Bu gün Cəlilabad rayonun ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.
Mecra.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutan müsabiqədə rayon üzrə 5 mərkəzdə 1274 nəfər şagird iştirak edib. Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il dünyanın 80-dən çox ölkəsində keçirilir. Müsabiqənin əsas məqsədi ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinin riyaziyyat üzrə bilik və bacarıqlarını qiymətləndirmək və onların riyaziyyata olan marağını artırmaqdır.
Müsabiqə 2 mərhələdən ibarətdir:
Hər sinif üzrə ən yaxşı nəticə göstərən 10 % şagirdə diplom təqdim ediləcək.
Birinci mərhələdə ən yaxşı nəticə göstərmiş 5 % şagird final mərhələsinə vəsiqə qazanacaq.
Finalçılardan hər sinif üzrə 18 nəfər şagird (3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) qalib elan ediləcək.
Qaliblər hədiyyə və medallarla təltif ediləcək.
Bütün iştirakçılara elektron sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, final mərhələsində iştirak etmək üçün əlavə ödəniş tələb olunmur. Şagirdlərimizə uğurlar arzulayırıq!




































