Bu gün “BBP Azərbaycan” İkili Texniki Peşə Təhsili və Təlimi layihəsi çərçivəsində Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V. təşkilatının nümayəndələri Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə səfər ediblər.
Mecra.az xəbər verir ki, səfərdə Südwestmetall şirkəti və Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V. təşkilatının İçraçı direktoru Stefan Küpper, Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V. təşkilatının Beynəlxalq layihələr üzrə meneceri Astrid Lommek və Azərbaycan üzrə Layihə meneceri Mehmet Çakar iştirak ediblər.
Görüş zamanı peşə təhsil mərkəzinin fəaliyyəti ilə yaxından tanış olunub, xüsusilə Bərpa olunan enerji və Ağıllı kənd təsərrüfatı istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda, müvafiq ixtisas sahələri üzrə müəllimlər və özəl sektor nümayəndələri ilə görüş keçirilib, gələcək əməkdaşlıq imkanları, əmək bazarının tələbləri və peşə təhsilinin inkişaf perspektivləri müzakirə olunub. Səfər peşə təhsili ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də innovativ və əmək bazarına uyğun ixtisas istiqamətlərinin təşviqi baxımından əhəmiyyətli olub.







































