“Bu gün Milli Məclisdə millət vəkili Qüdrət Həsənquliyevin kənd təsərrüfatını dircəltmək məqsədi ilə Amerikadan mütəxəsislər dəvət etmək təklifinə müxtəlif münasibətlərə rast gəldim. Bəli Beynəlxalq təcrübədə belə hallar olur. Amma mən hesab edirəmki, məsələni özümüz həll edə bilərik”.
Mecra.az xəbər verir ki, bunu sabirabadlı fermer Əfras Əsgərov deyib.
“Olmuş hadisəni danışacam sizlərə 5-6 il əvvəl kənd təsərrüfatı nazirluyində əvvəllər yüksək vəzifədə işləmiş bir nəfərlə çay süfrəsində pambıqcılığdakı vəziyyəti müzakirə edərkən təsadüfən 2-ci şumlamanın gecikdiyini dedim. O isə mənə irad tutdu ki, bəs sən ağıllı adamsan niyə yayda bir dəfə, qışdada bir dəfə şum işi görürsən, əlavə xərc cəkirsən, elə bir dəfə qışda şumlatdır getsin də. Mən yay şumunun əhəmiyyəti haqqında ətraflı izahat verdim və o, da mənimlə razılaşdı. Nə isə demək istədiyim odur ki, bu sahəni rayonlarda aqrar biznes yarmarkaları keçirməklə, yüksəliş müsabiqələri ilə, Bakıda saysız-hesabsız tədbirlərlər keçirməklə həll etmək olmayacaq. Tanıdığım xeyli insanlar varki yüksək vəzifədədirlər və korrupsiyadan da xeyli uzaqdırlar, lakin nəticə zəifdir. Aqrar sahədə çalışmış və yaxşı nəticələr əldə etmiş şəxslər yuxarı çəkilməlidir. Başqa heç nə lazım deyil.
P.S. Şəxsən mən Kənd Təsərrüfatı Nazirliyində bir nəfər də olsun pambıqçı tanımıram”, – deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN





























