Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.
Mecra.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ 35 km dərinlikdə qeydə alınıb.
Zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.
Cəlilabaddan olan sakinlər zəlzələ hadisəsi ilə bağlı redaksiyamıza məlumat veriblər.
Raqil QULİYEV






























