Bazar ertəsi, Fevral 16, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycan yazıçısının əsərləri Misirdə müzakirə olundu

15 Fevral, 26 / 14:12
A A
Azərbaycan yazıçısının əsərləri Misirdə müzakirə olundu

Ağrı hekayəsi haqda, ağrılı hekayət…

 

Meyxoş Abdullahın “Altıncı mərtəbə” qısa hekayələr toplusunda, ağrını, sankı hekayə boyunbağısının muncuqlarını bir-birinə bağlayan mərkəzi ip kimi toxuyur. Hər hekayə, insan, sosial və milli narahatlıqları ortaya qoyan fiziki, emosional, psixoloji bir əzab halına gəlir. Onun bədii əsərləri bəşəriyyəti zaman və məkan baxımından narahat edən məsələləri əks etdirir.

Hekayələr toğlusunda, əsasən, əzab, itki, yoxluq və bədii dərinliklə ifadə olunmuş mürəkkəb şəxsi münasibətlərdən ibarətdir. Fiziki ağrı mənəvi və psixoloji əzabla birləşir; intellektual əzab fəlsəfi və ekzistensial narahatlıqla birləşir. Bu birləşmə vasitəsilə Meyxoş Abdullah dərin insani suallar qaldırır: cismin getməsi və ruhun dözümlülüyü; yaşanan əzabların yükü və ölümün azadlıq kimi cazibəsi; Vətənin müdafiəsində fədakarlıq; günahkarlıq və peşmançılıq; sağalmaz xəstəlik; Xeyir və Şər, ağıl və dəlilik arasındakı mübarizə; yoxsulluq və sərvət; sürgün və həsrət. Sanki hər hekayə ağrıdir və hər ağrı özlüyündə bir hekayədir.

 

 Hekayələr toplusunda ağrı formaları…

“Altıncı mərtəbə” hekayələr kitabı on bir hekayədən ibarətdir və hər biri əzabın fərqli bir təzahürünü özündə cəmləşdirir:

“Altıncı mərtəbə” – Həyat yoldaşı və kiçik Səlimin anasının ölümü.

“Komandirin yuxusu” – Düşmənə qarşı döyüş və Vasifin Şəhidliyi.

“Tarix müəlliminin etirafı” – Müəllimin şagirdinin Şəhidliyi.

“Daşlara həkk olunmuş xoşbəxtlik” – Qəhrəmanların Şəhidliyi.

“Müqəddəs yalan” – Sağalmaz bir xəstəlik.

“Dəli Bəyala” – Dəlilik və ağıl itkisi.

“Daş karxanası” – Fiziki və psixoloji çətinlik.

“Özgə namusu” – Qısqanclıq, paxıllıq və nifrət.

“Daşqın” –        Ölüm və qalım arasında

“Yağışla gələn dualar” – Sevgi və həsrət.

“Saçaqlı  konfet” – Müharibə və bədən xəsarəti.

 

“Altıncı mərtəbə” hekayəsi

“Altıncı mərtəbə”nin hadisələri Həzinin sevimli həyat yoldaşı və Səlimin əziz anası Sonanın ölümü ilə başlayır. Yazıçı ölümün yaratdığı həsrətin kədərli bir təsvirini çəkir. Onun ağır kölgələri həm ərin, həm də oğulun, xüsusən də, ölümün nə olduğunu dərk edə bilməyən yeddi yaşlı uşağın üzərinə düşür. O, israrla atasından anası və onun yoxluğunun səbəbi haqqında soruşur.

Ata onu təsəlli etməyə çalışır və deyir ki, anan cismən həyatdan getsə də, ruhu evdə onlarla birlikdə qalır. Lakin, bu təsəllilərə baxmayaraq, uşağın ağrısı onun içində dolaşmağa davam edir: – o, atasının yenidən evlənə biləcəyindən və o da  evi tərk edərək, gedib anasının soyuq  məzarını qucaqlamaq qorxusundan qorxur.

 

Oğul həmçinin paytaxt Bakıya köçdükdən sonra anasının ruhunun onların ardınca gəlib, yolunu azacağından qorxur. O, yeni ünvanlarını kiçik bir kağız parçasına yazıb anasının məzarına qoyur.  lakin mənzilin mərtəbəsini qeyd etməyi unudur.

Ata bir azdan bu məktubu oxuyur və ağrı, kədər içində boğulur. Çünki o, oğlunu inandırmışdı ki, anasının ruhu hara getsələr də, onların ardınca gələcək və gəlib onlarla birlikdə yaşayacaqdır. Və beləliklə, o, bu müqəddəs yalanın içində yaşamağı seçir. Oğlunun  unutduğunu tamamlayır: – mərtəbə nömrəsini qeyd edir – “Altıncı mərtəbə”.

Müəllifin hekayəsi və nəticədə bütün toplu üçün seçdiyi adın özü, bunun arxasındakı simvolik ağırlığı ortaya qoyur.

“Altıncı mərtəbə” hekayəsində ağrı leksikonu üstünlük təşkil edir. Ən görkəmli sözlər və ifadələr arasında bunlar var: – ölüm, yoxluq, ağlamaq, qorxu, ağrı, qəbiristanlıq, çarəsizlik, ürək ağrısı, anasının məzarını öpmək…

Əgər “Altıncı mərtəbə”dəki ağrı insanın  emosional vəziyyətini əks etdirirsə, “Komandirin yuxusu” hekayəsində bu, döyüş meydanındakı cəsarət kimi təzahür edir.

 Komandirin yuxusu

 

Cəsur əsgərlər və cəsur komandir torpaqlarını azad etmək üçün düşmənlə döyüşərkən əzablara dözürlər. Yaralara, amansız soyuğa, şaxtaya və düşmənin üstün saylarına və silahlarına baxmayaraq, onlar möhkəm dayanırlar.

Komandir ən cəsur döyüşçülərindən biri olan Vasifin yoxa çıxmasından narahatdır. Onu itirdiyinə görə özünü günahkar hiss edir. Vasifi döyüşçü dostları çox axtarırlar, amma onun nə öldüsünü, nə də qaldısını tapa bilmirlər.

Bir gün komandir yuxusunda Vasifi görür. Yuxuda Vasif qışqırır: – “Komandir, üşüyürəm, gəl məni apar”.

Komandir əzab içində oyanaraq son döyüş meydanına gedir və Vasifin cansız bədənini qayaların arasında, gözləri açıq, sanki hələ də komandirinin yolunu  gözləyirmiş kimi tapır.

Yenə də əzab lüğəti üstünlük təşkil edir: – döyüşçülər, mərmilər, toplar, düşmən, hücum, geri çəkilmə, döyüş, qaranlıq, yorğunluq, ayaqlarını sürükləmək, ağır bombardman, minaatan güllələri, uçan daşlar, düşmən atəşi, yara, xəsarət, itkin düşən  naməlum əsgər, narahatlıq, cəsədlər, soyuq və şaxta, güllə, silah səsləri,  göz yaşlarını…

 

Tarix müəlliminin etirafı

 

Ağrı, “Tarix müəlliminin etirafın”da da ilk sətirlərdən etibarən özünü göstərir. Yazıçı qəhrəmanını “kəndin kənarındakı qəbiristanlığa doğru ağır addımlarla gedən arıq, yorğun, ağ saçlı müəllim” kimi təsvir edir.

Bu bədii təsvir xəyali hekayəni həyatla dolu dərin insani mətnə ​​çevirir. Oxuduqca görürsən ki, yazıçı haşiyədən kənara çıxmır; əksinə, təcrübəni çatdırır, empatiyaya dəvət edir və tam emosional və intellektual qarşılaşma yaradır.

Hekayədə zəiflik və xəstəlikdən zəifləmiş, yatağından güclə qalxa bilən, lakin indi şəhid qəhrəman olan keçmiş şagirdi İbrahimin məzarını ziyarət etmək əzmində olan, qocalmış, ağsaçlı müəllim dəfələrlə təsvir olunur. Bir vaxtlar şagirdinin gələcəyindən narahat olan müəllim, indi vətənin müdafiəsi üçün cəsarət, fədakarlıq və sədaqətlə işarələnmiş bir taleylə qarşılaşır. Yazıçı ağsaçlı müəllimin etirafında göstərir ki, Vətən sevgisi hər şeydən üstündür. Vətəni sevmək üçün təkcə savad, bilik yox, həm də böyük ürək və sevgi lazımdır.

 

                               Daşlara həkk olunan xoşbəxtlik…

 

“Daşlara həkk  olunan  xoşbəxtlik”  əsərində başlıq sevinci ifadə etsə də, bu, qəsdən işlədilən bədii təsvirdir. Hekayə nəvə ilə babası arasında dialoq kimi davam edir. Nəvə aparıldığı yeri soruşur və baba cavab verir: – “Bura Şəhidlər Xiyabanıdır, oğlum”.

Sonradan öyrəndiyimiz kimi, həkk olunmuş təsvirlər vətənin müdafiəsində canlarını fəda edən cəsur əsgərlərə aiddir. Onlar şəhidlik şərəfini qazanıblar və onların xatirəsini mərmər divarlara həkk etməklə və xiyabana onların adını verməklə əbədiləşdirilib. Burada ən təsirli məqam nəvənin babasına: – “Baba, kaş, sənin də şəklin onların arasında olaydı. Mən də onların balaları kimi xoşbəxt olaydım…” – deyir.

 

                              Müqəddəs yalan…

 

“Müqəddəs yalan” əsərində ölüm yatağında uzanmış, həyat yoldaşı ona dərman içirmək istəyən  bir kişi obrazı ilə qarşılaşırıq. Əsərin qəhrəmanı Kamaldır. Mükəmməllik mənasını verən “Kamal” xəstəlik ucbatından zəifləyib, yatağa düşüb. Xərçəngdən əziyyət çəkən bu adamın bədəni zəifləyib, əldən düşübdür.

Hekayəni danışan şəxs xəstəyə təsəlli etməklə başlayır: – Kamal müəllim ağır bir xəstəlikdən əziyyət çəkən, bədəninə yayılan və gücünü tükəndirən sağalmaz xəstəlik olan xərçəng xəstəliyi.

Həyat yoldaşı Nüşabə xanım ərinin yanında ayıq-sayıq dayanıbdır. Kamal müəllim vəziyyətinin get-gedə pisləşdiyini görüb, yaxın dostu  Həzini görmək üçün can atır. Oğlu Fuaddan onu çağırmasını xahiş edir. Dostu gəlib otağa girəndə onu  gözləri dumanlı, yorğun, üzü solğun kül rəngində görür. – “Diqqətlə ona baxırdım; gözlərimiz qarşılaşanda dostumun gözlərinin dərinliyində sönən bir işıq selini gördüm. Bu olduqca çox kədərli idi”.

Həkimlərə və dərmanlara baxmayaraq, sağalmaq ümidi yox idi. Xərçəng onun içində kök salmışdı; – boğazı, sinəsi şişib, nəfəsi çətinləşmişdi.  Ona bu anda heç nə kömək edə bilməzdi,  yalnız ümid verməkdən başqa.

Ona görə də dostu ona deyir:            – Kamal, sən ölməyəcəksən, sağalacaqsan! Dostu gözlərində ümid işartısı ondan soruşur.- Hardan bilirsən?

Dostu cavab verir: – Ona görə ki, pis adamlar ölmürlər, axı!..

Bu ümid dolu “müqəddəs yalan” dostunu bir qədər sakitləşdirir.

 

                                      Özgə namusu

 

“Özgə namusu”nda kədər fərqli bir forma alır. Rüstəmin arvadı ölür, altı oğlu və bir qızı qalır və o qızını qonşu kənddən olan İsa adlı bir gəncə ərə verir.       İsa yaraşıqlı, çalışqan bir gəncdir. Rüstəm və qızı Zərifə bu evlilikdən məmnundurlar. Lakin altı qardaşın kürəkənləri İsadan xoşları gəlmir; onu aralarında qara ilan kimi görürlər.

Rüstəmin kürəkəninə olan böyük hörməti – daimi tərifləri, İsanın canına and içməyi, oğullarında qısqanclıq  odunu  alovlandırır. İsanı nə qədər çox tərifləyirsə, onların kinləri bir o qədər də artır. Zərifə özünü iki od arasında hiss edir.  O, ərini və qardaşlarını sevir, heç birini tərk etmək istəmir. Hekayədən də göründüyü kimi, bu, odla su arasındakı mübarizəyə çevrilir.

Zaman keçdikcə qardaşların paxıllığı daha qaranlıq bir şeyə çevrilir. Bir gün atasının evinə qonaq gedərkən Zərifə onların ərini öldürmək üçün sui-qəsd hazırladıqlarını eşidir. Qorxu onu bürüyür. O, atasına bunları etiraf edir və atası kürəkəninə açıq sevgisinin oğlanlarının qısqanclığını alovlandırdığını və bu qısqanclığın qan tökülməsi ilə nəticələnə biləcəyini başa düşür.

Oğullarının  bu qətl niyyəti atanı yuxudan və dinclikdən məhrum edir. Lakin ata onları toplayır və onlara paxıllıq etdikləri kişinin bacılarının şərəfinin, ailələrinin adının qoruyucusu olduğunu xatırladır. Buna görə də, onun aralarındakı yeri, ləyaqət və hörmətinin böyük olduğunu göstərir və bildirir ki, kürəkən bizim namusumuzu qoruyur.

Burada da ağrı lüğəti hekayəyə hakimdir: ölüm; qara ilan; dözülməz əzab;  nifrət; çarəsizlik; qətl; rüsvayçılıq; ağır narahatlıq; həbsxana; ailənin dağılması; qısqanclıq; qan tökülməsi;  göz yaşları; kişinin qışqırığı; əyilmiş başlar; Zərifənin qırıq səsi; sakit ağlama; ərinin arxasında gizlənmə.

 

                                          Daşqın…

 

“Daşqın”da əzab özünü başlıqda elan edir. Üç gündür ki, fasiləsiz yağış yağır. Sular daşaraq, kəndi nəhəng, bulanıq bir gölə çevirənə qədər böyüyür.

Bu təbii fəlakətin ortasında daha bir faciə ortaya çıxır: – balaca qızını şiddətli seldə itirən ana, uşağını xilas etməsi üçün bir zabitə yalvarır.

Ana titrəyən əllərini göyə qaldırıb qışqırır. Selin ağuşuna aldığı qız isə: – “Ana, Ana!” deyə qışqırır. Qız çarəsiz halda bir ağaca yapışıb ağlayır. O boğulmaqdan,  palçıqlı axına düşməkdən qorxur.

Beləliklə, hər hekayədə ağrı sadəcə bir hadisə deyil – bu, bir atmosferdir, bədənləri və ruhları eyni dərəcədə bürüyən bir qüvvədir.

Hekayəçi kədərlə dolu bir səhnəni – kəndlərini bürüyən şiddətli daşqın nəticəsində uşaqlarını itirən anaların nəfəsini kəsən bir tablosunu təsvir edir.       Qorxu, panik və ağrı havanı qatılaşdırır. Sel davam edir; amansızcasına yağış yağır; qaranlıq ətrafı bürüyür. Dəhşət kəndliləri bürüyür, sular evlərinə girib boynuna qalxdıqda ikiqat artır. Evlər daşqının altında yox olur. Xilasetmə qrupları nəhayət gəlir və sağ qalanları daha yüksək və daha təhlükəsiz yerə aparırlar.

Hekayənin maraq doğuran hadisəsi odur ki, xilasedici qorxudan ağlayan qızcığazı sakitləşdirmək üçün deyir: – Ağlama. Sən ağlasan gözlərindən axan yaş selə qarışar və daşqın çoxalıb hər ikimizi boğa bilər. Qızcığaz o dəqiqə səsini kəsib, susur.

 

Yağışla gələn dualar….

 

“Yağışla gələn dualar”da ağrı daxili psixolojidir. Baş qəhrəman kənddə, geridə qoyduğu anasından uzaqda, şəhərdə yaşayır. Anasına olan həsrət onu darıxdırır, köhnə kənd evlərinin xatirələri ilə yaşayır. İş onu özünə çəkir; vaxtının azlığından anasını  gec-gec ziyarət edir. Anasını şəhərdə onunla birgə yaşamağa inandırmağa çalışır. Amma anası kənddən ayrılıb, şəhər həyatını sevə bilmir.

O, həyatını danışır: – atası gənc yaşlarında ölüb,  anasına və beş kiçik bacısına qulluq etmək yükü böyük oğul kimi onun çiyinlərinə düşüb. Kiçik yaşlarından,  səhərdən axşama kimi yorulmadan çalışıb. Yuxusuzluq, ac qalmaq qorxusu kiçik yaşlarında onun ən böyük qorxusu idi. Gündüzlər bir tikə çörək qazanmaq üçün çalışırdı. Gecələr isə  oxuyurdu. O, illərdə yuxusuz gecələrin uzun borcunu istirahətlə ödəyə biləcəyi vaxtın gəlib çatacağını gözləyirdi. İllər keçdi. Bütün çətinliklərə baxmayaraq, təhsilini başa vurdu, vəzifə tutdu, şəhərdə mənzil aldı və ailə qurdu. Anasının  xəstəliyi isə onların həyatına kölgə saldı.

Bu hekayə, xüsusilə ərinin ölümündən sonra qızlarını və tək oğlunu böyütməkdə fədakarlıq göstərən bir ananın hekayətidir . Amma hekayənin əsas məğzi Ananın böyüklüyü və övladlarına olan sevgisidir. Ana ölüm yatağında ikən eşikdə yağış yağır. Ana dərindən ah çəkib deyir: – “Eh, niyə yağış yağır e…? Siz məni bu yağışda necə dəfn edəcəksiniz? – deyir. Ana adının böyüklüyü, Ana sevgisi, bax budur.

 

                                         Dəli Bəybala

 

Əvvəlki hekayələrdə ağrı əsasən fiziki xarakter daşıyırsa, “Dəli Bəybala”da bu, psixoloji və zehni olur. “Dəli” kimi tanınan  Bəybala əlli yaşında, arıq, səliqəsiz, qırmızı gözlü, köhnə paltar geyinmiş, cırıq, çirkli corablarla, ayağında yay-qış  köhnə ayaqqabı olan bir adamdır.  O, ayaq barmaqları üzərində gəzir və heç kimə zərər vermir.

Öz dünyasından uzaqlaşmış, özünün yaratdığı başqa bir dünyada yaşayan Dəli Bəybala başqaları ilə əlaqə qura bilmir. O, xaos, qəzəb və daxili qarışıqlıq içində yaşayır. Adamlar onu rədd edirlər: “Onun əqli yoxdur; o, dəlidir  deyirlər”.        Lakin yazıçı onun daxili dünyasına nüfuz edir  və görünən dəliliyinin ətrafındakılar tərəfindən tanınmayan gizli bir zəkanı gizlətdiyini ortaya qoyur. Beləliklə, hekayə bir nida ilə bitir: – “Ey dəli Bəybala… sən dünyanın ən müdrik dəlisisən!..”

Yenə də ağrı leksikonu üstünlük təşkil edir: – dəlilik, zəiflik, cırıq, çirkli, narahatlıq, əsəbilik, zərərli hərəkətlər, pişik balalarını öldürmə,  kor qəzəb, təqib,  cəhənnəm, başdan və gözlərdən axan qan, dəhşətli səs-küy, baş ağrısı, bıçaqla öldürmə, əzab və çaşqınlıq.

 

                                          Daş karxanası…

 

“Daş karxanası” ağrı təsvirinə görə bu hekayələrin ən dəhşətlilərindən biridir. Əzab özünü adından elan edir. Karxana dağda oyulmuş, qayalardan daş yonulan bir yerdir. Bu, ən sərt  iş növüdür – yer qabırğalarından xam maddə çıxarmaq, tikinti və sənaye üçün nəzərdə tutulmuş mineral sərvətlərin ardınca daşı qazma və ya partlayıcı maddələrlə parçalamaq üçün kobud güc, ağır maşınlar və iti alətlər tələb edən bir işdir.

Hekayənin qəhrəmanının Səid adı ilə adlandırılması acı istehzalıdır – “xoşbəxt”. Xoşbəxtlik heç vaxt onun qismətində olmayıb. O, bədbəxt  şəkildə ölüb, kəlləsi həyatını məhv edən karxanadan düşən daş tərəfindən ikiyə bölünür.

Hekayənin əvvəlindən etibarən zəhmətin ağırlığına bağlıdır. Hekayəçi bizə deyir: – “Hər dəfə evə qayıdanda o lənətə gəlmiş karxanaya bir daha qayıtmayacağına, başqa bir iş tapacağına and içirdi. Lakin borclu olduğu adamlar tərəfindən verilən güzəşt müddəti bitəndə gözlərini açıb yenidən çuxurda daş daşıdığını, üst-başının toz içində batdığını görürdü.”

Səid, həm cismani, həm də daxilən əzab çəkir. Onun fiziki ağrısı daş karxanasının özündən qaynaqlanır – yerdən qopardığı daşlardan, bədənini əzib üzünü ağ qumla tozlandırana qədər. Həmin daşlar sonradan başına yağacaq. Daxili əzabı borcdan doğur. Bu, onun güzəranını korlayır, yuxusunu oğurlayır, dünyanı gözləri önündə qaraldır. Bəzən gündəlik zəhmətdən və borcun zülmündən qurtuluş kimi ölümü arzulayır – sonra iki kiçik qızını və həyat yoldaşını xatırlayır və bu düşüncəyə görə özünü danlayır.

Günlər keçdikcə əzabı daha da dərinləşir. Bir axşam iki böyük yük maşınını daşla yüklədikdən sonra üçüncü yük maşınının sürücüsü ondan icazə verilən çəkidən artıq  daş yükləməsini istəyir. Bunun müqabilində ona əlavə olaraq beş manat təklif edir. Səid kasıbdır. Borclarını ödəməlidir. Razılaşır.

Əlcəklərini geyinir və yerdən bir daş qaldırır və yük maşınının üzərinə atır. Sonra başqa bir daş. Yorğunluq onu bürüyür; hər daş əvvəlkindən daha ağır hiss olunur. Yığın qalxdıqca torpaqla yük maşını arasındakı məsafə də artır. Bir az hündürlük qazanmaq üçün ayaqlarının altına bir daş qoyur. Tamamilə yorulmuşdu, danışmağa həvəsi yox idi. Sürücü bunu hiss edir və əlini onun çiyninə qoyub  mızıldanır: “Çox qalmayıb, üç-dörd dənə də daş atsan kifayət edər”.

Qaranlıq çökür. Başının üstünə qaldırdığı daş onun əlində titrəyir. Son gücünü toplayıb, onu yük maşınına atmağa çalışır. Elə həmin anda ayaqlarının altına yığılmış daşlar yerindən tərpənir. Özünü saxlaya bilməyib yerə yıxılır. Ağır bir daş başına dəyir. Saçlarını örtən ağ toz bir anın içində  qırmızıya boyanır. Ağzıüstə torpağa düşür. Son dəfə gözləri ilə sürücünü axtarır.

Sürücü dizə çöküb, dəsmalı onun yarasına basır. “Heç nə olmayıb, – qorxma. Başından bir az qan axır. Səni xəstəxanaya aparacağam. Güclü ol, qardaş.”

Amma qan daha sürətlə axırdı. Səidin səsi get-gedə zəif, xırıltılı olurdu.

Gücünün qalan hissəsini toplayaraq, əlini cibinə salır və kağıza bükülmüş kiçik bir bağlama çıxarır. Onu sürücünün ovucuna basır və pıçıldayır: – “İmkanın olsa sən də maşınının pulunu qoy bu borc siyahısının arasına verərsən bizimkilərə, deyərsən borclarını qaytarsınlar”.

Sonra onun halsız bədəni sürücünün qolları arasından sürüşüb tozlu torpağa çökür. Onun köksündən, güclə eşidiləcək bir inilti qopdu.

Ölümün son anında cibindən sahib olduğu beş manat pulu çıxarıb, yük maşınının sürücüsünə əmanət edir və borclarının  ödənilməsi üçün qızlarına və arvadına – yük maşınının yüklənməsi üçün ödənilməli olan əmək haqqı ilə birlikdə – çatdırmasını xahiş edir.

Bu şəkildə Meyxoş Abdullah qısa hekayələr toplusunda cəmlənmiş hekayələrin işığına, – əzab, faciəvi təcrübə və ya qorxunc xatirələrlə dolu həyatları işıqlandıran qısa, kəskin səhnələrə əsaslanır. Hekayədə ağrı leksikonu üstünlük təşkil edir. Sözlər və obrazlar zərbələr kimi toplanır: lənətlənmiş daş karxanası; daş daşımaq; borc; cəhənnəm; əzab; ölüm; güclə ayaq üstə dura bilən; boynundan təri silən; paltarları islanmış; zəifləyən ürək; şiddətli öskürək; dözülməz dərəcədə ağır daşlar; axan qan; yalvarış; güclə eşidilən inilti; kədərli üzlər.

 

 

                                        Saçaqlı konfet

 

“Saçaqlı konfet” hekayəsində hekayə xoşbəxtliklə başlayır, lakin qısa müddətli olur və tez bir zamanda faciəyə  çevrilir. Hekayədə kiçik, xoşbəxt bir ailə təsvir olunur: – ordu zabiti, onun sadiq həyat yoldaşı və yeganə qızları Nurtac.             Müharibə onların dünyasını alt-üst edənə qədər həyat dinc idi. Ata birdən-birə yoxa çıxdı və ailə narahat oldu, uşağı çaşqın vəziyyətdə qaldı.

Qızçığaz müharibəni başa düşə bilmirdi. Amma atası ona hədiyyələr gətirmədikdə o anadı ki, nə isə xoşagəlməz bir hadisə baş veribdir.

Anası kiçik qızına döyüşləri, işğalçı düşməni və atasının və əsgər yoldaşlarının vətənlərini müdafiə etmək üçün göstərdiyi qəhrəmanlıq səylərini izah etdi. Hekayə müharibənin dəhşətləri və uşağın cəsur atasına olan həsrəti ilə sevincdən kədərə çevrilir.

Qızın atası, üzü çapıqlı, qolları yaralı və bədəni hisdən qaralmış halda müharibədən qayıdanda qızı üçün bir hədiyyəni arxasında gizlədir. Məlum olur ki, qızıyla həmişə zarafat edən atanın bir qolu dirsəkdən aşağı yoxdur. Ata utandığından kəsilmiş qolunu arxasında gizlətmək məcburiyyətindədir.

Hekayənin ağrısını əks etdirən əsas ifadələrə aşağıdakılar daxildir: (müharibə, narahatlıq, panik, atas üçün darıxmaq, döyüşlər, tüfəng, tüstü və duman, bomba səsi, tanklar, artilleriya, yaralı əsgərlər, anası ilə sığınacaq axtarmaq, göz yaşları).

Nəticə etibarilə, qısa hekayələr toplusu rahatlıq, təhlükəsizlik və ya sülh üzərində dayanmır, əksinə insan əzablarının unikal aspektlərini təqdim edir. Müxtəlif personajlar və hekayə səsləri yüksək dərəcədə fərdi emosional və psixoloji təcrübələri təsvir edir. Hər bir personaj fərqli bir ağrı formasını təcəssüm etdirir; hər hekayə səsi əzabları – fiziki, psixoloji və ekzistensial – ifadə edən bir ruhdur. Bu hekayələr vasitəsilə Meyxoş Abdullahın dünya və insan münasibətləri haqqında vizyonu gerçəkləşir. Hekayəçi əksər nağıllarda mövcud, nüfuzlu və hər şeyi biləndir, çünki Meyxoş Abdullah personajları ilə yazır, əziyyət çəkir, etiraf edir, təsəvvür edir və onların gündəlik mübarizələrini və döyüşlərini bölüşür. Onun səsi oxucuları insan təcrübələrinə davamlı təsir göstərən mərkəzi personajlarla dərindən əlaqə qurmağa yönəldir. Hətta, personajlar simvolik olaraq öləndə və ya əzabların şahidi kimi görünəndə belə, onlar insan duyğularına və ağrı ilə yaşamaq fəlsəfəsinə dərin baxışlar ortaya qoyur. Bu ağır yük ölümü rahatlığa aparan bir yol halına gətirir; buna görə də ölüm bir çox hekayələrdə üstünlük təşkil edir, əzabların sonunu qeyd edir və amansız ağrıdan qurtuluş təklif edir.

Hekayələrin diqqətlə oxunması və tənqidi təhlili sevincdən kədərə, sakitlikdən qarışıqlığa, sabitlikdən yerdəyişməyə və sülhdən müharibəyə axan ağrı spektrini ortaya qoyur. Hekayələr personajların ruhlarında sağalmayan qurbanları və yaraları – digər personajlar getdikdən sonra belə hekayədə canlı şəkildə qalan və onlarda dərin izlər qoyan ruhları ortaya qoyur.

On bir hekayənin hər biri əzab, kədər və düşüncə ilə örtülmüş həyatın aspektlərini əks etdirən real bir tablo çəkir. Müəllif birbaşa, kəskin bir dildən və həm görünən, həm də gizli ağrıları çatdıran, sıx məcazi təsvirlərlə zənginləşdirilmiş, oxucuya dərin təsirli, ifadəli enerji təqdim edən möhkəm bir ifadə lüğətindən istifadə edir.

***

Meyxoş Abdullah təxəllüsü ilə tanınan Abdullayev Meyxoş Kamil oğlu 2 fevral 1962-ci ildə Azərbaycan respublikasının, Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olub. Yazıçı kimi geniş tanınsa da, rəsmi peşəsi iqtisadiyyatdır. 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub və Prezident Ədəbi Mükafatına layiq görülüb. Ən diqqətəlayiq əsərləri arasında “Doktor Qəzənfər”, “Narahat Ruhlar”, “Şeytanın Gülüşü”, “Anakonda Ovu”, “Əsir qadın” və “Gecə qapısı döyülən qadın” əsərləri var. Əsərləri ərəb, türk, rus, fars, türkmən və qırğız dillərinə tərcümə olunub.

Meyxoş Abdullahın qısa hekayələr toplusu haqqında bu məqalə Bənhadakı Misir Xalq Kitabxanasında keçirilən seminar zamanı Birlik Konfransında təqdim edildi. Seminarda Dr. Əşrəf Əbul-Yəzidin tərcümə etdiyi və İpək Yolu Ədəbiyyatı seriyasında nəşr olunmuş əsərlər müzakirə edildi.

Müəllif: Prof. Dr. Əhməd Olvani, Ədəbi tənqid və ritorika professoru, Ərəb dili kafedrasının müdiri, İncəsənət fakültəsi – Benha Universiteti, Misir.

 

Əvvəlki yazı

“Zəngəzur dəhlizi qeyri-enerji ixracatının 700 milyon dollar artmasına səbəb ola bilər”

Növbəti yazı

Prezident Serbiyaya rəsmi səfərə gedib - FOTOLAR + VİDEO

XƏBƏR LENTİ

Mənzil almaq istəyənlərin nəzərinə: Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Mənzil almaq istəyənlərin nəzərinə: Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Fevral 15, 2026
Eminin 10 aylıq səfirlik "macerası" - "Saçlarını rənglədi, qadın paltarı geyindi" - VİDEO

Eminin 10 aylıq səfirlik "macerası" - "Saçlarını rənglədi, qadın paltarı geyindi" - VİDEO

Fevral 15, 2026
Buraxılış və qəbul imtahanlarının vaxtları açıqlandı

Magistraturaya qəbul imtahanı keçirildi: Nəticələr bu tarixdə açıqlanacaq

Fevral 15, 2026
Vunçiç İlham Əliyevi belə qarşıladı - FOTOLAR + VİDEO

Vunçiç İlham Əliyevi belə qarşıladı - FOTOLAR + VİDEO

Fevral 15, 2026
Prezident Serbiyaya rəsmi səfərə gedib - FOTOLAR + VİDEO

Prezident Serbiyaya rəsmi səfərə gedib - FOTOLAR + VİDEO

Fevral 15, 2026
Azərbaycan yazıçısının əsərləri Misirdə müzakirə olundu

Azərbaycan yazıçısının əsərləri Misirdə müzakirə olundu

Fevral 15, 2026
“Zəngəzur dəhlizi qeyri-enerji ixracatının 700 milyon dollar artmasına səbəb ola bilər”

“Zəngəzur dəhlizi qeyri-enerji ixracatının 700 milyon dollar artmasına səbəb ola bilər”

Fevral 15, 2026
Qubada məktəbli özünü güllələdi

Qubada məktəbli özünü güllələdi

Fevral 15, 2026
Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadıldı

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadıldı

Fevral 15, 2026
"İdrak" liseyində güllələnən müəllim əməliyyat olundu - Klinikadan açıqlama

"İdrak" liseyində güllələnən müəllimin vəziyyəti necədir? 

Fevral 15, 2026
Prezident Almaniya səfərindən önəmli görüntülər

Prezident Almaniya səfərindən önəmli görüntülər

Fevral 15, 2026
Sabah 17 dərəcə isti olacaq

Sabahın havası açıqlandı

Fevral 15, 2026
16 yaşlı boksçu sınaq döyüşləri zamanı öldü

16 yaşlı boksçu sınaq döyüşləri zamanı öldü

Fevral 14, 2026
Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı

Brilliant Dadaşovanın həyat yoldaşı bu teatra direktor təyin olundu

Fevral 14, 2026
Kəmaləddin Heydərovun 3 müavini işdən çıxarıldı - FOTOLAR

Kəmaləddin Heydərovun 3 müavini işdən çıxarıldı - FOTOLAR

Fevral 14, 2026
Prezident Münxendə görüşlər keçirdi - FOTOLAR

Prezident Münxendə görüşlər keçirdi - FOTOLAR

Fevral 14, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Bazar günü yağış yağacaq

Fevral 14, 2026
Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı

Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı

Fevral 14, 2026
Bölgələrə gedənlərin nəzərinə!

Bölgələrə gedənlərin nəzərinə!

Fevral 14, 2026
"Yollara baxan yoxdur, gəncləri buradakı şəraitsizliyə dözmür" - Oğuz sakinləri fəryad edir - VİDEO

"Yollara baxan yoxdur, gəncləri buradakı şəraitsizliyə dözmür" - Oğuz sakinləri fəryad edir - VİDEO

Fevral 14, 2026
Prezident "France 24" telekanalına müsahibə verdi - FOTOLAR

Prezident "France 24" telekanalına müsahibə verdi - FOTOLAR

Fevral 14, 2026
"O hadisənin ertəsi günü sülh müqaviləsi imzalaya bilərik" - İlham Əliyev

"O hadisənin ertəsi günü sülh müqaviləsi imzalaya bilərik" - İlham Əliyev

Fevral 13, 2026
Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Fevral 13, 2026
İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini ilə görüşdü - FOTO+VİDEO

İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini ilə görüşdü - FOTO+VİDEO

Fevral 13, 2026
Kollec direktoru 17 ildən sonra işdən çıxarıldı - FOTO

Kollec direktoru 17 ildən sonra işdən çıxarıldı - FOTO

Fevral 13, 2026
Lamiyəni bıçaqlayan keçmiş ərinə hökm oxundu - 14 il

Lamiyəni bıçaqlayan keçmiş ərinə hökm oxundu - 14 il

Fevral 13, 2026
Sabiq icra başçısı ilə bağlı qəar verildi - FOTO

Sabiq icra başçısı ilə bağlı qəar verildi - FOTO

Fevral 13, 2026
İlham Əliyev Bərzani ilə görüşdü - FOTOLAR

İlham Əliyev Bərzani ilə görüşdü - FOTOLAR

Fevral 13, 2026
Prezidentlə xanımı Almaniyadadır - FOTOLAR

Prezidentlə xanımı Almaniyadadır - FOTOLAR

Fevral 13, 2026
İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

Fevral 13, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.