Zərdab rayonunun Ağabağı kənd sakini, 60 yaşlı Mübariz Rüstəmov artıq 34 ildir ki, hər gün özünə məxsus olan qayıqla Kür çayını keçərək rus dili müəllimi kimi fəaliyyət göstərdiyi İmişli rayonunun Ağamallar kənd orta məktəbinə gedir.
Müəllim bildirir ki, qışda və çayın suyunun artdığı günlərdə keçid daha çətin və təhlükəli olur. Buna baxmayaraq, şagirdlərinin onu gözlədiyini bildiyi üçün heç vaxt dərsdən qalmır.
“Soyuq, qar, daşqın olur, amma məktəbdə məni gözləyirlər. Ona görə hər gün yoluma davam edirəm. Bəlkə də yeganə müəlliməm ki, qayıqla məktəbə gedirəm”, – deyə o qeyd edib.
Mübariz Rüstəmov gənc müəllimlərə də çağırış edərək çətinliklərdən qorxmamağı, müəllim peşəsini sevərək seçməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, şagirdlərin sevgisi bu peşənin ən böyük mükafatıdır.
Daha ətraflı Baku TV-nin təqdim etdiyi süjetdə:






























