Cümə, Fevral 13, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Manşet

DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə video yaydı

12 Fevral, 26 / 13:40
A A
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə video yaydı

Dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilir.

Mecra.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan vətəndaşları – Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilib və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri – Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərib, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

Cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilib.

Məlum olub ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, “Milli Şura”nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda “şura”nın fəaliyyətinin dəstəklənməsi xahiş edilib, həmin ölkədə aparılan “islahatlar”ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib.

Qeyd olunan ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycanda hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət edib, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

 Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

Bundan başqa, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim edib, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər edib, xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Əvvəlki yazı

Ramiz Mehdiyevin evindən 17 milyon pul çıxıb - VİDEO

Növbəti yazı

"Boz kardinal"ın həmin səs yazısı yayıldı - İlk dəfə

XƏBƏR LENTİ

"İşini sevən üçün çətinlik deyə bir şey yoxdur..." - Cəlilabadlı müəllim

"İşini sevən üçün çətinlik deyə bir şey yoxdur..." - Cəlilabadlı müəllim

Fevral 13, 2026
Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR

Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR

Fevral 13, 2026
Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat prosesi başladı

Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat prosesi başladı

Fevral 12, 2026
Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Fevral 12, 2026
Əsgər yaxınlarının diqqətinə! - Görüş tarixi açıqlandı

Əsgər yaxınlarının diqqətinə! - Görüş tarixi açıqlandı

Fevral 12, 2026
İlham Əliyev onları təltif etdi - Siyahı

Prezident onları da təltif etdi - SƏRƏNCAM

Fevral 12, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Adlar

Fevral 12, 2026

Birgə “Bəyannamənin imzalanması Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı”

Fevral 12, 2026
Fermerlərə subsidiya ödənişlərinə start verilir

Fermerlərə subsidiya ödənişlərinə start verilir

Fevral 12, 2026
"Boz kardinal"ın həmin səs yazısı yayıldı - İlk dəfə

"Boz kardinal"ın həmin səs yazısı yayıldı - İlk dəfə

Fevral 12, 2026
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə video yaydı

DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə video yaydı

Fevral 12, 2026
Ramiz Mehdiyevin evindən 17 milyon pul çıxıb - VİDEO

Ramiz Mehdiyevin evindən 17 milyon pul çıxıb - VİDEO

Fevral 12, 2026
Bəzi yollar buz bağlayacaq

Yollar buz bağlayacaq - Sabahın havası

Fevral 12, 2026
Vens İrəvanla Bakıya tarixi səfərindən bu görüntüləri paylaşdı - VİDEO

Vens İrəvanla Bakıya tarixi səfərindən bu görüntüləri paylaşdı - VİDEO

Fevral 12, 2026
Şahin Şıxlinski sahibkarın öldürülməsində təqsirli bilindi

Şahin Şıxlinski sahibkarın öldürülməsində təqsirli bilindi

Fevral 12, 2026
200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

Pensiya kapitalı nə qədər artırıldı?

Fevral 12, 2026
Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş - VİDEO

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş - VİDEO

Fevral 12, 2026
"Burada oxuyan şagird necə yüksək bal toplasın?" - VİDEO

"Burada oxuyan şagird necə yüksək bal toplasın?" - VİDEO

Fevral 11, 2026
34 il sonra itkin şəhidimizin nəşinin qalıqları tapıldı

34 il sonra itkin şəhidimizin nəşinin qalıqları tapıldı

Fevral 11, 2026
Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeniləşir

Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeniləşir

Fevral 11, 2026
Təhlükəsizlik və əməkdaşlıq istiqamətində addımlar

Təhlükəsizlik və əməkdaşlıq istiqamətində addımlar

Fevral 11, 2026
Əmin-amanlıq və daimi sülh başlıca amaldır

Əmin-amanlıq və daimi sülh başlıca amaldır

Fevral 11, 2026
Biz yeni tarixi uğura imza atdıq

Biz yeni tarixi uğura imza atdıq

Fevral 11, 2026
Strateji Tərəfdaşlıq Xartiyasının geosiyasi və iqtisadi əhəmiyyətii böyükdür

Strateji Tərəfdaşlıq Xartiyasının geosiyasi və iqtisadi əhəmiyyətii böyükdür

Fevral 11, 2026
Əliyev Vensi qarşıladı - FOTOLAR

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ

Fevral 11, 2026
150-dən çox məktəbə direktor təyin olunur

150-dən çox məktəbə direktor təyin olunur

Fevral 11, 2026
Xırdalandan iki yeni çıxış yaradılacaq

Xırdalandan iki yeni çıxış yaradılacaq

Fevral 11, 2026
"Papanin hospitalı"nın rəisi işdən çıxarıldı - Yeni rəis odur

"Papanin hospitalı"nın rəisi işdən çıxarıldı - Yeni rəis odur

Fevral 11, 2026
Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb

Fevral 11, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Pensiyalar 2 ayın artımı ilə birgə bu tarixdə veriləcək

Fevral 11, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.