Cəlilabad rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilib.
Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin rəisi, polkovnik leytenant Qabil Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak edinlər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.


































