Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin atası Şəmsəddin Əmirli uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Mecra.az xəbər verir ki, şəhid atası Cəlilabad rayon Göytəpə şəhər qəbiristanlığında oğlu Tofiq Əmirlinin məzarının yanında dəfn edilib.
Dəfn mərasimində Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ataları, qazilər və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, şəhid Tofiq Əmirlinin anası Xatirə xanım da oğlunun yeddi mərasimindən sonra vəfat edib.
Uğur ƏLİHÜSEYN
Fotolar Əsəd Abbasova məxsusdur:


































