“Möhtərəm Cənab Prezident İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir. Eyni zamanda, o, dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir”.
Bunu Mecra.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Kazımov deyib.
“Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan bir dövlət kimi inkişaf etməsi Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Məhz onun fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilib, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
24 Dekabr Möhtərəm Cənab Prezidentimizin doğum günüdür. YAP-nın Cəlilabad gəncləri adından Cənab Prezidenti səmimi qəlbdən təbrik edir siyasi fəaliyyətində davamlı uğurlar, şəxsi həyatinda möhkəm can sağlığı arzulayırıq”, – deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN





























