, 2026
Ramazan ayı bu tarixdə başlayır - İlk günün imsak və iftar vaxtı

Ramazanın 6-cı gününün duası: İmsak və iftar vaxtı

Fevral 23, 2026
Müşfiq Abbasov həbs edildi

Müşfiq Abbasov həbs edildi

Fevral 23, 2026
Mətanət Əsədova məhkəməyə verildi - Qalmaqal

Mətanət Əsədova məhkəməyə verildi - Qalmaqal

Fevral 23, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq - Sabahın havası

Fevral 23, 2026
Elçin Quliyev 43 yaşlı generalı özünə köməkçi təyin etdi

Elçin Quliyev 43 yaşlı generalı özünə köməkçi təyin etdi

Fevral 23, 2026
Cəlilabadda "Sağlam gələcək, güclü ailə" adlı tədbir keçirildi - FOTOLAR

Cəlilabadda "Sağlam gələcək, güclü ailə" adlı tədbir keçirildi - FOTOLAR

Fevral 23, 2026
DTX tərəfindən saxlanılan sabiq icra başçısı ilə bağlı QƏRAR

DTX tərəfindən saxlanılan sabiq icra başçısı ilə bağlı QƏRAR

Fevral 23, 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək - Sərəncam

Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək - Sərəncam

Fevral 23, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Bu şəxslərə 4500 manat əlavə kompensasiya veriləcək

Fevral 23, 2026
Prezident Sərəncam imzaladı

Aprelin 1-dən hərbi xidmətə çağırılacaqlar - Sərəncam

Fevral 23, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

İlham Əliyev bu şəxslərə "Tərəqqi" medalı verdi - Sərəncam

Fevral 23, 2026
Prezident iranlı naziri qəbul etdi - FOTOLAR

Prezident iranlı naziri qəbul etdi - FOTOLAR

Fevral 23, 2026
Fermada müəmmalı ölüm: Çobanın meyiti tapıldı

Fermada müəmmalı ölüm: Çobanın meyiti tapıldı

Fevral 23, 2026
Toyları lampa işığında baş tutub, 71 ildir bir həyatı bölüşürlər - VİDEO

Toyları lampa işığında baş tutub, 71 ildir bir həyatı bölüşürlər - VİDEO

Fevral 22, 2026
Lənkəran və Masallıda canavarlar kəndə hücum etdi

Lənkəran və Masallıda canavarlar kəndə hücum etdi

Fevral 22, 2026
Rusiyada geoloji ekspedisiyada çalışan cəlilabadlı alimin anım gündür

Rusiyada geoloji ekspedisiyada çalışan cəlilabadlı alimin anım gündür

Fevral 23, 2026
İkinci günün duası - İmsak və iftar vaxtı

Beşinci günün duası - İmsak və iftar vaxtı

Fevral 22, 2026
Duman olacaq - Xəbərdarlıq

Duman olacaq - Xəbərdarlıq

Fevral 22, 2026
Rusiyada əmək miqrantlarının 18 yaşına çatmış övladları ölkədən çıxarıla bilərlər

Rusiyada əmək miqrantlarının 18 yaşına çatmış övladları ölkədən çıxarıla bilərlər

Fevral 22, 2026
Həbs olunmamaq üçün ölümünü səhnələşdirdi - 14 il sonra belə tutuldu - VİDEO

Həbs olunmamaq üçün ölümünü səhnələşdirdi - 14 il sonra belə tutuldu - VİDEO

Fevral 22, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Həftənin ilk iş gününün havası

Fevral 22, 2026
Şəhid mayorun atası vəfat etdi

Şəhid mayorun atası vəfat etdi

Fevral 21, 2026
Birinci yoldaşını, sonra özünü güllələdi - Lənkəranda dəhşətli qətl

Birinci yoldaşını, sonra özünü güllələdi - Lənkəranda dəhşətli qətl

Fevral 21, 2026
"Qələbənin digər üzü - Şəhid ailələri" adlı layihə keçirildi - FOTOLAR

"Qələbənin digər üzü - Şəhid ailələri" adlı layihə keçirildi - FOTOLAR

Fevral 21, 2026
İkinci günün duası - İmsak və iftar vaxtı

Dördüncü günün duası - İmsak və iftar vaxtı

Fevral 21, 2026
Güclü külək nə vaxtadək davam edəcək?

Külək güclənəcək - XƏBƏRDARLIQ

Fevral 21, 2026
Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı

Fevral 21, 2026
Laçına Sumqayıtdan da reyslər açılır

Laçına Sumqayıtdan da reyslər açılır

Fevral 21, 2026
Xalq artistinin oğluna vəzifə verildi - Rütbəsi artırıldı

Xalq artistinin oğluna vəzifə verildi - Rütbəsi artırıldı

Fevral 21, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.