Son illərdə Cəlilabad rayonunda aparılan quruculuq və abadlıq işləri rayonun inkişafına mühüm töhfə verib. Yenilənən yollar, abadlaşdırılan küçələr, sosial obyektlərin tikintisi və infrastrukturun yaxşılaşdırılması rayon sakinlərinin gündəlik həyatında hiss olunan müsbət dəyişikliklər yaradıb.
Bu işlər dövlətin bölgələrin inkişafına göstərdiyi diqqətin və rayon rəhbərliyinin fəaliyyəti nəticəsində həyata keçirilir.Xüsusilə kəndlərdə yolların təmiri, işıqlandırma sistemlərinin qurulması, sosial obyektlərin yenilənməsi və kənd təsərrüfatının inkişafına göstərilən dəstək Cəlilabadın inkişafına ciddi təkan verib. Fermerlərə yaradılan imkanlar və kənd təsərrüfatına göstərilən diqqət rayonun iqtisadi potensialını daha da gücləndirir.
Bu prosesdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Celilovun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr və vətəndaşların problemlərinə göstərilən diqqət rayonun inkişafına xidmət edir.Lakin təəssüf ki, görülən bu işlərə kölgə salmağa çalışan, şəxsi maraqlarını hər şeydən üstün tutan bəzi insanlar da mövcuddur. Belə şəxslər rayonun inkişafını görmək əvəzinə, əsassız söz-söhbətlər yayaraq və ictimai rəyə təsir etməyə çalışaraq görülən işləri gözdən salmaq istəyirlər. Halbuki, həqiqət göz önündədir – görülən işlər və əldə olunan nəticələr hər kəs tərəfindən aydın şəkildə görünür.
Cəlilabadın inkişafı artıq danılmaz bir reallıqdır. Bu inkişafı gözdən salmaq istəyənlərin səsləri nə qədər yüksəlsə də, görülən işlərin nəticələri onların bütün iddialarından daha güclü və inandırıcıdır. Əsas olan isə rayonun inkişafı və insanların rifahıdır və bu istiqamətdə atılan addımlar davam edir.





























