Şənbə, Fevral 14, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycanın yeni rəqəmsal arxitekturası: Süni intellekt seçim yox, zərurətdir

13 Fevral, 26 / 10:39
A A
Azərbaycanın yeni rəqəmsal arxitekturası:  Süni intellekt seçim yox, zərurətdir

11 fevral 2026-cı il tarixində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Bu mühüm tədbir, ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyən edən, yüksək texnologiyalar və süni intellektin rolu ilə bağlı strateji addımların atıldığı bir mərhələni əks etdirir.

Dünya artıq yeni sənaye inqilabının astanasındadır. Bu dəfə, resurs olaraq neft və qaz deyil, məlumatlar önə çıxır. Qlobal iqtisadiyyatın gələcəyini formalaşdıran ən əsas güc isə süni intellektdir. Proqnozlar göstərir ki, 2030-cu ilə qədər süni intellekt qlobal iqtisadiyyata 16 trilyon dollar əlavə dəyər qata bilər. Beləliklə, rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı artıq geridə qoyur. Bu dəyişikliklər fonunda, Azərbaycan da özünü “yeni rəqəmsal arxitektura” ilə təchiz edərək inkişafın növbəti mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz bir hissəsi olaraq önə çıxır. Bəli, artıq heç bir dövlət öz inkişafını, təhlükəsizliyini və gələcəyini süni intellektin gücündən ayrı düşünə bilməz.

Süni intellekt XXI əsrin ən yeni texnologiyalarından və Dördüncü Sənaye İnqilabının əsas hərəkətverici qüvvələrindən biridir. Artıq süni intellekt texnologiyaları praktikada geniş tətbiq edilməyə başlayır və gözləmək olar ki, insanların həyat tərzini tezliklə tamamilə dəyişəcək. Cəmiyyət həyatının bütün sahələrində rəqəmsal transformasiya kursunu uğurla həyata keçirən Azərbaycan Respublikası bu sahədə də öz iradəsini ortaya qoymaqdadır. Bununla bağlı qanunvericilik istiqamətində ilk əməli addım ötən ilin martında dövlət başçımız tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” adlı Sərəncam olmuşdur. Bu sənəd Azərbaycanın süni intellekt sahəsində inkişaf xəritəsini müəyyən edən əsas strateji aktdır. Eyni zamanda, bu strategiya ölkədə süni intellektin tədqiqi, tətbiqi, idarə edilməsi, etika və təhlükəsizlik məsələləri ilə bağlı prioritetləri və tədbirlər planını müəyyən edir. Sənəd həmçinin milli normativ hüquqi bazanın formalaşdırılmasını, insan və məlumat hüquqlarının qorunmasını nəzərdə tutur.

11 fevral tarixli müşavirə isə bu sahədə daha bir önəmli addımdır. Burada ölkə başçımızın fikirləri süni intellektlə bağlı gələcək yol xəritəsinin təyin olunmasında fövqaladə rol oynamaqdadır. Ölkə başçımız çıxışı zamanı, ölkəmizin bu sahədəki üstünlüklərini sadalayaraq bü üstünlüklərdən istifadə edilməməsinin  tamamilə qəbuledilməz olduğunu bildirmişdirdir. Həqiqətən də, Azərbaycanın bu günə qədər neft- qaz sahəsində əldə etdiyi böyük təcrübə və buna bağlı olaraq bir çox ölkələrlə və böyük şirkətlərlə formalaşmış dərin əlaqələri və yaradılmış infrastruktur, ölkəmizin coğrafi yerləşməsi (Asiya ilə Avropa arasında, həmçinin Şimal-Cənub dəhlizi üzərində), müsbət investisiya iqlimi və enerji generasiya gücümüz bizim bu sahədə inkişafımızı dəstəkləyəcək təməl arqumentlərdir. Digər tərəfdən, bu sahədə fəaliyyət göstərən aparıcı şirkətlərin səhmlərinin Amerika Birləşmiş Ştatlarının sərəncamında olması, Azərbaycanın isə ABŞ ilə müsbət əlaqələrinin günü-gündən inkişaf etməsi bizə əlavə üstünlüklər qazandırır. Eyni zamanda, ölkəmizin ABŞ ilə yanaşı, Çin Xalq Respublikası və Avropa İttifaqı ölkələri ilə də müsbət əlaqələri var. Yəqin ki, dünyada bu qədər ayrı qütblərlə eyni vaxtda balanslaşdırılmış siyasət yürüdə bilən ölkələrin sayı kifayət qədər azdır. Bəli, müasir dünyada geosiyasi qütblər arasında tarazlaşdırılmış siyasət yürütmək və eyni zamanda milli maraqları qorumaq hər bir dövlət üçün asan məsələ deyil. Azərbaycan isə bu istiqamətdə özünün çevik və praqmatik diplomatiyası ilə seçilir. Beləliklə, ölkə başçımızın da dediyi kimi, bütün bunlardan istifadə etməmək sadəcə qəbuledilməz olar.

Müşavirə zamanı, Prezident İlham Əliyev, fikir və tapşırıqlarını da iştirakçıların diqqətinə çatdırdı. Burada əsas istiqamətləri bu şəkildə sadalamaq olar: Dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalı və pərakəndəliyə yol verilməməli, o cümlədən, dövlət xidmətləri vahid mərkəzdən idarə olunmalı; Kadr hazırlığı təmin edilməli və bunun üçün təhsil sistemi uyğunlaşdırılmalı; Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalı və nəhayət kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bütün bunlar strateji yol xəritəsinin istiqamətləri kimi qarşıya qoyulmuş tapşırıqlardır.

Şübhə yoxdur ki, bu sahəyə ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğı qısa müddətdə əməli nəticələrin əldə olunmasında əsaslı rol oynayacaqdır. Bu gün öz ərazi bütövlüyünü bərpa etmiş ölkəmiz qarşısında yüksək texnologiyalar sahəsində də dünyada periferiyada deyil, lider mövqelərdə dayanmaq hədəfi dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahənin birbaşa dövlət nəzarətinə götürülməsi isə həm daxili strukturlara, həm də beynəlxalq tərəfdaşlara aydın mesajdır: Azərbaycan rəqəmsal gələcəyini planlı, sistemli və milli maraqlara əsaslanan şəkildə qurur. Bu yolun başlanğıcı artıq qoyulub və qarşıdakı illər ölkənin texnoloji sıçrayışının şahidi ola bilər.

 

Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Əvvəlki yazı

Dünyanın aparıcı güc mərkəzləri ilə bir cərgədə

Növbəti yazı

Enerji təminatında fəallığımız artır

XƏBƏR LENTİ

"Yollara baxan yoxdur, gəncləri buradakı şəraitsizliyə dözmür" - Oğuz sakinləri fəryad edir - VİDEO

"Yollara baxan yoxdur, gəncləri buradakı şəraitsizliyə dözmür" - Oğuz sakinləri fəryad edir - VİDEO

Fevral 14, 2026
Prezident "France 24" telekanalına müsahibə verdi - FOTOLAR

Prezident "France 24" telekanalına müsahibə verdi - FOTOLAR

Fevral 14, 2026
"O hadisənin ertəsi günü sülh müqaviləsi imzalaya bilərik" - İlham Əliyev

"O hadisənin ertəsi günü sülh müqaviləsi imzalaya bilərik" - İlham Əliyev

Fevral 13, 2026
Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Fevral 13, 2026
İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini ilə görüşdü - FOTO+VİDEO

İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini ilə görüşdü - FOTO+VİDEO

Fevral 13, 2026
Kollec direktoru 17 ildən sonra işdən çıxarıldı - FOTO

Kollec direktoru 17 ildən sonra işdən çıxarıldı - FOTO

Fevral 13, 2026
Lamiyəni bıçaqlayan keçmiş ərinə hökm oxundu - 14 il

Lamiyəni bıçaqlayan keçmiş ərinə hökm oxundu - 14 il

Fevral 13, 2026
Sabiq icra başçısı ilə bağlı qəar verildi - FOTO

Sabiq icra başçısı ilə bağlı qəar verildi - FOTO

Fevral 13, 2026
İlham Əliyev Bərzani ilə görüşdü - FOTOLAR

İlham Əliyev Bərzani ilə görüşdü - FOTOLAR

Fevral 13, 2026
Prezidentlə xanımı Almaniyadadır - FOTOLAR

Prezidentlə xanımı Almaniyadadır - FOTOLAR

Fevral 13, 2026
İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

Fevral 13, 2026
Cəlilabadda Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edildi - FOTOLAR

Cəlilabadda Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edildi - FOTOLAR

Fevral 13, 2026
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək - FOTOLAR

Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək - FOTOLAR

Fevral 13, 2026
Beş nəfərə 200 mindən çox pul "atan" müəllimə bu cəza verildi 

Beş nəfərə 200 mindən çox pul "atan" müəllimə bu cəza verildi 

Fevral 13, 2026
Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bakının əsas yollarında biri bu gecədən BAĞLANIR

Fevral 13, 2026
Sabah 17 dərəcə isti olacaq

Sabahın havası açıqlandı

Fevral 13, 2026
Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?

Pensiyalar artımla birgə ödənildi

Fevral 13, 2026
Azərbaycan nümayəndə heyəti Ermənistanda - Bu dəfə quru yolla getdilər - VİDEO

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Bu dəfə quru yolla getdilər - VİDEO

Fevral 13, 2026
Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi - FOTO

Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi - FOTO

Fevral 13, 2026
Süni intellektin tətbiqi geniş vüsət almalıdır

Sıx əlaqə və etibarlı əməkdaşlıq mühitində

Fevral 13, 2026
Enerji təminatında fəallığımız artır

Enerji təminatında fəallığımız artır

Fevral 13, 2026
Azərbaycanın yeni rəqəmsal arxitekturası:  Süni intellekt seçim yox, zərurətdir

Azərbaycanın yeni rəqəmsal arxitekturası: Süni intellekt seçim yox, zərurətdir

Fevral 13, 2026
Dünyanın aparıcı güc mərkəzləri ilə bir cərgədə

Dünyanın aparıcı güc mərkəzləri ilə bir cərgədə

Fevral 13, 2026
Bizim üstünlüklərimiz çoxdur

Bizim üstünlüklərimiz çoxdur

Fevral 13, 2026
Kadr hazırlığı əsas vəzifələrdən biridir

Kadr hazırlığı əsas vəzifələrdən biridir

Fevral 13, 2026
Süni intellektin tətbiqi geniş vüsət almalıdır

Süni intellektin tətbiqi geniş vüsət almalıdır

Fevral 13, 2026
"İşini sevən üçün çətinlik deyə bir şey yoxdur..." - Cəlilabadlı müəllim

"İşini sevən üçün çətinlik deyə bir şey yoxdur..." - Cəlilabadlı müəllim

Fevral 13, 2026
Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR

Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR

Fevral 13, 2026
Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat prosesi başladı

Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat prosesi başladı

Fevral 12, 2026
Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Fevral 12, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.