Jurnalist Rəhman Məlikli “YouTube” səhifəsində Birinci Qarabağ savaşı zamanı əsir düşən və olmazın işgəncələrinə məruz qalan Cəlilabad sakini Fərhad Fərhadov haqda daha bir süjeti təqdim edib.
Bu sənədli süjetdə Azərbaycanın məğrur övladı Fərhad Fərhadovun 606 günlük ağır əsirlik həyatı və onun inanılmaz qaçış hekayəsi təqdim olunur.
Fərhad bəy illər sonra saxlanıldığı həmin evə qayıdır və hər otaqda yaşadığı tarixi, sarsıdıcı anları bizimlə bölüşür.
606 gün davam edən çətin sınaqlardan sonra qaçmağı bacaran qəhrəmanımızın dilindən:
Əsarətdə keçən hər günün psixoloji və mənəvi tərəfləri;İmkansız görünən qaçış planı necə reallaşdı?
İllər sonra həmin divarlarla üzləşmək hissi.
Bu video keçmişin acı həqiqətlərini gələcək nəsillərə ötürmək və bir insanın iradəsinin nə qədər güclü olduğunu göstərmək məqsədi daşıyır.






























