Bu gün ETİHİ-nin Cəlilabad Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümü münasibətilə təhsil işçiləri arasında şahmat yarışının rayon birinciliyi keçirilib.
Mecra.az xəbər verir ki, tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Nəbi İskəndərov, Rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalov, UGİŞM-in əməkdaşları və ilk təşkilatlarda fəailiyyət göstərən 32 nəfər şahmat həvəskarları iştirak edib. Öncə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə keçirilən bu yarışda l yeri tutan təhsil işçisi may ayında keçiriləcək final yarışına vəsiqə qazanacaqdır. Gərgin və maraqlı keçən yarışın nəticələri belə olub.
I yer-Ağayev Seymur Xeyrulla oğlu -Cəlilabad rayonu Privolnoye kənd Elnur Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, fiziki tərbiyə müəllimi.
II yer- Nəhmətov Elnur Yadulla oğlu-Cəlilabad rayonu Sabirabad kənd Həmid Tağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi-kimya müəllimi.
III yer-Nuriyev Bəşir Mətləb oğlu-Cəlilabad rayonu Gülməmmədli kənd Əli Kərimov adına tam orta ümumtəhsil məktəbi- tarix müəllimi.
Yarışın ümumi nəticələrinə görə Ağayev Seymur Respublika final yarışında iştirak etmək hüququ qazanıb. Bütün qaliblər ETİHİ Cəlilabad Rayon Komitəsi tərəfindən diplomla mükafatlandırılıblar.







































