Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mecra.az xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun bu rayonun giriş hissəsinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“Rexton” markalı minik avtomobilində olan 3 nəfərin Qubadlı rayon sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).





























