Cəlilabad şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Abuzər oğlu Quliyevlə vida mərasimi keçirilib.
Mecra.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Cəlilabad rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mahir Abuzər oğlu Quliyev 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
M.Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn ediləcək (Report).


































