Bazar ertəsi, Aprel 27, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Siyasət

“Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir”

27 Aprel, 26 / 14:54
A A

“İkitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayan amillərdən biri qarşılıqlı səfərlərin dinamikliyidir. Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlığa və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına  verdiyi önəm bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Bu nühüm məqamı da xüsusi qeyd etməliyik ki, son illərdə Prezident İlham Əliyevin Azərbaycana səfər edən bu və ya digər ölkənin dövlət başçıları ilə görüşlərini paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə keçirməsi bir ənənəyə çevrilib. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdə oldu. Qəbələdə  Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən Ukrayna Prezidenti  bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı. Qeyd edək ki, Azərbaycan  və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər  sahələrində inkişafa təkan verir,  münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər”.

Mecra.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında 1992-ci ildən əsası qoyulan diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir: “Bu onilliklər ərzində Prezidentlərin, eləcə də hökumət başçılarının, parlament sədrlərinin, xarici işlər nazirlərinin və digər hökumət nümayəndələrinin qarşılıqlı səfərləri münasibətləri yüksək səviyyəyə qaldırıb. Prezident İlham Əliyev 2022-ci ilin yanvarında Ukraynaya işgüzar, Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ilin dekabrında  Azərbaycana rəsmi  səfər etmişdir. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995-ci ildən fəaliyyət göstərir. Azərbaycan və Ukrayna Prezidentlərinin  mətbuata birgə bəyanatlarında dövlətimizin başçısı əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayan addımlara, eyni zamanda, imzalanan  sənədlərə xüsusi diqqət yönəltdi. Bildirdi ki, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu dəfəki səfər zamanı söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparıldı. Azərbaycan və Ukrayna  bu gün bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir. Sözügedən səfər bunu bir daha təsdiqlədi”.

Malik Həsənov vurğulayıb ki, Azərbaycan xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini öz milli maraqlarına uyğun qurur və həyata keçirir: “Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarıdır. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmiz bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərir. Azərbaycan ərazi bütövlüyünün pozulmasından on illər əziyyət çəkib. İstər 30 illik işğal, istərsə də tarixi Zəfərimizdən, suverenliyimizin bərpasından sonrakı dövrdə sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar Azərbaycanın xarici siyasətində əsas yer tutub. Ölkəmiz Ukrayna-Rusiya  münaqişəsinin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır. Azərbaycan regionun diplomatik paytaxtı olaraq, münaqişəyə hər hansı subyektiv baxışı olmayan ölkə kimi gələcəkdə bu münaqişənin sülh yolu ilə həlli üçün platforma rolunu oynaya bilər. Mətbuata bəyanatında bu prosesdə vasitəçilik edən tərəfdaşlara, Azərbaycan Prezidenti İlham Əliyevə  minnətdarlıq edən Ukrayna Prezidenti vurğuladı ki,  bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə”.

Deputat bildirib ki, Prezidentlərin mətbuata birgə bəyanatları iki ölkənin münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini təqdim edir: “Cənab İlham Əliyev bildirdi ki, görüşlərimiz  müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ukrayna Prtezidentinin Azərbaycana ilk dəfə 2019-cu ildə səfər etdiyini xatırladan dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Son dörd il ərzində Prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi mühüm  göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Belə bir əminlik də ifadə olundu ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır”.

Malik Həsənov əlaqələrin inkişafında iqtisadi amilin önəmini qeyd edərək  vurğulayıb ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafının potensialı var: “Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri geniş coğrafiyanı əhatə edir. SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu da ikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər səfər zamanı  ətraflı müzakirə edildi. Ticarət dövriyyəsinin  artırılması məsələləri də gündəliyin mərkəzindədir. Ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Növbəti illərdə bu rəqəm daha da artacaq. Çünki buna da böyük imkanlar var”.

Deputat qeyd edib ki, bütün bunlar ölkələrimiz arasında dostluq xarakteri daşıyan münasibətlərin, uzunmüddətli müttəfiqlik əlaqələrinin olduğunu göstərir.

Əvvəlki yazı

Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

Növbəti yazı

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

XƏBƏR LENTİ

Buraxılış və qəbul imtahanlarının vaxtları açıqlandı

Onların təhsil haqqını dövlət ödəyəcək

Aprel 27, 2026
Hökməli və Qobu qəsəbələrinin sakinləri fəyad edir - 10 gündür su yoxdur - VİDEO

Hökməli və Qobu qəsəbələrinin sakinləri fəyad edir - 10 gündür su yoxdur - VİDEO

Aprel 27, 2026
Qəbələdəki tarixi görüşdən geriyə qalanlar - VİDEO

Qəbələdəki tarixi görüşdən geriyə qalanlar - VİDEO

Aprel 27, 2026
Erməni kəşfiyyatçı rüşvətə görə saxlanıldı

Erməni kəşfiyyatçı rüşvətə görə saxlanıldı

Aprel 27, 2026
Bu yol müvəqqəti bağlanır - Sürücülərin nəzərinə!

Bu yol müvəqqəti bağlanır - Sürücülərin nəzərinə!

Aprel 27, 2026
4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı

4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı

Aprel 27, 2026
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR

Aprel 27, 2026
70 kq qızılla tutulan polkovnikə hökm oxundu

70 kq qızılla tutulan polkovnikə hökm oxundu

Aprel 27, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Aprel 27, 2026
Şair ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı... - FOTO

Şair ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı... - FOTO

Aprel 27, 2026
Dünənki imtahanın nəticələri bu tarixdə açıqlanacaq

Dünənki imtahanın nəticələri bu tarixdə açıqlanacaq

Aprel 27, 2026
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Aprel 27, 2026
Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Aprel 27, 2026

“Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir”

Aprel 27, 2026
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

Aprel 27, 2026
Bu imtahanların saatı dəyişdirildi

Bu imtahanların saatı dəyişdirildi

Aprel 27, 2026
Azərbaycan–Ukrayna dostluğu möhkəmlənir

Azərbaycan–Ukrayna dostluğu möhkəmlənir

Aprel 27, 2026
İlham Əliyev Qəbələdə Andrey Babişi qarşıladı - FOTOLAR

İlham Əliyev Qəbələdə Andrey Babişi qarşıladı - FOTOLAR

Aprel 27, 2026
Ağcabədidə əmioğulları qətlə yetirildi - FOTO

Ağcabədidə əmioğulları qətlə yetirildi - FOTO

Aprel 27, 2026
Humanitar sahələrdə  uğurlu siyasət modeli

Humanitar sahələrdə  uğurlu siyasət modeli

Aprel 27, 2026
Təhlükəsizlik və sabitlik hər iki xalq üçün prioritetdir

Təhlükəsizlik və sabitlik hər iki xalq üçün prioritetdir

Aprel 27, 2026
Həm sözdə, həm də işdə səmimi münasibətlər

Həm sözdə, həm də işdə səmimi münasibətlər

Aprel 27, 2026
Qarşılıqlı etimada əsaslanan sabit siyasi xətt

Qarşılıqlı etimada əsaslanan sabit siyasi xətt

Aprel 27, 2026
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR

Real və praktiki dəstək

Aprel 27, 2026
İlham Əliyev Qəbələdə Andrey Babişi qarşıladı - FOTOLAR

Azərbaycan və Ukrayna yaxın dost ölkələrdir

Aprel 27, 2026
Azərbaycanda məşhur icra  başçısı vəfat etdi

Azərbaycanda məşhur icra  başçısı vəfat etdi

Aprel 27, 2026
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi - VİDEO

7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi - VİDEO

Aprel 26, 2026
Bakıda 11-ci sinif şagirdi vəfat etdi

Bakıda 11-ci sinif şagirdi vəfat etdi

Aprel 26, 2026
Sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlandı

Cəlilabadda qəzaya düşən şagirdin vəziyyəti açıqlandı - Rəsmi

Aprel 26, 2026
Cəlilabadda imtahandan qayıdan şagird qəzaya düşdü - Xəsarət alan var

Cəlilabadda imtahandan qayıdan şagird qəzaya düşdü - Xəsarət alan var

Aprel 26, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.