Cəlilabad rayonunda əkin sahələrində payızlıq kartofun yığımı yekunlaşıb, bu il məhsuldarlığın ötən illə müqayisədə yüksək olduğu deyilir.
Bu barədə Mecra.az-a Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu il Cəlilabadda təkrar əkin kimi 1020 hektardan çox sahədə payızlıq kartof əkilib. Ümumilikdə sahələrdən 21340 tondan çox məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 20 ton olub.
Yığılan məhsul əsasən paytaxt bazarlarına daşınır. Ötən illə müqayisədə bu il kartofun qiyməti fermerlərin ürəyincə olub. Sahədən evlərə daşınan məhsul hazırda 50-60 qəpiyə təklif olunur.
Xatırladaq ki, 2024-cü ildə rayonda 2 900 hektar sahədə yazlıq kartof da əkilib və 81 740 ton məhsul əldə olunub.
Vasif ƏLİHÜSEYN































