Çərşənbə axşamı, Aprel 7, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Siyasət

“Azərbaycan-Gürcüstan  münasibətləri bütün qonşular üçün nümunə ola bilər”

07 Aprel, 26 / 10:52
A A

“Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. İkitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələrə xüsusi önəm verilir. Bunu Azərbaycan-Gürcüstan münasibətlərində aydın görmək mümkündür. Qarşılıqlı səfərlərin dinamikliyi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətlərinin aydın mənzərəsini yaradır. Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri bir daha iki ölkənin əlaqələrinin dünəninə və bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində Gürcüstan Prezidenti  Mixeil Kavelaşvili ilə təkbətək, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşləri oldu. Prezidentlərin görüşündə Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna diqqət yönəldildi. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edildi. Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulandı. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında aparılan müzakirələr əlaqlərimizin gələcək inkişafının təqdimatı oldu”.

Mecra.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra ediblər. Bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır: “Azərbaycan və Gürcüstanın regional inkişafa  töhfələri davamlıdır. Dövlətlərarası münasibətlərdə iqtisadi amilin rolunu nəzərə alsaq iki ölkənin birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələrinin əhəmiyyətini aydın şəkildə görmək olar. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyasının genişlənməsi əlaqələrimizin yüksələn xətlə inkişafının təsdiqidir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bu məqamlara xüsusi diqqət yönəldildi. Dövlətimizin başçısı bildirdi ki, iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Keçən il ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. Bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparıldı və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər. Cənab İlham Əliyev bu reallığı da bir daha diqqətə çatdırdı ki,  Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb.  Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi  icra edildi və bu gün bu infrastruktur  böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.

Malik Həsənov bildirib ki, hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir: “Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, səfər  iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Səfər çərçivəsində  müzakirə edilən məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə vurğuladı ki, cənab İlham Əliyevin  Gürcüstana gəlişi hamımız üçün xüsusi şərəfdir.

Təbii ki, bu kimi fikirlər iki ölkənin  münasibətlərinin səmimi, qarşılıqlı hörmət və etimad üzərində qurulduğunun təsdiqidir. Əməkdaşlıqda  hər zaman bu prinsiplərə xüsusi önəm verən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan-Gürcüstan  münasibətləri bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulub. Bu əminlik də ifadə edildi ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.

Millət vəkili qeyd edib ki, səfər çərçivəsində keçirilən görüşlərdə, mətbuata birgə bəyanatda diqqət göstərilən əsas məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında sülh prosesi oldu: “Dövlətimizin başçısı bildirdi ki, bu prosesi gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir” çağırışını edən Prezident İlham Əliyev vurğuladı ki, çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir”.

Malik Həsənov ümumiləşdirilmiş şəkildə qeyd edib ki, qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Tərəflər əlaqələrin hərtərəfli inkişafında maraqlıdır və bunu real addımları ilə təsdiqləyirlər.

Əvvəlki yazı

Qubada yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - VİDEO

Növbəti yazı

Artıq peşələr "qadın" və "kişi" deyə ayrılmır - Cəlilabad Peşə Dövlət Təhsil Mərkəzindən reportaj

XƏBƏR LENTİ

"Peşə təhsili istiqamətində görülən işlər bu şəkildə davam edərsə..." - Ekspert

"Peşə təhsili istiqamətində görülən işlər bu şəkildə davam edərsə..." - Ekspert

Aprel 7, 2026
"Gördüm ki, evin altında nəsə partladı..." - Kollektorun üzərində tikilən evin sahibi - VİDEO

"Gördüm ki, evin altında nəsə partladı..." - Kollektorun üzərində tikilən evin sahibi - VİDEO

Aprel 7, 2026
Sabah hava necə keçəcək?

23 dərəcə isti olacaq - Sabahın havası

Aprel 7, 2026
Baş nazirdən əmək pensiyaları ilə bağlı QƏRAR

Bu şəhərdə pensiyalar ödənildi - RƏSMİ

Aprel 7, 2026
Maşında nəzarətsiz qalan uşaqlar faciəyə səbəb oldu - Bir qadın öldü, digəri yaralandı 

Maşında nəzarətsiz qalan uşaqlar faciəyə səbəb oldu - Bir qadın öldü, digəri yaralandı 

Aprel 7, 2026
200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

“Ötən il Azərbaycan Gürcüstana 364.8 milyon dollarlıq enerji məhsulları göndərib…”

Aprel 7, 2026
Artıq peşələr "qadın" və "kişi" deyə ayrılmır - Cəlilabad Peşə Dövlət Təhsil Mərkəzindən reportaj

Artıq peşələr "qadın" və "kişi" deyə ayrılmır - Cəlilabad Peşə Dövlət Təhsil Mərkəzindən reportaj

Aprel 7, 2026

“Azərbaycan-Gürcüstan  münasibətləri bütün qonşular üçün nümunə ola bilər”

Aprel 7, 2026
Qubada yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - VİDEO

Qubada yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - VİDEO

Aprel 7, 2026
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Aprel 7, 2026
Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Aprel 7, 2026
Biləsuvarda 41 yaşlı qadın meyiti tapıldı

Biləsuvarda 41 yaşlı qadın meyiti tapıldı

Aprel 7, 2026
Cəlilabadın bu kəndlərində işıq olmayacaq – XƏBƏRDARLIQ

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Aprel 6, 2026
İlham Əliyevin Gürcüstan səfəri başa çatdı - FOTOLAR

İlham Əliyevin Gürcüstan səfəri başa çatdı - FOTOLAR

Aprel 6, 2026
Cəlilabadda məktəb direktorları ilə işguzar görüş keçirildi - FOTOLAR

Cəlilabadda məktəb direktorları ilə işguzar görüş keçirildi - FOTOLAR

Aprel 6, 2026
Ulduz falı: 7 aprel, 2026

Ulduz falı: 7 aprel, 2026

Aprel 6, 2026
Rafiq Cəlilov Aprel şəhidimizin məzarını ziyarət etdi - FOTOLAR

Rafiq Cəlilov Aprel şəhidimizin məzarını ziyarət etdi - FOTOLAR

Aprel 6, 2026
Cəlilabadda aprel döyüşləri ilə bağlı tədbir keçirildi - FOTOLAR

Cəlilabadda aprel döyüşləri ilə bağlı tədbir keçirildi - FOTOLAR

Aprel 6, 2026
DİM mübahisəli suallarla bağlı məlumat yaydı - FOTO

DİM mübahisəli suallarla bağlı məlumat yaydı - FOTO

Aprel 6, 2026
İcra başçısı müavinini işdən çıxartdı - FOTO

İcra başçısı müavinini işdən çıxartdı - FOTO

Aprel 6, 2026
Kəndlərarası yol yararsız hala düşdü - VİDEO

Kəndlərarası yol yararsız hala düşdü - VİDEO

Aprel 6, 2026
Kəmaləddin Heydərov Bibiheybətə getdi - VİDEO

Kəmaləddin Heydərov Bibiheybətə getdi - VİDEO

Aprel 6, 2026
Hava sabahdan 6 günlük pisləşir - Xəbərdarlıq

Sabahın havası - Yağıntılar tədricən kəsəcək

Aprel 6, 2026
Cəlilabadda yolun çökən hissəsi təmir ediləcək - FOTOLAR

Cəlilabadda yolun çökən hissəsi təmir ediləcək - FOTOLAR

Aprel 6, 2026
Kəmaləddin Heydərov Keşləyə getdi - Tapşırıqlar verdi - VİDEO

Kəmaləddin Heydərov Keşləyə getdi - Tapşırıqlar verdi - VİDEO

Aprel 6, 2026
Qəbul imtahanlarına qeydiyyat başlanır

Doqquzuncu sinif şagirdlərinin nəzərinə - Qeydiyyat başlanır

Aprel 6, 2026
Prezidentin rəsmi qarşılanma mərasimi oldu - VİDEO

Prezidentin rəsmi qarşılanma mərasimi oldu - VİDEO

Aprel 6, 2026
Siyəzəndə körpü uçdu - VİDEO

Siyəzəndə körpü uçdu - VİDEO

Aprel 6, 2026
Qusarda sel transformatoru belə apardı - VİDEO

Qusarda sel transformatoru belə apardı - VİDEO

Aprel 6, 2026
Yağıntılar nə vaxtadək davam edəcək?

Yağıntılar nə vaxtadək davam edəcək?

Aprel 6, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.