Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb.
İlkin məlumatlara görə, 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşını güllələyərək öldürüb. Daha sonra o, eyni silahla özünə atəş açaraq həyatına son qoyub.
Faktla bağlı araşdırma aparılır.




























