İntensiv yağışlar Bakının küçə və prospektlərində problemlər yaratmaqda davam edir.
Mecra.az xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsində – “Saphire” şadlıq evinin qarşısında yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb.






























