Cəlilabad prokurorluğu rayonda törədilən qətllə bağlı məlumat yayıb.
Mecra.az bildirir ki, qurumdan verilən məlumata görə, fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
***
Cəlilabad rayonunda 52 yaşlı kişi öldürülüb, qətl hadisəsini törətməkdə şübhəli bilinən 24 yaşlı şəxs saxlanılıb.
Mecra.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
İlkin məlumata görə, 52 yaşlı Azər Baxşiyev 24 yaşlı İbrahim Babayev tərəfindən qətlə yetirilib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır (Report).






























