Cəlilabad rayon Maşlıq kənd sakini Əliyev Qəhrəman Yadigar oğlu Bakıda dəm qazından zəhərlənərək vəfat edib.
Mecra.az-ın əldə etdiyi məlumata görə, Qəhrəman Əliyev əvvəl ticarətlə məşğul olub. Son vaxtlar isə şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub və Cəlilabaddan Bakıya sərnişin daşıyırmış.
1995-ci il təvəllüdlü Qəhrəman Əliyevin 3 övladı yadigar qalıb. Mərhumun nəşinin sabah kəndə gətirilərək dəfn ediləcəyi bildirilir.
Raqil QULİYEV
































