12 mart 2026-cı il tarixdə “Üçüncü Zona” üzrə Cəlilabad şəhər 3 nömrəli tam tam orta ümumtəhsil məktəbində lX sinifdə təhsil alan bir qrup şagirdlə görüş keçirilib.
Mecra.az xəbər verir ki, görüşdə şagirdlərlə yanaşı məktəb rəhbərləri və fənn müəllimləri də iştirak edib. Görüş zamanı şagirdlərə buraxılış imtahanlarının qaydaları haqqında ətraflı məlumat verilərək, cavab kartlarının düzgün doldurulması ilə bağlı praktiki nümunələr göstərilib.
Görüş zamanı şagirdləri maraqlandıran suallar cavablandırılaraq, onlara imtahana daha yaxşı hazırlaşmaları üçün müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, şagirdlərlə imtahanqabağı maarifləndirici görüşlərin keçirilməsi davam etdiriləcəkdir.





































