Çərşənbə, Fevral 18, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycanın artan beynəlxalq nüfuzu və Serbiya ilə strateji əməkdaşlığın dərinləşməsi

17 Fevral, 26 / 9:55
A A
Azərbaycanın artan beynəlxalq nüfuzu və Serbiya ilə strateji əməkdaşlığın dərinləşməsi

Fevral ayı ölkəmizin siyasi gündəliyi üçün olduqca gərgin və sıx qrafiklə müşayiət olunmaqdadır. Dövlət başçısının yalnız son iki həftədəki fəaliyyətinə nəzər salsaq, fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər, bu çərçivədə bir sıra vacib görüşlər və “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunma mərasimində iştirak, fevralın 10-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey.Di.Vensin ölkəmizə səfəri və bununla əlaqədar olaraq “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması, mətbuata bəyanatların verilməsi, fevralın 13-də isə Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə Almaniya Federativ Respublikasına səfər, burada aparılan vacib görüşlər, müsahibələr, panel çıxışları və digər tədbirlər nəzərdən keçirilə bilər. Son olaraq, fevralın 15-də Serbiya Respublikasına rəsmi səfər də həyata keçirilmişdir. Hər biri özlüyündə böyük əhəmiyyət kəsb edən bu hadisələr, Azərbaycanın artan beynəlxalq nüfuzunun əyani göstəricisidir. Xüsusilə, Serbiyaya edilən səfərə diqqət yetirmək istərdim.

Məlumdur ki, Serbiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edən və geniş perspektiv vəd edən əməkdaşlıq modelinə əsaslanır. Hazırda iki ölkə arasında diplomatik-siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, hərbi təhlükəsizlik və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Həm regional, həm də beynəlxalq müstəvidə Azərbaycan və Serbiya qarşılıqlı dəstək və əməkdaşlıq nümayiş etdirərək qlobal sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verirlər. Bu baxımdan, dövlət başçısının 15 fevral tarixli Serbiya səfəri ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanan sənədlər enerji, nəqliyyat, ticarət, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın daha da genişlənməsinə xidmət etməklə münasibətləri yeni, institusional mərhələyə yüksəldir. Azərbaycan üçün Serbiya Balkan regionunda mühüm tranzit qovşağı olmaqla Avropaya çıxış imkanlarının artırılması və enerji resurslarının şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Səfər çərçivəsində dövlətimizin başçısı Belqradda Azərbaycan ilə Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında iştirak etmiş, hər iki ölkənin lideri mətbuata bəyanatlarla çıxış etmişdir. Bəyanatlarda Azərbaycan–Serbiya münasibətlərinin dərin və çoxşaxəli xarakter daşıdığı, eləcə də iki dövlət başçısı arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan dostluq əlaqələrinin mövcudluğu xüsusi hiss olunmuşdur. Mətbuat konfransı zamanı Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qeyd etmişdir ki, bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə açığıq və bir-birimizlə danışırıq. O, həmçinin bildirmişdir ki, bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir. Nəticə olaraq, yüksək səviyyəli qarşılıqlı etimadın nəticəsidir ki, 2012-ci illə müqayisədə iki ölkə arasında xidmətlər sahəsində ticarət dövriyyəsi 16 dəfə artmışdır. Strateji tərəfdaşlıq münasibətləri çərçivəsində Azərbaycan və Serbiya mümkün olan ən yüksək səviyyədə əməkdaşlıq əlaqələri qurmuşdur. Bu günədək iki ölkə arasında 57 sənəd imzalanmış, son səfər zamanı isə bu siyahıya yeni sənədlər əlavə edilmişdir. Mövcud dinamika və qarşılıqlı siyasi iradə nəzərə alındıqda, münasibətlərin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyi şübhə doğurmur.

Mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Prezidenti Dövlətçilik gününü qeyd edən Serbiyanın təbii sərvətləri olmayan bir ölkə olmağına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf etdiyini, öz gücünə arxalandığını və heç bir yerdən yardım almadığını qeyd etdi. Həmçinin bildirildi ki, bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır.

Beləliklə, bu səfərin strateji dəyəri ondan ibarətdir ki, Azərbaycan Balkanlarda mövqeyini gücləndirir, Serbiya isə enerji və iqtisadi şaxələndirmə imkanları qazanır. Nəticədə münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq səviyyəsinə yüksəlir və regional sabitlik, iqtisadi inkişaf, siyasi dəstək baxımından hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb edir.

Arzu Abdullayev

İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri

 

Əvvəlki yazı

Azərbaycanın Serbiya ilə əməkdaşlıq potensialı böyükdür

Növbəti yazı

Paşinyanla Akopyan ayrıldı

XƏBƏR LENTİ

Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - FOTO

Vüqar Qurbanovun həbsinə hazırlıq gedir

Fevral 18, 2026
Sabah bu ərazidə su kəsiləcək - Xəbərdarlıq

Bakının bu ərazilərində 3 gün su olmayacaq - Xəbərdarlıq

Fevral 17, 2026
Cəlilabadda coğrafiya müəllimləri ilə görüş keçirildi - FOTOLAR

Cəlilabadda coğrafiya müəllimləri ilə görüş keçirildi - FOTOLAR

Fevral 17, 2026
34 il sonra cəlilabadlı şəhidin nəşinin qalıqları tapıldı - FOTO

34 il sonra cəlilabadlı şəhidin nəşinin qalıqları tapıldı - FOTO

Fevral 17, 2026
Rafiq Cəlilov 34 il sonra nəşinin qalıqları tapılan şəhidin ailəsini ziyarət etdi - FOTO

Rafiq Cəlilov 34 il sonra nəşinin qalıqları tapılan şəhidin ailəsini ziyarət etdi - FOTO

Fevral 17, 2026

Azərbaycanla Serbiya arasında münasibətlərin yaxşı perspektivləri var

Fevral 17, 2026
İcra başçısı Günəşlidə sakinlərlə görüşdü - FOTOLAR

İcra başçısı Günəşlidə sakinlərlə görüşdü - FOTOLAR

Fevral 17, 2026
İnsan alveri və məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş yeni metodik vəsaitlərin təqdimatı keçirildi - FOTOLAR

İnsan alveri və məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş yeni metodik vəsaitlərin təqdimatı keçirildi - FOTOLAR

Fevral 17, 2026
"İdrak" liseyində güllələnən müəllim əməliyyat olundu - Klinikadan açıqlama

Güllələnən müəllim evə buraxıldı

Fevral 17, 2026
Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - FOTOLAR

Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - FOTOLAR

Fevral 17, 2026
Bakıda 42 məktəbə yeni direktor təyin olunub

Bakıda 42 məktəbə yeni direktor təyin olunub

Fevral 17, 2026
Ruben Vardanyana hökm oxundu

Ruben Vardanyana hökm oxundu

Fevral 17, 2026
Ramazan ayı bu tarixdə başlayır - İlk günün imsak və iftar vaxtı

Ramazan ayı başlayır - Təqvim açıqlandı

Fevral 17, 2026
Bir icra başçısına töhmət verildi - Digərlərinə xəbərdarlıq edildi

Bir icra başçısına töhmət verildi - Digərlərinə xəbərdarlıq edildi

Fevral 17, 2026
Paşinyanla Akopyan ayrıldı

Paşinyanla Akopyan ayrıldı

Fevral 17, 2026
Azərbaycanın artan beynəlxalq nüfuzu və Serbiya ilə strateji əməkdaşlığın dərinləşməsi

Azərbaycanın artan beynəlxalq nüfuzu və Serbiya ilə strateji əməkdaşlığın dərinləşməsi

Fevral 17, 2026
Azərbaycanın Serbiya ilə əməkdaşlıq potensialı böyükdür

Azərbaycanın Serbiya ilə əməkdaşlıq potensialı böyükdür

Fevral 17, 2026
Dost ölkənin Azərbaycana özəl və gözəl münasibəti

Dost ölkənin Azərbaycana özəl və gözəl münasibəti

Fevral 17, 2026
Azərbaycan-Serbiya əməkdaşlığının strateji hədəfləri

Azərbaycan-Serbiya əməkdaşlığının strateji hədəfləri

Fevral 17, 2026
Prezident İlham Əliyevin Serbiyaya səfəri əlaqələrimizin möhkəmlənməsinə töhfələr verəcək

Prezident İlham Əliyevin Serbiyaya səfəri əlaqələrimizin möhkəmlənməsinə töhfələr verəcək

Fevral 17, 2026
Azərbaycan-Serbiya strateji tərəfdaşlıq  münasibətləri özünü doğruldur

Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətləri özünü doğruldur

Fevral 17, 2026
Azərbaycan ilə Serbiyanın dostluğu əbədi olacaq

Azərbaycan ilə Serbiyanın dostluğu əbədi olacaq

Fevral 17, 2026
Moskvada küçədə azərbaycanlı cütlüyün meyiti tapıldı - FOTO

Moskvada küçədə azərbaycanlı cütlüyün meyiti tapıldı - FOTO

Fevral 16, 2026
İcra başçısı ötən ay özünə köməkçi təyin etdiyi şəxsi vəzifəsindən azad etdi

İcra başçısı ötən ay özünə köməkçi təyin etdiyi şəxsi vəzifəsindən azad etdi

Fevral 16, 2026
Cəlilabadda 52 yaşlı kişi öldürüldü - Saxlanılan var - Yenilənib

Cəlilabadda 52 yaşlı kişi öldürüldü - Saxlanılan var - Yenilənib

Fevral 16, 2026
"Yuxa" restoranı bağlandı - VİDEO

"Yuxa" restoranı bağlandı - VİDEO

Fevral 16, 2026
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - FOTO

Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - FOTO

Fevral 16, 2026
Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

Fevral 16, 2026
Vüqar Qurbanov vəzifəsindən azad edildi

Vüqar Qurbanov vəzifəsindən azad edildi

Fevral 16, 2026
İcra başçısı iki vəzifəli şəxsi işdən çıxardı

İcra başçısı iki vəzifəli şəxsi işdən çıxardı

Fevral 16, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.