Bazar, Aprel 12, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ

11 Aprel, 26 / 23:39
A A
Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ

Son illər Bakının müxtəlif ərazilərində təbii su hövzələrinin doldurulması və həmin sahələrin tikinti məqsədilə satılması faktları tez-tez gündəmə gəlir. Bu proses təkcə ekoloji mühit üçün deyil, həm də gələcəkdə həmin ərazilərdə yaşayan insanlar üçün ciddi risklər yaradır. Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən son hadisə bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərir. Məlumata görə, Maştağa qəsəbəsinin “Sovxoz Ramana” adlanan ərazisində yerləşən su hövzəsinin bir hissəsinin qanunsuz şəkildə doldurulması faktı aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektarlıq hissəsi doldurulub və bununla da akvatoriya süni şəkildə kiçildilib. Məsələ ilə bağlı araşdırma aparılıb və fakt hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara təqdim olunub. Lakin məsələ təkcə bir gölün doldurulması ilə məhdudlaşmır. Şəhərin müxtəlif yerlərində analoji halların baş verdiyi barədə məlumatlar var. Bir sıra ərazilərdə göllərin və bataqlıqların doldurulması nəticəsində torpaq sahələri formalaşdırılır və sonradan həmin sahələr fərdi yaşayış evlərinin tikintisi üçün satılır. Qısa müddətdə əldə edilən bu qazanc uzunmüddətli ekoloji və sosial problemlərin yaranmasına səbəb olur.

Mecra.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ

Eyni ərazidə iki icraedici qurum problemi

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov bildirir ki, ölkədə su hövzələri ilə bağlı torpaq istifadəsi məsələlərində ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, bəzi ərazilər təbii xüsusiyyətlərinə görə qorunma zonasına daxildir və bu yerlərdə torpaqdan istifadə xüsusi qaydalarla tənzimlənməlidir. Lakin praktiki vəziyyət göstərir ki, müəyyən ərazilərdə vaxtaşırı qrunt sularının toplanması nəticəsində kiçik bataqlıqlar formalaşır, sonradan isə həmin sahələr qurudularaq torpaq kimi satışa çıxarılır.

Ekspert qeyd edir ki, bu cür hallara xüsusilə bələdiyyə torpaqlarında tez-tez rast gəlinir. Bununla belə, məsuliyyətin konkret olaraq hansı qurumun üzərinə düşməsi məsələsi çox zaman açıq qalır. Ekspertin fikrincə, torpaq sahəsinin ilkin satışını həyata keçirən qurum bu prosesdə əsas məsuliyyət daşımalıdır: “Azərbaycan Respublikasının hüquqi-normativ sənədlərində qərarların yerli icra hakimiyyəti orqanları tərəfindən verilməsi nəzərdə tutulur. Lakin reallıqda ərazilərdə iki icraedici struktur – həm icra hakimiyyətləri, həm də bələdiyyələr fəaliyyət göstərir. Formal olaraq əsas icraedici qurum kimi yerli icra hakimiyyətləri qəbul edilir. Cəmiyyət isə bələdiyyələri əsasən torpaq satan qurum kimi tanıyır”.

Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ

E.Azadovun fikrincə, mövcud problemlərin əsas səbəblərindən biri eyni ərazidə iki icraedici strukturun fəaliyyət göstərməsidir. Bu, səlahiyyətlərin bölüşdürülməsində qeyri-müəyyənlik yaradır.

Bələdiyyə sərhədlərinin müəyyənləşdirilməsi gecikir

Ekspert xatırladır ki, hələ 2020-ci ildə bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verilib. Lakin aradan 5-6 il keçməsinə baxmayaraq, bu istiqamətdə işlərin cəmi 30-40 faizi tamamlanıb və proses hələ 50 faiz həddinə belə çatmayıb. Müsahibimizin fikrincə, sərhədlər tam müəyyən edildikdən sonra həmin torpaqlara rəsmi çıxarış verilməli, onların satışı və icarəsi ilə bağlı aydın və şəffaf strategiyalar hazırlanmalıdır. Əks halda, qanunvericilikdəki boşluqlar və səlahiyyət bölgüsündəki qeyri-müəyyənliklər torpaq idarəçiliyində problemlərin davam etməsinə səbəb olacaq.

Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ

Dövlət qeydiyyatı olmayan əmlak satıla bilməz

Məsələnin hüquqi tərəfini şərh edən hüquqşünas Ruslan Vəliyev deyir ki, bu kimi hallar hüquqi baxımdan dələduzluq kimi qiymətləndirilir. Qanunvericiliyə əsasən, belə əmlakların satışı mümkün deyil. Çünki hər hansı daşınmaz əmlakın alqı-satqısı üçün həmin əmlakın əvvəlcə dövlət qeydiyyatına alınması və rəsmi çıxarışının olması tələb olunur.

Hüquqşünas izah edir ki, əgər torpaq sahəsi su mühafizə zonasına düşürsə və ya tikinti üçün yararlı hesab edilmirsə, həmin ərazi üzrə dövlət qeydiyyatından imtina edilir. Bu halda torpaq sahəsi yaşayış və ya tikinti məqsədilə satıla bilməz.

Hüquqşünas həmçinin bildirir ki, gölləri və ya su hövzələrini dolduraraq torpaq kimi satan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Hər hansı su hövzəsini torpaqla doldurmaq həmin ərazi üzərində mülkiyyət hüququ yaratmır.

Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ

Vizual qərarlar çökmə riskini artırır

Memar Cahid Həsənov isə hesab edir ki, göllərin və bataqlıq ərazilərin doldurularaq istifadə edilməsi məsələsinə birtərəfli yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, dünya təcrübəsində uzun illər mövcud olmuş gölməçələrin və su hövzələrinin qurudulması, həmin ərazilərdə torpaqlaşma və möhkəmləndirmə işlərinin aparılması müasir texnologiyalar vasitəsilə mümkündür.

Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ

Mütəxəssis qeyd edir ki, bu gün dünyada dənizin ortasında belə iri tikililərin inşa olunduğu layihələr mövcuddur. Lakin əsas məsələ həmin ərazinin texniki və geoloji baxımdan düzgün qiymətləndirilməsidir. Hər hansı su hövzəsinin doldurulmasından sonra həmin əraziyə yenidən suyun dolub-dolmaması, yeraltı suların vəziyyəti, torpağın dayanıqlığı və digər geoloji xüsusiyyətlər xüsusi analizlər və laboratoriya tədqiqatları əsasında araşdırılmalıdır.

Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ

C.Həsənov vurğulayır ki, əgər bu proseslər yalnız vizual müşahidələrə əsaslanaraq həyata keçirilirsə, həmin ərazilərdə keyfiyyətli və təhlükəsiz tikintidən danışmaq mümkün deyil. Belə hallarda iqlim şəraiti, yeraltı suların hərəkəti və torpaq qatlarının xüsusiyyətləri nəzərə alınmadıqda, müəyyən müddətdən sonra ərazidə çökmə riski yaranır. Bu isə təkcə tikinti aparılan binalar üçün deyil, ümumilikdə həmin sahənin dayanıqlığı üçün ciddi təhlükə yarada bilər.

Əvvəlki yazı

"Hər zaman yeni elm və bilik axtarışında olun..." - Deputat gənclərə səsləndi

Növbəti yazı

Sənədsiz evlərlə bağlı hökumətdən sərt qərar: SON XƏBƏRDARLIQ - VİDEO

XƏBƏR LENTİ

Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi xidməti barədə məlumat

Sənədsiz evlərlə bağlı hökumətdən sərt qərar: SON XƏBƏRDARLIQ - VİDEO

Aprel 11, 2026
Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ

Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ

Aprel 11, 2026
"Hər zaman yeni elm və bilik axtarışında olun..." - Deputat gənclərə səsləndi

"Hər zaman yeni elm və bilik axtarışında olun..." - Deputat gənclərə səsləndi

Aprel 11, 2026
"Sinəsinə mina basdırılmış torpaqdı ömür..." - Vasif Əlihüseynin şeirləri...

"Bir şəhid anası oğlunun çəkməsində gül əkib..." - Vasif Əlihüseyn şeirləri

Aprel 11, 2026
34 ildir nümunəvi fəaliyyəti ilə seçilən müəllim: "Az qalır ki, qayıq çevrilsin" - VİDEO

34 ildir nümunəvi fəaliyyəti ilə seçilən müəllim: "Az qalır ki, qayıq çevrilsin" - VİDEO

Aprel 11, 2026
"İlham baba mənə "KamAZ" göndərdi - VİDEO

"İlham baba mənə "KamAZ" göndərdi - VİDEO

Aprel 11, 2026
Ağdamda tikintidə faciə: Fəhlə öldü

Ağdamda tikintidə faciə: Fəhlə öldü

Aprel 11, 2026
"Sərhəd" hərbi-idman oyununun Cəlilabad mərhələsi keçirildi - FOTOLAR

"Sərhəd" hərbi-idman oyununun Cəlilabad mərhələsi keçirildi - FOTOLAR

Aprel 11, 2026
Əsirləri dəyişdilər

Əsirləri dəyişdilər

Aprel 11, 2026
Salyanda tanınmış həkim vəfat etdi - FOTOLAR

Salyanda tanınmış həkim vəfat etdi - FOTOLAR

Aprel 11, 2026
Masazırda 2 nəfər öldürüldü - Yenilənib 

Masazırda 2 nəfər öldürüldü - Yenilənib 

Aprel 11, 2026
Yağış yağacaq - Sabahın havası

Yağış yağacaq - Sabahın havası

Aprel 11, 2026
Türkiyədə birgə təlimdən FOTOLAR

Türkiyədə birgə təlimdən FOTOLAR

Aprel 11, 2026
Xırdalanda OLAY: İtkin kişinin meyiti restoranda tapıldı

Xırdalanda OLAY: İtkin kişinin meyiti restoranda tapıldı

Aprel 11, 2026
Tiktoker insan alverinə görə həbs olundu

Tiktoker insan alverinə görə həbs olundu

Aprel 11, 2026
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir

Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir

Aprel 11, 2026
Paşinyanın kortejində qəza - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində qəza - 1 ölü, 12 yaralı

Aprel 11, 2026
Prezident balaca Ayazın ailəsinə "Kamaz" hədiyyə etdi - VİDEO

Prezident balaca Ayazın ailəsinə "Kamaz" hədiyyə etdi - VİDEO

Aprel 11, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Sabahdan bəzi yerlərdə intensiv yağış yağacaq - Xəbərdarlıq

Aprel 10, 2026
Rafiq Cəlilov vətəndaşları qəbul edib, müraciətlərini dinlədi - FOTOLAR

Rafiq Cəlilov vətəndaşları qəbul edib, müraciətlərini dinlədi - FOTOLAR

Aprel 10, 2026
Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Yaşar Əməşov Cəlilabadın bu kəndindəndir - DOSYE - FOTO

Aprel 10, 2026
Bir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Bir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Aprel 10, 2026
Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir - VİDEO

Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir - VİDEO

Aprel 10, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi - Sərəncam

Aprel 10, 2026
Sabah hava necə keçəcək?

Sabahın havası açıqlandı

Aprel 10, 2026
Musiqi müəllimlərinin attestasiyası şifahi olmayacaq

Musiqi müəllimlərinin attestasiyası şifahi olmayacaq

Aprel 10, 2026
Ölkə gündəmini silkələyən bacılar Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO

Ölkə gündəmini silkələyən bacılar Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO

Aprel 10, 2026
Gəlir vergisi artıq belə bəyan ediləcək

Gəlir vergisi artıq belə bəyan ediləcək

Aprel 10, 2026
Cəlilabadın bu kəndlərində işıq olmayacaq – XƏBƏRDARLIQ

Bu cənub rayonlarında işıq olmayacaq - Xəbərdarlıq

Aprel 10, 2026
"Peşə Mərkəzində texnikaları qızların idarə etməsi diqqətimi çəkdi..." - Təhsil eksperti

"Peşə Mərkəzində texnikaları qızların idarə etməsi diqqətimi çəkdi..." - Təhsil eksperti

Aprel 10, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.