Cəlilabadda “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi təşkil olunub.
Cəlilabad rayonu üzrə ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi təşkil olunub.
Müsabiqənin şərtlərinə görə, müsabiqə iştirakçıları arasından hər rayon üzrə seçilmiş bir namizəd ölkə mərhələsində regionu təmsil edəcək.
Qeyd edək ki, müsabiqə Ulu Öndər Heydər Əliyevin doğum gününün 103-cü ildönümü ilə əlaqədar olaraq onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə keçirilir.






























