Milli Qəhrəman Əliyar Əliyevin qardaşı, Qarabağ qazisi Rüzgar Əliyev vəfat edib.
Bu haqda Mecra.az-a Əliyar Əliyevin oğlu Emin Əliyev məlumat verib.
O, əmisinin insult keçirdiyini və vəfat etdiyini bildirib. Rüzgar Əliyev dünən Biləcəridə ana və bacısının məzarının yanında dəfn edilib.
Mərhumun 3 və 7 mərasimi isə fevralın 22-də Babək prospektində “Babək” mərasim evində keçiriləcək.
Qeyd edək ki, Rüzgar Əliyev 1951-ci ildə Qubadlının Qəzyan kəndində anadan olub. O, birinci Qarabağ müharibəsinin qazisi idi.
Allah rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN






























