Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və ilk niyyət axşamıdır.
Mecra.az xəbər verir ki, bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.
Artıq sabahdan etibarən Ramazan ayı başlayır. Bu ay islam dininin müqəddəs kitabı – Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır. Ramazan ayı islam dünyasında ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət ayı kimi qəbul olunur. Bu ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi, pis vərdişlərdən uzaq durulması tövsiyə olunur.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Ramazan ayının birinci günü fevralın 19-na, Ramazan bayramı isə martın 20-nə təsadüf edəcək.





























