Cümə, Fevral 6, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Ədəbiyyat

De, xəbərin varmı, ana, bir balan da köç elədi - Nurafizin şeirləri

05 Fevral, 26 / 22:43
A A
De, xəbərin varmı, ana, bir balan da köç elədi - Nurafizin şeirləri

Mecra.az tanınmış şair Nurafizin şeirlərini təqdim edir:

Beləcə bir ömür yubandım onda

Hələ ki, məktəbi qurtarmamışdım,
Ağzımın süd iyi yavandı onda.
Hələ ki, qəm məni otarmamışdı,
Tərsə sapmamışdı avandım onda.

Tələsdim, könlümü verdim o, qıza,
Blmədim kim uda, ya kim uduza.
Demə gedirəmmiş mən ağzı duza,
Hələ nə qanırdım, cavandım onda.

Yaman havalıydım, kefi kök idim,
Yerə sığışmırdım, yerdə ,,yek” idim,
Hər sözü-söhbəti nizətək idim,
Oxa gəlməmişdi ov andım onda.

Elə bilirdim ki, dünya- o, qızdı,
Göylə əlləşəndə kəkliyim azdı.
Arzumu yazdığım dəftərim buzdu,-
Əridi, uçulmuş tavandım onda.

hələ at üstəydi eşqim, həvəsim,
Dlimdə diriydi sözümlə səsim.
Bir səhər qarşıma çıxdı nəvəsi,
Beləcə bir ömür yubandım onda.

Qul ömrüdü Şahınkı da, bilirəm

Nə dəyişər qızıldansa qəfəsi?
Ömür birdi, dəyişməz ki, dəfəsi.
Hara getsə sona varar nəfəsi,
Yol ömrüdü Şahınkı da, bilirəm.

Könül verməm dövləti bol gədəyə,
Əl də qoymam ümid yoran hədəyə.
Sığınmışam Tanrı verən vədəyə,
,,Ol” ömrüdü Şahınkı da, bilirəm.

Kimə qəsdsə, kimə yardım-qoy olsun,
Haqq – divanda ədalətə boy olsun.
Taxtda sultan olubsa da qoy olsun,
Qul  ömrüdü Şahınkı da, bilirəm.

 

De, xəbərin varmı, ana

De, xəbərin varmı, ana?
Bir balan da köç elədi.
İçim çəkildikcə qına,
Göz yaşlarım beçələdi.

Bəlliymiş sonu bilimin,
Bitmədi ayı ilimin.
İlgəyi sındı dilimin,
Topuq çaldı, çeçələdi.

Sonasından küsdü gölüm,
Yağım oldu içim-çölüm.
Nə doğmaymış sənə ölüm,
Gəlib sizdə gecələdi.

Bacı

Bu dəfə Tiflis səfərim
Dən salmadı şuma, bacı.
Gündüzü pat eləsəm də,
Mat oldum axşama, bacı.

Qəm sıxdı can qəfəsini,
Sayammadım dəfəsini.
Mən ölmüş, son nəfəsini
Uduzdum ah – şama, bacı.

Bir vaxt sönən sacım oldu,-
Qardaş adlı acım oldu.
Eh… indi də bacım oldu
Bayatı, oxşama, bacı.

Kimlər uduzdurdu görən

Haqdan verilmişəm buta,
Bu bağlılıq eşq, ya xəta?
Ürəyində gizlətmə ta,
Yaş çıxarar üzə məni.

Qurdağızlı gecə Ayam,
Bir az ömrü geri sayam,
Ürəyinin dağındayam,
Endirən yox düzə məni.

Açıq qalıb bəndi-bərəm,
Xatirələr pərərn-pərən.
Kimlər uduzdurdu görən
Zalım Nurafizə məni?

Payızın şəklini çəkər

Kasıb varanda heçinə,
Azıyla toxdaq keçinər.
Enib dərdinin içinə,
Dayazın şəklini çəkər.

Gül açanda qar ağacda,
Birmiş palıd, qarağac da.
Qara günlər qara saçda
Bəyazın şəklini çəkər.

Ya məsciddə, ya kilsədə,
Ağac kimi əkilsə də…
Hər tərəfə yaz gəlsə də,
Payızın şəklini çəkər.

Gözümdən düşdüm aşağı

Sözümün babı qalmadı,
Yığmağa qabı qalmadı.
Dizimin tabı qalmadı,
İzimdən düşdüm aşağı.

Duam güldü Göy-ritmdə,
Dərs öyrəndim öyrətimdə.
Vaxt üşüdü heyrətimdə,
Dözümdən düşdüm aşağı.

Harda yad oldum sözümə,
Sutək çiləndim közümə.
Qalxa bilmədim özümə,
Gözümdən düşdüm aşağı.

***
Ömrün də ev kimi qapısı ola,
Açıb yavaş -yavaş çıxıb gedəsən.
Köhnə xatirələr girə qol-qola,
Son dəfə əlini sıxıb gedəsən.

Yolunca ağaclar çıxa görüşə,
Küləklər boy tuta yol ötürməyə.
Qonşunun iti də dalınca düşə,
Utana bir ağız sənə hürməyə.

Dalınca su ata yağan yağış da,
Sərçələr su içə ayaq izində.
Günahın olmaya bu yır-yığışda.
Geriyə dönməyə qala üzün də.

Kaş ola dumanı, çəni özündən,
Sinənin dağında yuvalanasan.
Öz havan çıxarda səni özündən,
Sonra… sonra bir də havalanasan.

Avdı Qoşqar

Ağrı var ki, sərtdi , lələ,
Kəm ovunmaz, Avdı Qoşqar.
Bölünməsə aya, ilə,
Cəm ovunmaz, Avdı Qoşqar.

Can ağrıyla küllənəndə,
Qanbir oldum küllə mən də.
Yanaqda yaş güllənəndə
Nəm ovunmaz, Avdı Qoşqar.

Dil bağlısa lal günahnan,
Ağla deyim hansı haqnan.
Zülüm-zülüm ağlamaqnan
Qəm ovunmaz, Avdı Qoşqar.

Gözlərimin ağı kəfən

Nəfəs dərəndə hər dəfə,
Boy verərdin arasında.
Gözlərimin ağı kəfən,
Məzar yerin – qarasında…

Çəkilməmiş ahım balsa,
Çəkiləndə ərz olar, off…
Əlim quru yerdə qalsa,
Gümanlarım fərz olar, off…

Qardaş deyib kim öyəcək?
Danışacaq söz-gapımı.
Boş qapını Gün döyəcək,
Kim döyəcək, de, qapımı?

Kim var sual verməyə

Sınmış budaq can çəkir
Üstündəki yuvada.
Quşların ayaqları
Çarmıxdadır havada.

Hansı əldir qıyıbdır
Daş atmağa olana?
Haqdan dönən bəndəsi
Haqq veribdir talana.

Sükut bıçaq itilər
Bəndə əl qoysa qana.
Kim var sual verməyə
De, Tanrıdan o yana?

Əvvəlki yazı

Cəzalarını harada və necə çəkəcəklər? - FOTOLAR

XƏBƏR LENTİ

De, xəbərin varmı, ana, bir balan da köç elədi - Nurafizin şeirləri

De, xəbərin varmı, ana, bir balan da köç elədi - Nurafizin şeirləri

Fevral 5, 2026
Cəzalarını harada və necə çəkəcəklər? - FOTOLAR

Cəzalarını harada və necə çəkəcəklər? - FOTOLAR

Fevral 5, 2026
Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Fevral 5, 2026
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR

Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR

Fevral 5, 2026
Əliyev Ərdoğana başsağlığı verdi

Əliyev Ərdoğana başsağlığı verdi

Fevral 5, 2026
Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı

Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı

Fevral 5, 2026
İmtahana gizli kamera ilə girənlərin aqibəti necə olub? - DİM açıqladı

Magistr olmaq istəyənlərin nəzərinə!

Fevral 5, 2026
Arayik və daha 4 separatçı ömürlük məhkum edildi - Digərlərinə 19-20 il həbs!

Arayik və daha 4 separatçı ömürlük məhkum edildi - Digərlərinə 19-20 il həbs!

Fevral 5, 2026
Bayramdan sonra ilk iş günü hava necə olacaq?

Sabah hava necə olacaq? - Proqnoz

Fevral 5, 2026
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı - FOTOLAR

Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı - FOTOLAR

Fevral 5, 2026
Məmur bu qəzaya görə vəzifəsini itirdi - VİDEO

Məmur bu qəzaya görə vəzifəsini itirdi - VİDEO

Fevral 5, 2026
Prezidentin sosial media hesablarında dünənki mərasimdən video paylaşıldı

Prezidentin sosial media hesablarında dünənki mərasimdən video paylaşıldı

Fevral 5, 2026
Prezident mükafata görə belə təşəkkür etdi - FOTO

Prezident mükafata görə belə təşəkkür etdi - FOTO

Fevral 4, 2026
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm səbəbi bilindi - Açıqlama

Bu da qardaşı uşaqlarını baltalayan ƏMİNİN FOTOSU

Fevral 4, 2026
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində forum keçirildi - FOTOLAR

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində forum keçirildi - FOTOLAR

Fevral 4, 2026
Şəmsi Səmədzadə mal-qara oğurluğuna görə tutuldu - Oğlu da yanında imiş

Şəmsi Səmədzadə mal-qara oğurluğuna görə tutuldu - Oğlu da yanında imiş

Fevral 4, 2026
İlham Əliyevə mötəbər mükafat verildi - FOTOLAR-VİDEO

İlham Əliyevə mötəbər mükafat verildi - FOTOLAR-VİDEO

Fevral 4, 2026
İcra başçısı daha bir kənddə vətəndaşlarla görüşdü - FOTOLAR

İcra başçısı daha bir kənddə vətəndaşlarla görüşdü - FOTOLAR

Fevral 4, 2026
Cəlilabadda narkomanlığa qarşı mübarizəyə dair tədbir keçirildi - FOTOLAR

Cəlilabadda narkomanlığa qarşı mübarizəyə dair tədbir keçirildi - FOTOLAR

Fevral 4, 2026
Ərinin videosuna görə istefa ərizəsi yazan qadın yola salındı

Ərinin videosuna görə istefa ərizəsi yazan qadın yola salındı

Fevral 4, 2026
İlham Əliyev və Nikol Paşinyan Əbu-Dabidə hansı məsələlər üzrə razılığa gəliblər?

İlham Əliyev və Nikol Paşinyan Əbu-Dabidə hansı məsələlər üzrə razılığa gəliblər?

Fevral 4, 2026
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm səbəbi bilindi - Açıqlama

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm səbəbi bilindi - Açıqlama

Fevral 4, 2026
Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

Fevral 4, 2026
Qar yağacaq - Sabahın havası

Qar yağır, yollar buz bağlayacaq - Sabahın havası

Fevral 4, 2026
General yüksək vəzifəyə təyin edildi

General yüksək vəzifəyə təyin edildi

Fevral 4, 2026
Magistratura imtahanında iştirak etmək istəyənlərin nəzərinə!

9-cu sinif buraxılış imtahanlarının qrafiki açıqlandı

Fevral 4, 2026
"Mənə söylədi Bəhruz müəllim göstəriş verib ki, ərizəni yazıb işdən çıxmalısan" - Şikayətçi

"Mənə söylədi Bəhruz müəllim göstəriş verib ki, ərizəni yazıb işdən çıxmalısan" - Şikayətçi

Fevral 4, 2026
Rusiya-Ukrayna müharibəsində daha 6 azərbaycanlı həlak oldu - Siyahı

Rusiya-Ukrayna müharibəsində daha 6 azərbaycanlı həlak oldu - Siyahı

Fevral 4, 2026
Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirilir - VİDEO - FOTOLAR

Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirilir - VİDEO - FOTOLAR

Fevral 4, 2026
"Oğlumun yasını vermək əvəzinə qaynımın Novxanıdakı bağında yeyib-içdilər" - Cümşüdün anası

"Oğlumun yasını vermək əvəzinə qaynımın Novxanıdakı bağında yeyib-içdilər" - Cümşüdün anası

Fevral 3, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.