Cəlilabad rayon Bayxanlı kənd sakini müharibədə itkin düşüb.
Mecra.az xəbər verir ki, bu haqda hərbi bloqqer Tofiq Şahmuradov özünün feysbuk səhifəsində məlumat yayıb.
“Cəlilabad rayon Bayxanlı kənd sakini Abbasov Mehdi Elçin oğlu Ukrayna-Rusiya müharibəsində itkin düşüb. Abbasov Mehdi Elçin oğlu 2025-ci ilin aprelin 3-də Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibəyə getmək üçün müqavilə bağlayıb. Ailəsi sonuncu dəfə mayın-5 də əlaqə saxlıyıb və ondan sonra əlaqə kəsilib. Məlumata görə 15 neferlik qrup ile döyüşə giriblər,həmən 15 nəfərin hamısı itkindir”, – deyə o, bildirib.
Raqil Quliyev































