Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya düşüb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə Kuçak-Aparan avtomobil yolunda baş verib.
“Honda” markalı avtobus “Nissan” minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində 1 nəfər ölüb, daha 12 nəfər isə yaralanıb.





























