Cümə, Fevral 13, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Siyasət

Birgə “Bəyannamənin imzalanması Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı”

12 Fevral, 26 / 13:54
A A

“Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Belə ki, səfər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər, ən əsası Prezident Donald Trampın iştirakı ilə üçtərəfli Zirvə Görüşünün keçirilməsi, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması  Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı. Vaşinqton Zirvə Görüşündən sonrakı dövr tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş mərhələsi kimi xarakterizə edilir. Bu gün  Azərbaycan-ABŞ  münasibətləri strateji xarakter daşıyır. Dövlət başçısı İlham Əliyevin  ötən ilin avqustunda ABŞ-a səfəri zamanı Prezidentlər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin fevralın 10-da  ölkəmizə səfəri zamanı  isə  “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq  Xartiyası”nın  imzalanma mərasimi keçirildi. Sənədi  Prezident İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens imzaladılar. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın  imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Donald  Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi-Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”. Bu fikirləri Milli Məclisin  deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığın uğurlu inkişafı üçün hər iki tərəf böyük səylər göstərir.  Dövlət başçısı İlham Əliyev ötən ilin yanvarında Donald Trampa Prezident seçilməsi münasibətilə  təbrik məktubunda belə bir əminliyi ifadə etmişdir ki, gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaq. Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər. Yeni prezidentliyiniz dövründə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcək.

Malik Həsənov vurğulayıb ki, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri iki ölkənin əməkdaşlıq gündəliyinin zənginliyini bir daha nümayiş etdirdi: “Belə ki, Prezident İlham Əliyevin Cey. Di. Vens ilə məhdud və geniş tərkibdə görüşlərində ayrı-ayrı sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan  bəhs edildi və belə bir inam ifadə olundu  ki, səfər bizim güclü əməkdaşlığımıza daha bir töhfə olacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir. Cey. Di. Vens Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını vurğuladı. Keçirilən görüşlərdə TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP  nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq.  O da qeyd edildi ki,  müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açılır və bu, həmçinin perspektivlidir. Süni intellekt mərkəzlərinin yaradılması  ikitərəfli gündəliyin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələr var. Dövlətimizin başçısı vurğuladı ki,  Vitse-prezident Vensin  səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir”.

Millət vəkili bildirib ki, ABŞ-ın Vitse-prezidentinin səfəri ərəfəsində bu ölkənin müxtəlif sahələri əhatə edən aparıcı şirkətlərinin nümayəndələrinin təmsil olunduğu heyətin ölkəmizdə səfərdə olması rəsmi Vaşinqtonun Azərbaycan ilə  əməkdaşlığa necə böyük önəm verdiyini bir daha təsdiqləyir: “Cənab İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Həmin görüşdə dövlətimizin başçısı bildirdi ki, hazırda ikitərəfli əlaqələrimiz çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyur, ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində nümayəndə heyətinin gəlişi  olduqca əhəmiyyətlidir. Çünki  təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib. Bu əminlik də ifadə olundu ki, səfərin nəticəsində müxtəlif istiqamətlərdə daha fəal təmasların şahidi olacağıq”.

Malik Həsənov qeyd edib ki, uzun illər ərzində müxtəlif mərhələlərdən keçən, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunan Azərbaycan-ABŞ münasibətləri bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməklə əlaqələrimizin gələcəyinin yol xəritəsini təqdim edir. Strateji Tərəfdaşlıq haqqında Xartiya əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafına hədəflənib.

Əvvəlki yazı

Fermerlərə subsidiya ödənişlərinə start verilir

Növbəti yazı

Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Adlar

XƏBƏR LENTİ

"İşini sevən üçün çətinlik deyə bir şey yoxdur..." - Cəlilabadlı müəllim

"İşini sevən üçün çətinlik deyə bir şey yoxdur..." - Cəlilabadlı müəllim

Fevral 13, 2026
Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR

Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR

Fevral 13, 2026
Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat prosesi başladı

Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat prosesi başladı

Fevral 12, 2026
Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Fevral 12, 2026
Əsgər yaxınlarının diqqətinə! - Görüş tarixi açıqlandı

Əsgər yaxınlarının diqqətinə! - Görüş tarixi açıqlandı

Fevral 12, 2026
İlham Əliyev onları təltif etdi - Siyahı

Prezident onları da təltif etdi - SƏRƏNCAM

Fevral 12, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Adlar

Fevral 12, 2026

Birgə “Bəyannamənin imzalanması Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı”

Fevral 12, 2026
Fermerlərə subsidiya ödənişlərinə start verilir

Fermerlərə subsidiya ödənişlərinə start verilir

Fevral 12, 2026
"Boz kardinal"ın həmin səs yazısı yayıldı - İlk dəfə

"Boz kardinal"ın həmin səs yazısı yayıldı - İlk dəfə

Fevral 12, 2026
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə video yaydı

DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə video yaydı

Fevral 12, 2026
Ramiz Mehdiyevin evindən 17 milyon pul çıxıb - VİDEO

Ramiz Mehdiyevin evindən 17 milyon pul çıxıb - VİDEO

Fevral 12, 2026
Bəzi yollar buz bağlayacaq

Yollar buz bağlayacaq - Sabahın havası

Fevral 12, 2026
Vens İrəvanla Bakıya tarixi səfərindən bu görüntüləri paylaşdı - VİDEO

Vens İrəvanla Bakıya tarixi səfərindən bu görüntüləri paylaşdı - VİDEO

Fevral 12, 2026
Şahin Şıxlinski sahibkarın öldürülməsində təqsirli bilindi

Şahin Şıxlinski sahibkarın öldürülməsində təqsirli bilindi

Fevral 12, 2026
200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

Pensiya kapitalı nə qədər artırıldı?

Fevral 12, 2026
Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş - VİDEO

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş - VİDEO

Fevral 12, 2026
"Burada oxuyan şagird necə yüksək bal toplasın?" - VİDEO

"Burada oxuyan şagird necə yüksək bal toplasın?" - VİDEO

Fevral 11, 2026
34 il sonra itkin şəhidimizin nəşinin qalıqları tapıldı

34 il sonra itkin şəhidimizin nəşinin qalıqları tapıldı

Fevral 11, 2026
Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeniləşir

Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeniləşir

Fevral 11, 2026
Təhlükəsizlik və əməkdaşlıq istiqamətində addımlar

Təhlükəsizlik və əməkdaşlıq istiqamətində addımlar

Fevral 11, 2026
Əmin-amanlıq və daimi sülh başlıca amaldır

Əmin-amanlıq və daimi sülh başlıca amaldır

Fevral 11, 2026
Biz yeni tarixi uğura imza atdıq

Biz yeni tarixi uğura imza atdıq

Fevral 11, 2026
Strateji Tərəfdaşlıq Xartiyasının geosiyasi və iqtisadi əhəmiyyətii böyükdür

Strateji Tərəfdaşlıq Xartiyasının geosiyasi və iqtisadi əhəmiyyətii böyükdür

Fevral 11, 2026
Əliyev Vensi qarşıladı - FOTOLAR

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ

Fevral 11, 2026
150-dən çox məktəbə direktor təyin olunur

150-dən çox məktəbə direktor təyin olunur

Fevral 11, 2026
Xırdalandan iki yeni çıxış yaradılacaq

Xırdalandan iki yeni çıxış yaradılacaq

Fevral 11, 2026
"Papanin hospitalı"nın rəisi işdən çıxarıldı - Yeni rəis odur

"Papanin hospitalı"nın rəisi işdən çıxarıldı - Yeni rəis odur

Fevral 11, 2026
Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb

Fevral 11, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Pensiyalar 2 ayın artımı ilə birgə bu tarixdə veriləcək

Fevral 11, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.