“ABŞ və İsrail zərbə endirəcəkləri İran hərbi birləşmələrin şəxsi heyətinə əvvəlcədən mesaj göndərir. Buna bənzər hadisəni Vətən Muharibəsi zamanı Azərbaycan da etmişdi. Hətta İrəvanda yerləşən ticarət mərkəzlərində Azərbaycan himni səslənirdi. Qarabağda fəaliyyət göstərən erməni radiosunda Azərbaycan dilində elanlar səslənirdi, mülki ermənilərə xoş niyyətli mesajlar göndərib onların silahlı ailə üzvlərinin yaxın günlərdə taleyi barədə ətraflı məlumat verirdik”.
Mecra.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, dünən isə Tehranda etirazları yatırmaq üçün istifadə olunan “Yeqan Vice” xüsusi təyinatlı qüvvələrinin 3000 döyüşçüsünə “Növbəti sizsiniz” yazılmış SMS xəbərdarlığı göndərilir, bundan bir neçə dəqiqə sonra onların Tehranın “Azadi” stadionu yaxınlığındakı qərargahı havaya uçur:
“İranın xüsusi təyinatlıları xəbərdarlıq alsalar da, gizlənməyə imkan tapmayıblar. Düşməni haqqında bu qədər geniş məlumatlara və nöqtə atışlı həyata keçirən silahlara malik ABŞ və İsrail məktəbi və digər mülki hədəfləri, həm də müharibənin ilk günündə, yəni hərbi hədəflərin bol olduğu bir vaxtda, niyə vursun ki? Əgər İsrail və ABŞ mülki hədəflərə atəş açsaydı, indi İran əhalisinin böyük hissəsi qonşu ölkələrə kütləvi axın etməli idi. Eynilə Ukraynada olduğu kimi. İndi Ermənistanda İrandan gələnlərin sayı, yerli ermənilərdən çox olmali idi. Amma bu gün nə Türkiyə, nə Azərbaycan, nə də Ermənistan sərhədində sıxlıq belə müşahidə olunmur.Müharibədən əvvəl isə bir çox ictimai şəxslər müharibənin təsirləri və kütləvi köç dalğası barədə əhaliyə xeyli nağıl danışdılar.Azərbaycan onsuz da çox istiqamətli ehtiyat tədbirlərini əvvəlcədən görmüşdü”.
Uğur ƏLİHÜSEYN





























