Cümə, Aprel 10, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Gündəm

"Yoldaşım yuxuma girib deyirdi ki..." - Bu gün vəfat edən şəhid atasının 6 il öncəki müsahibəsi

09 Aprel, 26 / 23:05
A A
Şəhid atası oğlunun yanında dəfn edildi - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin atası Şəmsəddin Əmirli vəfat edib. Jurnalist Vasif Əlihüseyn 2020-ci ildə şəhid atası Şəmsəddin Əmirlidən aldığı müsahibəni təkrar oxuculara təqdim edib:

Vətən müharibəsində qəhrəmancasına şəhid olan gizir Əmirli Tofiq Şəmsəddin oğlunun qəhrəmanlığından hamı danışır. Hətta qardaş Türkiyənin televiziya kanallarında da şəhid gizirimizin qəhrəmanlığından danışılıb.

Moderator.az-ın əməkdaşı Cəlilabadın Göytəpə qəsəbəsində şəhidimizin ailəsiylə görüşüb və atası Şəmsəddin və qardaşı Nicatla həmsöhbət olub:

Bizi şəhidimizin atası və yaxınları qarşıladı. Bu gün həm şəhidimizin, həm də anasının cümə axşamıydı. Söhbət zamanı məlum oldu ki, Tofiq şəhid olandan sonra anası Xatirə xanım da bu acıya dözməyərək dünyasını dəyişib. Şəhidimizin atası, coğrafiya müəllimi Şəmsəddin Əmirli Tofiqdən danışır:

“Tofiq 1992-ci il fevralın 27-də anadan olub. O, mənim ikinci övladımdır, Tofiqdən böyük qardaşı Nicat və kiçik bacısı var. Tofiq Milli Qəhrəman Vüqar Mürsəlov adına 1 saylı Göytəpə şəhər məktəbini bitirdikdən sonra hərbi xidmətə yolandı. Sərhəd Qoşunlarında xidmət edirdi. Hərbi xidmətini başa vurduqdan sonra işləmək üçün Rusiya Federasiyasına getdi. Daha sonra vətənə qayıdaraq sənədlərini yenidən Sərhəd Qoşunlarına verdi və gizir kimi işləməyə başladı. 2018-ci ildə kurs keçərək Xüsusi Təyinatlı Dəstədə xidmətə başladı. Özü snayperçi idi”.

Bozqurd ürəkli Vətən müharibəsi şəhidimiz Tofiq Əmirli. Allah rəhmət etsin. Nur içində yat Şəhidimiz.

Şəhidimizin atası deyir ki, Tofiqi evləndirmək istəsələr də, o, hər dəfə müxtəlif bəhanələrlə bundan imtina edib:

“Tofiqi evləndirmək istəyirdik, hər dəfə anası ona qız tapırdı, amma müxtəlif bəhanələrlə evlənməkdən imtina edirdi. Mən artıq bilirdim o, niyə evlənmir. Tofiq hər şeyi yaxşı bilirdi. Mən onun yaralı komandiriylə görüşdüm. Məlum oldu ki, Tofiq Cəbrayılın Minək kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Səngərdə susuz qalan əsgər yoldaşlarına 500 metr uzaqdan təhlükəli olsa da, su gətirib. Bu haqda komandiri mənə danışdı. Döyüş vaxtı Tofiq və digər hərbçi yoldaşı silahlarını doldurarkən ikisinin arasına mərmi düşüb. Hərbçi yoldaşı yaralansa da, Tofiq şəhid olub. Tofiq həm də yaralı hərbçi yoldaşının övladının kirvəsidir. Onlar dost idilər”.

Şəhid atası oğlunun şəhid olduğunu yuxuda gördüyünü deyir:

“Mən artıq gecə yuxuda görmüşdüm ki, Tofiq şəhid olub. Amma özümü inandırmağa çalışırdım ki, ona heç nə olmayıb. Çünki anası da narahat idi, istəmirdim o da nəsə bilsin. Yuxuda gördüm ki, evimizə hücum ediblər, amma silah aşağı mərtəbədədir. Anasını yuxudan oyadırdım ki, silahın yerini desin, çünki düşmən yaxınlaşırdı. Elə oldu ki, oktyabrın 13-də Tofiqin şəhid xəbəri gəldi. Oktyabrın 14-də isə onu böyük izdihamla dəfn etdik. Tofiq həmişə deyirdi ki, “şəhid olmaqdan qorxmuram, amma qorxuram ki, anam dözməyə”. Amma elə belə də oldu. Tofiqdən sonra anası da dünyasını dəyişdi”.

“Tofiq ev tikmək istəyirdi və ona görə qəsəbədə 10 sot torpaq aldı. Amma elə oldu ki, əmisinin darısqal evdə yaşadığını görüb buna dözmədi və torpağın 4 sotunu ona verdi. Amma evini tikə bilmədi. Mən ancaq onun arzusunda olduğu evi o torpaqda tikəcəm”.

Şəhid atası həyat yoldaşının qəfil dünyasını dəyişməsinə də məəttəl qaldıqlarını deyir: “Anası mənə təsəlli verirdi, özü də ağlamırdı. Amma sən demə, bu dərdi içindən çəkirmiş. Bir dəfə qəfildən halı pisləşdi, həkimə apardıqdan sonra özünə gəldi. Amma ikinci dəfə oktyabrın 26-da onu həkimlərin müdaxiləsinə baxmayaraq həyata qaytara bilmədik. Elə onu da Tofiqin məzarı yanında dəfn etdik. Daha sonra eşitdim ki, anası namaz qılanda deyirmiş ki, “Allah, özümü öldürə bilmirəm, günahdır, sən özün məni öldür”. Bu gecə anası yuxuma girmişdi deyirdi ki, “nə var burda, gəl gedək şəhərə”. Həmişə deyirdi ki, “Tofiq ev tikəcək, mən də onunla qalacam”, elə də oldu, Tofiq ev tikdi, anası da onun yanına getdi. (Ağlayır)

Söhbətimizə şəhidimizin qardaşı Nicat  qoşulur: “Tofiqlə sentyabrın 26-da danışdıq. Dedi ki, özünüzdən muğayat olun. Dedim ki, heç olmasa mən də gəlim, sənə kömək edərəm. O, gülərək dedi ki, “Nicat, sən elə atanın-ananın yanında ol”.

Əvvəlki yazı

Şəhid atası oğlunun yanında dəfn edildi - FOTOLAR

XƏBƏR LENTİ

Şəhid atası oğlunun yanında dəfn edildi - FOTOLAR

"Yoldaşım yuxuma girib deyirdi ki..." - Bu gün vəfat edən şəhid atasının 6 il öncəki müsahibəsi

Aprel 9, 2026
Şəhid atası oğlunun yanında dəfn edildi - FOTOLAR

Şəhid atası oğlunun yanında dəfn edildi - FOTOLAR

Aprel 9, 2026
"Saçlarıma qar yağanda gələsən..." - Vahid Əzizin şeirləri...

"Bezdirsə də arvad-uşaq, qaynana..." - Vahid Əzizin şeiri...

Aprel 9, 2026
Cəlilabadda çiyələk yığımına başlanıldı - FOTOLAR

Cəlilabadda çiyələk yığımına başlanıldı - FOTOLAR

Aprel 9, 2026
Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Paytaxtın bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq

Aprel 9, 2026
"300 min ziyandayıq..." - Cəlilabadda fermerlər satdıqları kartofun pulunu ala bilmirlər

"300 min ziyandayıq..." - Cəlilabadda fermerlər satdıqları kartofun pulunu ala bilmirlər

Aprel 9, 2026
Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi

Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi

Aprel 9, 2026
Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR

Aprel 9, 2026
Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Aprel 9, 2026
Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - RƏSMİ

Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - RƏSMİ

Aprel 9, 2026
"Yeni Klinika"da xəstə ölümünə görə həkimə hökm oxundu

"Yeni Klinika"da xəstə ölümünə görə həkimə hökm oxundu

Aprel 9, 2026
Sabah 17 dərəcə isti olacaq

22° isti olacaq – Sabahın havası

Aprel 9, 2026
I sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək - VİDEO

I sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək - VİDEO

Aprel 9, 2026
Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - FOTOLAR

Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - FOTOLAR

Aprel 9, 2026
Bu kolleclərə yeni rəhbər təyinatları oldu - FOTO

Bu kolleclərə yeni rəhbər təyinatları oldu - FOTO

Aprel 9, 2026
Prezident qəbul keçirdi - FOTOLAR

Prezident qəbul keçirdi - FOTOLAR

Aprel 9, 2026
Lənkəranda ağac maşının üstünə aşdı - Gəlin-qaynana yaralandı - FOTOLAR

Lənkəranda ağac maşının üstünə aşdı - Gəlin-qaynana yaralandı - FOTOLAR

Aprel 9, 2026
Cəlilabadda Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTOLAR

Cəlilabadda Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTOLAR

Aprel 9, 2026
Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA

Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA

Aprel 9, 2026
Yağış tarixi Qala divarlarına da ziyan vurdu - FOTO

Yağış tarixi Qala divarlarına da ziyan vurdu - FOTO

Aprel 9, 2026
Tanınmış həkim vəfat etdi

Tanınmış həkim vəfat etdi

Aprel 9, 2026
Hövsanda 1.5 kilometrlik yolda 25 "dinozavr yuvası..." - VİDEO

Hövsanda 1.5 kilometrlik yolda 25 "dinozavr yuvası..." - VİDEO

Aprel 9, 2026
Azərbaycanlı bacılar Oksford və Kembircə qəbul oldu - FOTO

Azərbaycanlı bacılar Oksford və Kembircə qəbul oldu - FOTO

Aprel 8, 2026
Kollektorların üzərində 1600-ə yaxın tikili var - Bu problemi necə həll edək?+VİDEO

Kollektorların üzərində 1600-ə yaxın tikili var - Bu problemi necə həll edək?+VİDEO

Aprel 8, 2026
"Saçlarıma qar yağanda gələsən..." - Vahid Əzizin şeirləri...

"Saçlarıma qar yağanda gələsən..." - Vahid Əzizin şeirləri...

Aprel 8, 2026
Zamirə Ədilova vəzifəsindən ayrıldı

Zamirə Ədilova vəzifəsindən ayrıldı

Aprel 8, 2026
Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Sabah Bakının bu yerlərində qaz olmayacaq - Xəbərdarlıq

Aprel 8, 2026
Prezidentlə xanımı açılışa qatıldı - FOTOLAR

Prezidentlə xanımı açılışa qatıldı - FOTOLAR

Aprel 8, 2026
İcra başçısı Alar kənd sakinləri ilə görüşdü - FOTOLAR

İcra başçısı Alar kənd sakinləri ilə görüşdü - FOTOLAR

Aprel 8, 2026
Cəlilabad Peşə Təhsil Mərkəzində möhtəşəm görüş - FOTOLAR

Cəlilabad Peşə Təhsil Mərkəzində möhtəşəm görüş - FOTOLAR

Aprel 8, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.