Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində 14 yaşlı yeniyetmənin orta məktəbə silahlı hücum etməsi nəticəsində 9 nəfər həlak olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədə istifadə olunan silahların sahibi, hücumçunun atası – birinci dərəcəli polis rəisi olan U.M. dərhal saxlanılıb.
Xatırladaq ki, 14 yaşlı İ.A.M. atasına məxsus 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirəndən sonra intihar edib.
Qeyd edək ki, Kahramanmaraş valisi Mükerrem Ünlüer də hadisənin təfərrüatları ilə bağlı açıqlamasında yeniyetmənin atasına məxsus xidməti silahlardan istifadə etdiyini təsdiqləyib.






























