Çərşənbə axşamı, Aprel 7, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

07 Aprel, 26 / 10:00
A A
Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Bələdiyyələrin ödəniş tələbi ilə qarşılaşanları ən çox maraqlandıran sual bu ödənişin hansı məqsədlə toplanmasıdır. 

“Qafqazinfo” xəbər verir ki, bildirişlərdə göstərilən məbləğlərin necə hesablanmasını da bu sıraya aid etmək olar. Məsələ burasındadır ki, müşahidələr digər məlum amillərlə yanaşı, bu sahədə məlumatsızlığın da əhalini belə ödənişləri etməkdən yayınmağa sövq etdiyini göstərir.

Bəs bələdiyyələrin topladığı ödəniş nədən ibarətdir və onun məbləği necə hesablanır?

Əvvəlcə ondan başlayaq ki, Vergi Məcəlləsinə görə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycanın ərazisində yerləşən tikililər əmlak vergisinə cəlb olunur. Fiziki şəxslər üzrə əmlak vergisi isə bələdiyyələrə ödənilir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Vergi binaların sahəsinin hər kvadratmetrinə görə tətbiq olunur. Belə ki, hər kvadratmetrinə görə:

– Bakıda 40 qəpik; 

– Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 30 qəpik;

– Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzlərində 20 qəpik; 

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 10 qəpik vergi hesablanır.

Bina Bakı şəhərində yerləşdikdə, həmin qiymətə 0,7-dən 1,5-dək əmsallar tətbiq edilir. Əmsal binanın yerləşdiyi əraziyə uyğun olaraq müəyyən olunur. Burada ən aşağı əmsal paytaxtda 12-ci zonaya – Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərə aid edilir. Bu ərazidə binanın hər kvadratmetri üçün vergi 28 qəpikdən hesablanır.

Ən yüksək əmsal isə 1-ci zonaya tətbiq olunur. Bakı şəhəri üzrə 1-ci zonaya Əl Oyunları Sarayından (Bakı İdman Sarayı) başlayaraq, şimal-şərq istiqamətində Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər, Azneft meydanından Niyazi küçəsi üzrə İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları Sarayınadək ərazi aiddir. Bu ərazi üzrə fiziki şəxslərin əmlak vergisi hər kvadratmetrə görə 60 qəpikdən hesablanır.

Onu da bildirək ki, yaşayış sahələrinin 30 kvadratmetrə qədər hissəsinə vergi tətbiq edilmir. Bu o deməkdir ki, mənzilin sahəsi 50 kvadratmetrdirsə, onun yalnız 20 kvadratmetrinə görə vergi hesablanır. Həmçinin binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, qanunla müəyyən olunan şəxslərin, habelə pensiyaçıların əmlak vergisininin məbləği 30 manat azaldılır. 

Qanunla bələdiyyələr verginin ödənilməsi barədə bildirişi vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq elektron qaydada verməlidirlər. Verginin məbləği bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi göstərilən ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən fiziki şəxslərin əmlak vergisi vaxtında ödənilmədikdə faiz hesablanmır.

Əvvəlki yazı

Biləsuvarda 41 yaşlı qadın meyiti tapıldı

Növbəti yazı

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

XƏBƏR LENTİ

İcra başçısı məşhur tarixçini qəbul etdi - FOTOLAR

İcra başçısı məşhur tarixçini qəbul etdi - FOTOLAR

Aprel 7, 2026
"Peşə təhsili istiqamətində görülən işlər bu şəkildə davam edərsə..." - Ekspert

"Peşə təhsili istiqamətində görülən işlər bu şəkildə davam edərsə..." - Ekspert

Aprel 7, 2026
"Gördüm ki, evin altında nəsə partladı..." - Kollektorun üzərində tikilən evin sahibi - VİDEO

"Gördüm ki, evin altında nəsə partladı..." - Kollektorun üzərində tikilən evin sahibi - VİDEO

Aprel 7, 2026
Sabah hava necə keçəcək?

23 dərəcə isti olacaq - Sabahın havası

Aprel 7, 2026
Baş nazirdən əmək pensiyaları ilə bağlı QƏRAR

Bu şəhərdə pensiyalar ödənildi - RƏSMİ

Aprel 7, 2026
Maşında nəzarətsiz qalan uşaqlar faciəyə səbəb oldu - Bir qadın öldü, digəri yaralandı 

Maşında nəzarətsiz qalan uşaqlar faciəyə səbəb oldu - Bir qadın öldü, digəri yaralandı 

Aprel 7, 2026
200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

“Ötən il Azərbaycan Gürcüstana 364.8 milyon dollarlıq enerji məhsulları göndərib…”

Aprel 7, 2026
Artıq peşələr "qadın" və "kişi" deyə ayrılmır - Cəlilabad Peşə Dövlət Təhsil Mərkəzindən reportaj

Artıq peşələr "qadın" və "kişi" deyə ayrılmır - Cəlilabad Peşə Dövlət Təhsil Mərkəzindən reportaj

Aprel 7, 2026

“Azərbaycan-Gürcüstan  münasibətləri bütün qonşular üçün nümunə ola bilər”

Aprel 7, 2026
Qubada yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - VİDEO

Qubada yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - VİDEO

Aprel 7, 2026
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Aprel 7, 2026
Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Aprel 7, 2026
Biləsuvarda 41 yaşlı qadın meyiti tapıldı

Biləsuvarda 41 yaşlı qadın meyiti tapıldı

Aprel 7, 2026
Cəlilabadın bu kəndlərində işıq olmayacaq – XƏBƏRDARLIQ

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Aprel 6, 2026
İlham Əliyevin Gürcüstan səfəri başa çatdı - FOTOLAR

İlham Əliyevin Gürcüstan səfəri başa çatdı - FOTOLAR

Aprel 6, 2026
Cəlilabadda məktəb direktorları ilə işguzar görüş keçirildi - FOTOLAR

Cəlilabadda məktəb direktorları ilə işguzar görüş keçirildi - FOTOLAR

Aprel 6, 2026
Ulduz falı: 7 aprel, 2026

Ulduz falı: 7 aprel, 2026

Aprel 6, 2026
Rafiq Cəlilov Aprel şəhidimizin məzarını ziyarət etdi - FOTOLAR

Rafiq Cəlilov Aprel şəhidimizin məzarını ziyarət etdi - FOTOLAR

Aprel 6, 2026
Cəlilabadda aprel döyüşləri ilə bağlı tədbir keçirildi - FOTOLAR

Cəlilabadda aprel döyüşləri ilə bağlı tədbir keçirildi - FOTOLAR

Aprel 6, 2026
DİM mübahisəli suallarla bağlı məlumat yaydı - FOTO

DİM mübahisəli suallarla bağlı məlumat yaydı - FOTO

Aprel 6, 2026
İcra başçısı müavinini işdən çıxartdı - FOTO

İcra başçısı müavinini işdən çıxartdı - FOTO

Aprel 6, 2026
Kəndlərarası yol yararsız hala düşdü - VİDEO

Kəndlərarası yol yararsız hala düşdü - VİDEO

Aprel 6, 2026
Kəmaləddin Heydərov Bibiheybətə getdi - VİDEO

Kəmaləddin Heydərov Bibiheybətə getdi - VİDEO

Aprel 6, 2026
Hava sabahdan 6 günlük pisləşir - Xəbərdarlıq

Sabahın havası - Yağıntılar tədricən kəsəcək

Aprel 6, 2026
Cəlilabadda yolun çökən hissəsi təmir ediləcək - FOTOLAR

Cəlilabadda yolun çökən hissəsi təmir ediləcək - FOTOLAR

Aprel 6, 2026
Kəmaləddin Heydərov Keşləyə getdi - Tapşırıqlar verdi - VİDEO

Kəmaləddin Heydərov Keşləyə getdi - Tapşırıqlar verdi - VİDEO

Aprel 6, 2026
Qəbul imtahanlarına qeydiyyat başlanır

Doqquzuncu sinif şagirdlərinin nəzərinə - Qeydiyyat başlanır

Aprel 6, 2026
Prezidentin rəsmi qarşılanma mərasimi oldu - VİDEO

Prezidentin rəsmi qarşılanma mərasimi oldu - VİDEO

Aprel 6, 2026
Siyəzəndə körpü uçdu - VİDEO

Siyəzəndə körpü uçdu - VİDEO

Aprel 6, 2026
Qusarda sel transformatoru belə apardı - VİDEO

Qusarda sel transformatoru belə apardı - VİDEO

Aprel 6, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.