Masallı rayonunda yeniyetmə vəfat edib.
Mecra.az xəbər verir ki, hadisə aprelin 11-i saat 01 radələrində Köhnə Alvadı kəndində baş verib.
Belə ki, 2014-cü il təvəllüdlü kənd sakini Turan Azər oğlu Əliyev yaşadığı evdə qəfil ölüb.
Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).






























