Əsrlərin sınağından çıxmış Azərbaycan–Gürcüstan dostluğu bu gün də öz möhkəmliyini qoruyub saxlayır. Tarix boyu eyni coğrafiyada yaşayan iki xalq arasında formalaşmış qarşılıqlı hörmət və etimad müasir dövlətlərarası əlaqələrin əsasını təşkil edir. Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsində xüsusi yerə malik olan Azərbaycan və Gürcüstan münasibətləri bu gün artıq sadəcə qonşuluq çərçivəsindən çox-çox irəli gedərək dərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Gürcüstan uzun illərdir ki, Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın əsas təminatçılarından biri kimi çıxış edirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri çox mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqazda siyasi sabitliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın təmin olunmasında Azərbaycan-Gürcüstan münasibətləri xüsusi yer tutur. Bu münasibətlər uzun illərdir qarşılıqlı etimad, ortaq maraqlar və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Bakı ilə Tbilisi arasında formalaşmış əməkdaşlıq modeli bu gün region üçün ən uğurlu nümunələrdən biri hesab olunur. səfər çərçivəsində regional təhlükəsizlik və sülh məsələlərinin müzakirə olunması Azərbaycanın məsuliyyətli və təşəbbüskar dövlət kimi çıxış etdiyini göstərir.
Ölkə başçısının bu səfəri iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etdiyini bir daha nümayiş etdirdi. Səfər zamanı keçirilən görüşlərdə regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri müzakirə olunmuşdur. Bu səfər həmçinin regionda yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Gürcüstan tandeminin rolunu daha da gücləndirdi. Xüsusilə nəqliyyat və logistika dəhlizlərinin inkişafı baxımından tərəflərin ortaq maraqları bir daha təsdiqləndi. Gürcüstanın Azərbaycan üçün Qərbə açılan əsas qapı olması, Azərbaycanın isə Gürcüstan üçün etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi bu əməkdaşlığın strateji mahiyyətini artırır. bu gün Azərbaycan-Gürcüstan münasibətləri yalnız iki ölkənin maraqlarına deyil, ümumilikdə regional inkişafa – sabitliyin güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə xidmət edir. Bu tərəfdaşlıq bütövlükdə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas təminatlarından biri kimi çıxış edir.
Cənubi Qafqazda formalaşan yeni reallıqlar isə bu əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bir zamanlar münaqişələrlə yadda qalan region bu gün sülh və əməkdaşlıq istiqamətində irəliləyir. Bu münasibətlərin uğurunda liderlər arasında formalaşmış qarşılıqlı etimad və dostluq əlaqələri də mühüm rol oynayır. Bütün bunların fonunda Azərbaycan–Gürcüstan əlaqələri bu gün təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün nümunəvi əməkdaşlıq modeli kimi çıxış edir. Qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan bu münasibətlər gələcəkdə daha geniş miqyaslı layihələrin və təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır. Prezident İlham Əliyevin səfəri və verdiyi mesaj isə bir daha təsdiq edir ki, bu strateji tərəfdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Məmmədcəfər Məmmədzadə,
Piallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı





























