Ölkənin cənub rayonlarından olan və qəhrəmanlar diyarı kimi tanınan Cəlilabadda bir qrup gənc müddətli hərbi xidmətə yola salınıb.
Mecra.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin Cəlilabad rayon şöbəsinin qarşısında baş tutan yolasalma mərasimində valideynlər övladlarına xidmətlərində uğurlar arzulayıb və dualar ediblər.
Hərbi xidmətə yola salınan gənclər arasında Vətən müharibəsi iştirakçısı, Baş-leytenant Ağaxan Ağayevin övladı da yer alıb. Ağaxan Ağayev çıxışı zamanı gənclərimizə xidmət vaxtı nizam-intizamlı olmağı, vətəni sevməyin hər birimizin borcu olduğunu bildirib.
Vasif ƏLİHÜSEYN

































