Cəlilabad şəhərində yolun bir hissəsində çökmə baş verib.
Mecra.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Fərid Əhmədov küçəsində qeydə alınıb.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, bu barədə məlumatlıdırlar və yaxın zamanda problem aradan qaldırılacaq:
“Ərazidən keçən kanalizasiya xəttində yaranmış nasazlıq səbəbindən yolda çökmə baş verib. Hava şəraiti yaxşılaşan kimi çökən hissədə təmir-bərpa işlərinə başlanılacaq”.
































