Cümə, Aprel 17, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Qarabağ

Xocalı soyqırımı – XX əsrin ən dəhşətli faciəsidir

24 Fevral, 26 / 9:00
A A
Xocalı soyqırımı – XX əsrin ən dəhşətli faciəsidir

Bəşər tarixində az-az təsadüf olunan bu dəhşətli cinayət, bunu törədənlərin təkcə müstəqilliyimizə, suverenliyimizə qəsdi deyildi, eyni zamanda, Azərbaycan xalqına xəyanəti idi. Təəssüflər olsun ki, bəşər tarixi XX əsrin son akkordlarını böyükmiqyaslı növbəti bir qanlı faciə ilə yekunlaşdırdı. Bu, erməni faşistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı Xocalıda həyata keçirdiyi qətliam idi. Bu qətliam bütöv bir əsr ərzində azərbaycanlılara qarşı törədilən qətliamların davamı olsa da, müstəqilliyimizi, suverenliyimizi qəsb etməyə çalışanların son cəhdləri və siyasi-mənəvi məğlubiyyətlərinin başlanğıcı oldu.1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon – Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı.

Münaqişənin ilk illərində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.
Xocalı faciəsi XX əsrdə “Böyük Ermənistan” və monoetnik dövlət yaratmaq kimi şovinist siyasət müəllifləri olan ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış 1992-ci ilin 26 fevral gecəsində erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etmişlər. Əvvəlcə Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağm edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmiş, sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur. Həmin gün qısa bir vaxt ərzində erməni silahlı dəstələri şəhərin dinc əhalisindən 613 nəfəri qəddarcasına, ağır işgəncə verməklə məhv etmişlər. Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər.

Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, ABŞ-ın bir sıra ştatları bu soyqırımını tanıyıb.
Azərbaycan erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı siyasi, maliyyə, ərazi və başqa dividendlər qazanmaq məqsədi güdmür. Məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə də erməni şovinist millətçilərinin regionda həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükəsi açılıb göstərilməlidir. Bu, qəhrəman Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

Samir Hüseynov,

 Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Əvvəlki yazı

“Əsir qadın” əsəri, “Qarabağnamə” nin qızıl səhifəsi, – yeni faciə fəlsəfəsidir”

Növbəti yazı

Xocalı soyqırımına hüquqi-siyasi qiyməti Ulu öndər Heydər Əliyev verdi

XƏBƏR LENTİ

Cəlilabadın mərkəzində qəzalı vəziyyətə düşən yollar təmir ediləcək - FOTOLAR

Cəlilabadın mərkəzində qəzalı vəziyyətə düşən yollar təmir ediləcək - FOTOLAR

Aprel 17, 2026
"Bu gücum cavabsız qalmayacaq" - Müdafiə Nazirliyi

Hərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Aprel 17, 2026
Sabah hava necə keçəcək?

23 dərəcə isti olacaq... - Sabahın havası

Aprel 17, 2026
31 yaşlı qadın iki həftədir yoxa çıxıb - FOTO

31 yaşlı qadın iki həftədir yoxa çıxıb - FOTO

Aprel 17, 2026
İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - FOTOLAR

İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - FOTOLAR

Aprel 17, 2026
Bu kollecə yeni direktor təyin edildi - FOTO

Bu kollecə yeni direktor təyin edildi - FOTO

Aprel 17, 2026
Prezident həmkarı ilə görüşdü - FOTOLAR

Prezident həmkarı ilə görüşdü - FOTOLAR

Aprel 17, 2026
Əliyevlə Şaraa görüşdü - FOTOLAR

Əliyevlə Şaraa görüşdü - FOTOLAR

Aprel 17, 2026
Fatimə metro qatarında rəqs etdi - VİDEO

Fatimə metro qatarında rəqs etdi - VİDEO

Aprel 17, 2026
Bu ərazilərdə işıq olmayacaq

Biləcəri sakinlərinin nəzərinə!

Aprel 17, 2026
Rusiya-Ukrayna müharibəsində daha 11 həmyerlimiz həlak oldu - ADLAR

Rusiya-Ukrayna müharibəsində daha 11 həmyerlimiz həlak oldu - ADLAR

Aprel 17, 2026
Bağça müdiri azyaşlının həyatını təhlükəyə atdı - Polis araşdırır - VİDEO

Bağça müdiri azyaşlının həyatını təhlükəyə atdı - Polis araşdırır - VİDEO

Aprel 17, 2026
196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO

196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO

Aprel 17, 2026
Bakıda ağacları kim kəsib? - VİDEO

Bakıda ağacları kim kəsib? - VİDEO

Aprel 17, 2026
“5-ci və 6-cı siniflər hazır dursa, işim daha asan olar” – Qatilin dəhşətli mesajları

“5-ci və 6-cı siniflər hazır dursa, işim daha asan olar” – Qatilin dəhşətli mesajları

Aprel 17, 2026
Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq

Aprel 16, 2026
Cəlilabadda sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə növbəti görüş keçirildi - FOTOLAR

Cəlilabadda sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə növbəti görüş keçirildi - FOTOLAR

Aprel 16, 2026
77 min ilkin ödəniş, qalan hissə-hissə... - Şahiddən etiraf

77 min ilkin ödəniş, qalan hissə-hissə... - Şahiddən etiraf

Aprel 16, 2026
10 nəfəri öldürən İsanın poliqondakı görüntüləri yayıldı - VİDEO

10 nəfəri öldürən İsanın poliqondakı görüntüləri yayıldı - VİDEO

Aprel 16, 2026
Prezident Ərdoğana başsağlığı verdi

Prezident Ərdoğana başsağlığı verdi

Aprel 16, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

İlham Əliyevdən deputatla bağlı sərəncam

Aprel 16, 2026
Prezident xanımı ilə Türkiyədədir - FOTOLAR 

Prezident xanımı ilə Türkiyədədir - FOTOLAR

 

Aprel 16, 2026
Rafiq Cəlilov idmançılarla görüşdü - FOTOLAR

Rafiq Cəlilov idmançılarla görüşdü - FOTOLAR

Aprel 16, 2026
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Aprel ayının pensiyaları bu tarixdə ödəniləcək - RAYONLARDA

Aprel 16, 2026
Oğlunu özü ilə poliqona aparırmış - "Psixoloji müalicəyə ehtiyaxı vardı"

Oğlunu özü ilə poliqona aparırmış - "Psixoloji müalicəyə ehtiyaxı vardı"

Aprel 16, 2026
Türkiyədə hadisədə ölənlərin sayı 10 nəfərə çatdı

Türkiyədə hadisədə ölənlərin sayı 10 nəfərə çatdı

Aprel 16, 2026
"Teleradio"ya yeni rəhbər təyin olundu

"Teleradio"ya yeni rəhbər təyin olundu

Aprel 16, 2026
Hücumdan sonra cəsədi məktəbdən zirehli maşınla çıxarılıb - VİDEO

Hücumdan sonra cəsədi məktəbdən zirehli maşınla çıxarılıb - VİDEO

Aprel 16, 2026
Komadan ayıldı, borca düşdü: 23 yaşlı gəncin köməyə ehtiyacı var

Komadan ayıldı, borca düşdü: 23 yaşlı gəncin köməyə ehtiyacı var

Aprel 16, 2026
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Aprel 16, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.